Alternative content

00:55 13 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sosial izolyasiya qaydaları vətəndaşların təhlükəsizliyinə xidmət edir
Sosial izolyasiya qaydaları vətəndaşların təhlükəsizliyinə xidmət edir
ANA SƏHİFƏ / Səhiyyə
01:15 17.03.2020


Həyata keçirilən qabaqlayıcı tədbirlər koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısını alacaq


Son statistikaya əsasən, koronavirus (COVID-19) infeksiyası 157 ölkəyə yayılıb. Dünya üzrə koronavirusa 170 minə yaxın insan yoluxub.

Onlardan 6500 nəfərdən çoxu vəfat edib. Xəstəlik Çində başlasa da, hazırda Avropa dünyada koronavirus pandemiyasının ən ağır şəkildə təzahür etdiyi regiondur. Belə ki, son həftələrdə Avropada Çin istisna olmaqla, dünyanın bütün digər ölkələrindən daha çox yoluxma və ölüm halı qeydə alınıb.

Epidemiyanın Çində pik dövrü ilə müqayisədə Avropada hər gün daha çox yoluxma halı baş verir.

Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu qlobal pandemiya elan edib. Bu, bütün ölkələrə əhalisini və dünyanı qorumaq üçün fəaliyyətə keçməyə çağırışdır və qlobal həmrəyliyə nail olmaq çox vacibdir. İnfeksiyanın Avropada və dünya ölkələrində geniş yayıldığı şəraitdə dövlətlər vətəndaşlarının sağlamlığının qorunması və virusun daha geniş coğrafiyaya yayılmasının qarşısının alınması üçün ciddi tədbirlərin həyata keçirilməsinə başlayıblar. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmamasına görə ayrı-ayrı dövlətlərlə təmasların minimallaşdırılması və ya ümumiyyətlə, dayandırılması, daxili həyatda sərt məhdudiyyətlərin tətbiq edilməsi bir çox ölkələr üçün səciyyəvi hal alıb. Bu sırada artıq bir çox dövlətlər arasında sərhədlər bağlanılıb, təyyarə uçuşları dayandırılıb, turist səyahətləri ləğv edilib, idman və digər kütləvi tədbirlər təxirə salınıb.

Vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi, onların təhlükəsizliyinin etibarlı müdafiəsi və hazırkı qlobal problemin təsirindən qorunması Azərbaycan dövləti üçün ən vacib və prioritet məsələdir. DST ekspertlərinin qeyd etdiyi kimi, Azərbaycan hazırkı qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir. Bu yaxınlarda Azərbaycanda səfərdə olan DST missiyasının məlumatında bildirilir ki, Azərbaycan COVID-19 infeksiyasının geniş yayıldığı İranla həmsərhəd olsa da, öz ərazisini virusun yayılmasından etibarlı qorumağı bacarır. Məlumatda Azərbaycanın DST-nin yeni koronavirusun yayılmasının qarşısını almaq üçün ən qabaqcıl laboratoriya dəstlərini alan 17 ölkədən biri olduğu da bildirilir.

Hazırda Azərbaycan hökuməti DST-nin tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq, əhalinin sağlamlığının etibarlı qorunması və virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirib. Fevralın əvvəlindən reallaşdırılan tədbirlər infeksiyanın xaricdən idxalını məhdudlaşdırmaq və onun ölkə daxilində yayılmasının qarşısını almaq məqsədi daşıyır. Dövlət orqanlarının fəaliyyətini əlaqələndirən operativ qərargahın yaradılması, bəzi ölkələrlə sərhədlərin bağlanması və gediş-gəliş təmaslarının məhdudlaşdırılması, karantin rejiminin tətbiqi və digər addımlar hazırkı dövrə kimi qarşıya qoyulan vəzifələri maksimum icra etməyə imkan verib.

İnfeksiyanın dünya ölkələrində geniş yayılması ilə əlaqədar DST tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunması Azərbaycanda əlavə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zərurətə çevirib. Bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması, dövlət və özəl sektora aid qurumlar, vətəndaşlar üçün xüsusi qaydaların elan olunması və onlara ciddi riayət edilməsi üçün nəzarət mexanizminin formalaşdırılması və tətbiqi qərara alınıb.

Tətbiq olunan sosial izolyasiya tədbirlərinə əsasən ölkə üzrə bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirləri təxirə salınıb, artıq təyin olunmuş tədbirlərin tarixi dəyişdirilib. Kinoteatrların, muzey və teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyəti dayandırılıb. Toy məclislərinin keçirilməsi qadağan edilib. Dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi də qadağandır. Restoran və kafelərdə iş rejimi axşam saat 21:00-dək müəyyən edilib və müvafiq dövlət strukturları tərəfindən bu məkanlar üçün açıqlanacaq qaydalara riayət olunması mütləqdir. Həmçinin restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili də qadağan olunub. Saat 21:00-dan sonra fəaliyyət göstərən klubların fəaliyyəti dayandırılıb. Bunlarla yanaşı, tibb müəssisələrində müalicə alan şəxslərin yaxınları tərəfindən ziyarəti də ləğv edilib.

Ölkə üzrə fəaliyyət göstərən alış-veriş mərkəzlərinin fəaliyyətinin müvafiq dövlət strukturları tərəfindən açıqlanacaq qaydalara riayət olunaraq həyata keçirilməsi qərara alınıb. Aptek, ərzaq mağazaları, market və supermarketlərin iş rejimində isə dəyişiklik yoxdur.

Tətbiq olunan qaydalar təkcə dövlət orqanlarının deyil, ümumilikdə bütün cəmiyyətin, fərdi qaydada hər bir vətəndaşın üzərinə müvafiq məsuliyyət qoyur. Çünki bütün bunlar milli təhlükəsizlik və milli həmrəylik məsələsidir və tutduğu mövqedən, baxışlarından asılı olmayaraq hər bir vətəndaşdan maksimal şəkildə diqqətli və məsuliyyətli olmaq tələbi var.

Hər bir vətəndaş bilməlidir ki, tətbiq olunan qaydalar ilk növbədə onun və yaxınlarının təhlükəsizliyini, sağlamlığını təmin edən müvəqqəti və məcburi addımlardır. Buna görə də hamı qaydalara anlaşıqlı, dözümlü yanaşmalı, onları maksimum icra etməyə çalışmalıdır.

Kütləvi informasiya vasitələri, fəal sosial şəbəkə istifadəçiləri bilməlidirlər ki, mövcud qaydalar həm də cəmiyyətimizin informasiya təhlükəsizliyi məsələsidir. Hər bir media orqanı, sosial şəbəkə istifadəçisi vətəndaşlar tərəfindən qaydalara riayət olunmasını potensialına uyğun təbliğ etməli, insanları maarifləndirməli, cəmiyyətdə panika və ajiotaj yaranmasına yol verməməli, insanların narahatlığına səbəb olacaq məlumatlar, şayiələr yaymaqdan çəkinməlidirlər. Təəssüflər olsun ki, belə bir şəraitdə xüsusən sosial şəbəkələrdə insanları panikaya salacaq informasiyalar dövriyyəyə buraxılır. Hamı bilməlidir ki, yalan, dezinformasiya xarakterli video və fotolar, səs yazıları, iddialar təxribat kimi qiymətləndiriləcək və müvafiq hüquqi məsuliyyət doğurur. İctimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlər görüləcək.

Hazırda koronavirus zəminində yaranan fövqəladə şəraitdə yalnız dövlət tərəfindən keçirilən tədbirlər deyil, vətəndaşlarımızın, bütün cəmiyyətin sosial məsuliyyətdən irəli gələn addımları, görülən işlərə dəstəyi vacibdir. Ona görə də hər bir vətəndaş nümunəvi davranışı, dövlət orqanlarının işinə dəstək verməklə özünü, ailəsini, yaxınlarını qorumuş olacaq və ümumilikdə cəmiyyətimizin təhlükəsizliyinə öz vətəndaş töhfəsini verəcək. Təkcə dövlət orqanlarının səmərəli fəaliyyəti deyil, ayrı-ayrılıqda hər bir şəxsin sosial məsuliyyətdən irəli gələn davranışı, Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarlarını qeyd-şərtsiz icra etməsi qarşıda duran vəzifələrin mümkün qədər effektiv icrasını təmin edən əsas faktorlardan biridir.

Bu günə olan məlumata görə, Azərbaycanda 18 nəfər koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altında saxlanılır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. 6 nəfər isə müalicə olunaraq sağalıb.

Azərbaycan güclü dövlətdir və öz vətəndaşlarının bütün növ təhlükələrdən etibarlı müdafiəsini təşkil etmək üçün zəruri potensiala malikdir. Koronavirusla bağlı Azərbaycandakı vəziyyət bir sıra ölkələrdəki kimi təhlükəli deyil. Həyata keçirilən qabaqlayıcı tədbirlərin isə bu infeksiyanın yayılmasının qarşısını tamamilə alacağı şübhəsizdir.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM