Alternative content

06:35 05 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri UNEC-də distant dərsləri izləyiblər
Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri UNEC-də distant dərsləri izləyiblər
ANA SƏHİFƏ / Təhsil
01:06 17.03.2020


Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvlərindən ibarət nümayəndə heyəti UNEC-də distant dərsləri izləyiblər.

Milli Məclisin deputatı Etibar Əliyev, İctimai Şuranın sədr müavini Nadir İsrafilov, şuranın katibi, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov, professor Hikmət Əlizadə və Mayis Əliyevin təmsil olunduğu nümayəndə heyəti öncə UNEC Eksterndə tibbi-profilaktik müayinədən keçiblər.

Sonra UNEC-in rektoru, professor Ədalət Muradov İctimai Şuranın üzvlərini distant dərslərin keçirildiyi auditoriyalarla tanış edib. Qonaqlara UNEC Ekstern barədə ətraflı məlumat verilib. Bildirilib ki, mərkəz 14 nəfərlik heyətlə 20 min tələbəyə distant təhsil vermək imkanına malikdir. Martın 12-dən start verilən distant dərslərdə gün ərzində 9200 tələbəyə azərbaycan, rus, ingilis və türk dillərində dərslər tədris olunur. Şura üzvləri dərsləri canlı olaraq izləyiblər. Distant tədrisin beynəlxalq standartların tələblərinə cavab verdiyindən məmnunluqlarını ifadə edən şura üzvləri, tələbə-müəllim arasında interaktiv dərs mühitinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıblar.

Şura üzvləri inzibati otaqlara baxış keçiriblər. Müəllimlərin asudə vaxtlarının səmərəli təşkili, texniki dəstək, eləcə də digər otaqlarla tanış olublar.

Sonda Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri universitetdə tətbiq olunan distant tədrisi alqışlayaraq, bunu Azərbaycan ali təhsilində mütərəqqi bir yenilik kimi qiymətləndiriblər.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM