Alternative content

20:15 31 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Koronavirusla mübarizə milli təhlükəsizlik və həmrəylik məsələsidir
Koronavirusla mübarizə milli təhlükəsizlik və həmrəylik məsələsidir
ANA SƏHİFƏ / Səhiyyə
01:07 17.03.2020


Ölkəmizdə əhalinin sağlamlığının qorunması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsi genişləndirilir


Çinin Uhan şəhərindən alovlanıb, dünyanı bürüyən yeni növ COVID-19 - koronavirus infeksiyası Dünya Səhiyyə Təşkilatı (DST) tərəfindən qlobal pandemiya elan olunub.

Azərbaycan hökuməti də DST-nin tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq, əhalinin sağlamlığının etibarlı qorunması və virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirir.

Fevralın əvvəlindən etibarən reallaşdırılan tədbirlər infeksiyanın xaricdən idxalını məhdudlaşdırmaq və onun ölkə daxilində yayılmasının qarşısını almaq məqsədi daşıyıb. Dövlət orqanlarının fəaliyyətini əlaqələndirən operativ qərargahın yaradılması, bəzi ölkələrlə sərhədlərin bağlanması və gediş-gəliş təmaslarının məhdudlaşdırılması, karantin rejiminin tətbiqi və digər addımlar hazırkı dövrə kimi qarşıya qoyulan vəzifələri maksimum icra etməyə imkan verib.

Bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması, dövlət və özəl sektora aid qurumlar, vətəndaşlar üçün xüsusi qaydaların elan olunması və onlara ciddi riayət edilməsi üçün nəzarət mexanizminin formalaşdırılması və tətbiqi qərara alınıb.


Koronavirusla bağlı şayiə yayanlar məsuliyyətə cəlb olunacaqlar


Baş Prokurorluğun Mətbuat xidmətinin rəisi Eldar Sultanov bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən aidiyyəti dövlət orqanları, o cümlədən TƏBİB, Səhiyyə Nazirliyi ilə əlaqəli şəkildə qeyd edilən virusun yayılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı və profilaktik tədbirlər barədə, eləcə də virusa yoluxmuş və karantinə alınmış şəxslərin sayı, onların müalicəsi və görülmüş digər tədbirlər barədə mütəmadi olaraq ictimaiyyətə məlumat verilir. Buna baxmayaraq, bəzi kütləvi informasiya vasitələri və ayrı-ayrı sosial şəbəkə istifadəçiləri tərəfindən Daxili İşlər Nazirliyi və Baş Prokrorluğun xəbərdarlıqlarından nəticə çıxarmayaraq, həqiqəti əks etdirməyən və cəmiyyətdə süni ajiotaj yaratmağa hesablanmış şayiələr yayılır.

Onun sözlərinə görə, ictimaiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən və qəsdən bu kateqoriyadan olan informasiyaların yayılmasını həyata keçirən KİV-ə, o cümlədən sosial şəbəkə istifadəçilərinə bir daha xəbərdarlıq edilib: "Gələcəkdə bu qəbildən olan qanunazidd hərəkətlərini davam etdirəcəkləri təqdirdə, onların barələrində cinayət məsuliyyəti də daxil olmaqla, ən ciddi qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq”.

Yanlış fikrin formalaşmasına xidmət edən məlumatları yayan şəxslərin cəzalandırılması ilə bağlı məlumat verən Eldar Sultanov əlavə edib ki, bəzi KİV-də və sosial şəbəkələrdə cəmiyyətdə süni ajotaj yaradılmasına maraqlı olan şəxslər tərəfindən bir neçə gün əvvəl guya koronavirusa yoluxmuş şəxsin xəstəxanada vəfat etməsi ilə bağlı bir səs yazısı yayılıb: "İctimaiyyətdə yanlış fikrin formalaşmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən tərəfimizdən dərhal təkzib olunub. Eyni zamanda aparılmış araşdırmalarla həmin şəxsin xəstəxanada ağciyərlərin pnevmoniyası səbəbindən vəfat etməsi müəyyən olunub və bu barədə ictimaiyyətə məlumat verilməklə həmin məlumatı yayan KİV-ə "Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq rəsmi xəbərdarlıq edilib”.


İmtahanlar təxirə salındı


Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, 5, 12 və 19 aprel 2020-ci il tarixlərində orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının keçirilməsi, 16 mart - 14 aprel tarixlərində isə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə ərizə qəbulunun başlanılması nəzərdə tutulurdu.

Lakin koronavirusun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlərə uyğun olaraq qeyd olunan tarixlərdə keçirilməsi planlaşdırılan imtahanlar təxirə salınıb, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı isə dəyişdirilib.

11-ci sinif buraxılış imtahanları, eləcə də də martın 9, 15 və 29-da keçirilməli olan imtahanların vaxtı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.


Dövlət Miqrasiya Xidməti fəaliyyətini məhdudlaşdırdı


Dövlət Miqrasiya Xidmətindən (DMX) bildirilib ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər çərçivəsində 2020-ci il martın 15-dən 20-dək "ASAN xidmət” mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılıb və DMX-nin qəbul şöbələrinin də "ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərdiyini nəzərə alaraq bunlar əcnəbilər və vətəndaşların diqqətinə çatdırılır:

- 2020-ci il martın 15-dən 20-dək "ASAN xidmət” mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılıb. Lakin 15-19 mart tarixlərinə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə, iş icazəsi, vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sənədlərinin hazır olacağı barədə əvvəlcədən məlumat verilən əcnəbilər və vətəndaşlar "ASAN xidmət” mərkəzlərindən sənədlərini əldə edə bilərlər;

- 2020-ci il martın 20-28-i Novruz bayramı ilə əlaqədar "ASAN xidmət” mərkəzlərində qeyri-iş günləri olduğundan bu tarixlərdə sadalanan müraciətlər üzrə sənədlərinin hazır olacağı barədə əvvəlcədən məlumat verilən şəxslər yalnız zəruri hallarda, Dövlət Miqrasiya Xidmətinin qəbul şöbələrinə yaxınlaşaraq sənədlərini əldə edə bilərlər;

- Əcnəbilərin ölkəmizdə olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma müddətinin uzadılması, müvafiq yaşama, iş icazələrinin alınması, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa, xitam ilə bağlı müraciətlər, o cümlədən hazır sənədlərlə bağlı rüsumların ödənilməsi yalnız elektron qaydada (https://eservice.migration.gov.az) qəbul ediləcək (Əlavə olaraq, Xidmətin rəsmi internet səhifəsində elektron müraciətlərlə bağlı izahlı məlumatlar yerləşdiriləcək). Rüsum vaxtında ödənildikdən sonra hazır sənədin bir müddət götürülməməsi heç bir məsuliyyət yaratmır;

- Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Xidmətin Təlim Tədris Mərkəzi tərəfindən təşkil olunan Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri ilə bağlı qanunvericiliyin öyrənilməsi ilə bağlı kurslar təxirə salınır (bu barədə əlavə məlumat veriləcək). Kurs ilə bağlı müvafiq metodiki vəsait əldə etmək istəyən əcnəbilər Təlim Tədris Mərkəzi ilə əlaqə saxlaya bilərlər (012) 566 - 37 - 74 telefon nömrəsi);

Əlavə məlumat üçün fasiləsiz (24/7) fəaliyyət göstərən 919 "Çağrı” Mərkəzinə zəng etmək olar.


2100 avtobusda dezinfeksiya işləri yekunlaşdırılıb


Koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün ictimai nəqliyyat sahəsi də nəzarətdə saxlanılır.

Bakı Nəqliyyat Agentliyinin məlumatına əsasən, insanların həm təmas, həm də hava damcı yolu ilə infeksion xəstəliklərə yoluxmasına qarşı olan dərman preparatları ilə avtobuslar dezinfeksiya edilib.

Gecə saatlarında istehsalat bazasında 22, 35, 191, 76, 12 nömrəli xətt marşrutları üzrə hərəkət edən avtobuslarda dezinfeksiya işləri həyata keçirilib. Həmin bazada hər gün gecə saatlarında 80-dən artıq avtobus dezinfeksiya edilib. Artıq gündəlik olaraq xəttə çıxan 2100 avtobusda dezinfeksiya işləri tamamilə yekunlaşdırılıb və təkrar dezinfeksiya işləri aparılır.


Xaricdəki həmvətənlərimizin sağlığı diqqət mərkəzindədir


Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulu Məsim Hacıyev deyib ki, vətəndaşlarımızın Azərbaycana göndərilməsi istiqamətində görülən tədbirlər cənab Prezidentin nəzarətindədir: "Bakıdan göndərilən çarter təyyarələri ilə vətəndaşlarımızı qruplar halında ölkəmizə göndəririk. Prezidentimizin verdiyi tapşırıq və göstərişlər əsasında bu işlər Bakıda çox dəqiq qurulub, biz də vətəndaşlarımızın vaxtında aeroportlara çatdırılaraq yola salınması işində heç bir ləngiməyə yol vermirik. Prosesi yenə eyni dəqiqliklə davam etdirəcəyik. Ona görə ölkəmizə getmək istəyən vətəndaşlarımızdan Baş konsulluğumuzla əlaqələrini kəsməmələrini, müraciətlərini davam etdirmələrini xahiş edirik”.

