16 Mart 2020 15:21
541
İQTİSADİYYAT
A- A+

İqtisadiyyat Nazirliyi: Satışda və təchizatda heç bir çətinlik yoxdur


İqtisadiyyat Nazirliyi ticarət obyektlərində və anbarlarda KİV nümayəndələrinin iştirakı ilə monitorinq keçirib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, monitorinqlər zamanı əhalinin gündəlik tələbat malları, o cümlədən ərzaq məhsulları ilə təchizatında hər hansı çətinliyin olmadığı, mağazalarda bütün çeşidlər üzrə malların və anbarlarda kifayət qədər ehtiyatının olduğu müşahidə edilib. Satışla məşğul olan sahibkarlar mağazalara yeni məhsulların sifarişinin davam etdirildiyini, ticarət obyektlərinin topdansatış müəssisələri tərəfindən təchizatla bağlı sifarişlərinin vaxtında yerinə yetirildiyini bildiriblər.

Bununla yanaşı, koronavirusdan qorunmağın yolları ilə bağlı ticarət obyektlərində mütəmadi olaraq səsləndirilməsi üçün İqtisadiyyat Nazirliyi tərəfindən maarifləndirici anons hazırlanıb.

Sahibkarlara bu maarifləndirici anonsun ticarət obyektlərində səsləndirilməsinin təmin edilməsi tövsiyə olunur. Keçid üçün:

https://economy.gov.az//uploads/fm/audio/Ticaret%20Merkezi%20elan.mp3.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video