Bildirək ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində Azərbaycan və Türkiyə arasında qarşılıqlı razılıq əsasında sərnişinlərin hava və quru yolu ilə səfərlərinin müvəqqəti olaraq dayandırılmasından sonra Türkiyədə olan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi üçün Türk Hava Yolları və Azərbaycan Hava Yollarının İstanbul-Bakı istiqaməti üzrə uçuşları həyata keçirilir.


Koronavirus dünyada


Dünya Səhiyyə Təşkilatının koronavirusla bağlı martın 16-na olan məlumatında bildirilir ki, 157 ölkədə virusa yoluxma halı qeydə alınıb.

Ümumi yoluxanların sayı 169 610, yeni yoluxanların sayı 192 nəfərdir. İndiyədək yeni koronavirusdan 6518 nəfər ölüb. Onlardan 15-i yeni ölüm faktıdır. Xəstəliyə yoluxanlardan 77 776 nəfər sağalıb ki, onlardan 1600 nəfəri yeni sağalanlardır.

Çinin Səhiyyə İşləri üzrə Dövlət Komitəsinin son açıqlamasında bildirilir ki, ölkədə yeni növ koronavirus qurbanlarının sayı 14 nəfər, yoluxanların sayı isə 16 nəfər artıb, daha 838 nəfər müalicə olunaraq xəstəxanalardan evə buraxılıb.

Məlumata görə, Çində virusa yoluxanların ümumi sayı 80860 nəfərə çatıb, onlardan 67490 nəfər sağalıb, 3213 nəfər ölüb.

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib ki, ölkədə koronavirusa yoluxanlar iki nəfər artaraq 18 nəfərə çatıb. Bu səbəbdən ölkədə bütün əyləncə məkanları ayın 17-də yerli vaxtla saat 10:00-dan müvəqqəti olaraq bağlanacaq.

İranın Xobreqan Ekspertlər Məclisinin üzvü ayətullah Seyid Haşim Bəthayi koronavirusdan ölüb. Bir neçə gün öncə koronavirusa yoluxan Bəthayi Qum şəhərinin Behişti adına xəstəxanasına yerləşdirilib və ötən gün səhər saatlarında vəfat edib.

İndiyə qədər Gürcüstanda koronavirusa 33 yoluxma halı təsdiqlənib. Karantində 637, stasionar nəzarətdə isə 54 nəfər saxlanılır.

Fransada yeni növ koronavirus infeksiyası 120 nəfərin ölümünə yol açıb. Ölkənin Baş Səhiyyə İdarəsinin məlumatına görə, son sutkada 29 nəfər virusun qurbanı olub. Virusa yoluxanların sayı isə 4,5 mindən 5,4 minə çatıb. Hazırda 400 nəfər ağır vəziyyətdədir.

Serbiya hökuməti isə koronavirusun yayılması ilə əlaqədar ölkədə fövqəladə vəziyyət rejimi elan edib. Ölkənin Səhiyyə Nazirliyi bazar günü axşam saatlarında ölkədə 48 nəfərin koronavirusa yoluxduğunu açıqlayıb.


Virciniya koronavirus halının qeydə alınmadığı yeganə ABŞ ştatıdır


ABŞ-da yeni növ koronavirusa yoluxma hallarının sayı 3010-a çatıb, 61 nəfər bu virusdan ölüb.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası Federal Mərkəzinin (CDC) məlumatlarına əsasən, bundan əvvəl ABŞ-da yeni növ koronavirus infeksiyana yoluxanların sayı 2816 nəfərdən 2885 nəfərə qədər artmış və bunlardan 60 nəfəri ölmüşdü.

Məlumatlara görə, koronavirus vətənə dönmüş 70 amerikalıda, habelə 49 ştatın 2940 sakinində və Kolumbiya bölgəsində aşkar edilib. Qərbi Virciniya heç bir yoluxma halının qeydə alınmadığı yeganə ABŞ ştatı olaraq qalır.

Misirdə isə koronavirusa daha 17 yoluxma faktı qeydə alınıb və bununla da ölümcül virusa yoluxmuş xəstələrin sayı 110 nəfərə çatıb. Hazırda ölkədə universitet və orta məktəblər bağlanılıb, kütləvi tədbirlərin keçirilməsi qadağan edilib.

İraq hökuməti koronavirusun yayılması ilə mübarizə tədbirləri çərçivəsində paytaxtda komendant saatı tətbiq edib, eləcə də Bağdaddan və geriyə olan uçuşları dayandırıb.

İndiyədək İraqda qonşu İrandan gələn 124 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Virusa yoluxmuş 10 nəfər ölüb, 26 nəfər sağalıb. Avstriyada təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı 860-a çatıb.


COVID-19 Təcili Yardım Fondunun yaradılması təklif edilib


Hindistanın Baş Naziri Narendra Modi Cənubi Asiya Regional Əməkdaşlıq Təşkilatının (SAARC) üzv ölkələri üçün COVID-19 Təcili Yardım Fondunun yaradılmasını təklif edib.

N.Modi bölgədə COVID-19 ilə birgə mübarizə aparmaq məqsədilə ortaq bir strategiya tərtib etmək üçün videokonfrans vasitəsilə SAARC ölkələrinin rəhbərləri ilə qarşılıqlı müzakirə keçirib.

Bütün ölkələrin könüllü yardımı əsasında COVID-19 Təcili Yardım Fondunun yaradılmasını təklif edən N. Modi Hindistanın bu fond üçün ilkin olaraq 10 milyon ABŞ dolları təklif etdiyini deyib.

Avropa İttifaqı (Aİ) koronavirusla mübarizə tədbirləri çərçivəsində qoruyucu tibbi vasitələrin kənar ölkələrə ixracını qadağan edib. Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bildirib ki Aİ daxilindəki tələbatı ödəmək, tibb işçilərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə xüsusi tibbi geyim formaları, əlcəklər və tibbi eynəklərin təşkilat xaricindəki ölkələrə ixracı yalnız xüsusi icazə aldıqdan sonra mümkün olacaq.


Koronavirusdan qorunmaq mümkündür


Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Virusologiya şöbəsinin müdiri, dosent Lalə Rüstəmova məlumat verib ki, immunitetin normal, sağlam olması birbaşa genetik faktorlarla əlaqədardır. Sağlam immuniteti olan şəxsdə nəinki koronavirus, digər yoluxucu, somatik xəstəliklərin gedişi və nəticəsi də yaxşı olur. Həkimin sözlərinə görə, koronavirus infeksiyası ilə bağlı 1936-cı ildən başlayaraq ABŞ, İngiltərə, Almaniya və digər Avropa ölkələrində elmi işlər aparılır: "Bu, yeni yaranmış bir virus deyil. Əslində bu virus və onun törətdiyi infeksiyalar keçən əsrin əvvəllərindən məlumdur və intensiv araşdırılır. Sadəcə birdən baş verən infeksiya bütün dünyada ajiotaj yaratdı. Bu virusların ətraf mühitdə qalması bir sıra amillərdən asılıdır. Birinci iqlim faktorudur, yəni alimlərin tədqiqatları göstərib ki, bu viruslar 0-18 dərəcədə temperaturda ətraf mühitdə 4-11 günə qədər qala bilir. Temperatur artdıqca bu virusların yaşama şansı azalır, inaktivləşmə gedə bilir. Bu viruslar ilin soyuq aylarında, mənfi temperaturda daha yaxşı qalır. Virusun torpaqda yaşaması ilə bağlı isə konkret tədqiqatlar yoxdur. Ətraf mühitdə, bərk əşyalarda, müəyyən yumşaq səthlərdə həmin virusların qalma müddəti öyrənilib”.

L.Rüstəmova qeyd edib ki koronavirus hissəcikləri aerozol şəklində ətraf mühitdə 8-10 saat ərzində qala bilir: "Koronavirusdan qorunmaq üçün DST-nin irəli sürdüyü tövsiyələr var. Şəxsi gigiyena qaydalarına əməl etməkdən əlavə, hər bir şəxs özündə yüksək hərarət, öskürək, zökəm halları, xüsusilə təngnəfəslik hiss edərsə, dərhal həkimə müraciət etməlidir. Polimeraz zəncirvarı reaksiyasında bu virus təsdiqləndikdən sonra həmin şəxslə təmasda olanlar dərhal təcrid edilməlidir. Əsas yol budur. Həmçinin 70 faizli spirtin bu viruslara öldürücü təsiri olduğu bildirilir. İndiki spirtlər 95 faizlidir, demək bunların da təsiri var. Bundan başqa, xlor tərkibli məhlullar, 1 faizli fenol, 10 faizli soda məhlulu da virusa öldürücü təsir göstərir”.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM