16 Mart 2020 11:38
587
İQTİSADİYYAT
A- A+

“Mingəçevir” SES-in etibarlılığı və təhlükəsizliyi gücləndirilir

"Azərenerji” ASC ölkənin ən böyük su elektrik stansiyası olan "Mingəçevir” su elektrik stansiyasında (SES) təmir-bərpa işləri həyata keçirir.

ASC-dən AZƏRTAC-a bildirilib ki, 6 hidroaqreqatdan ibarət "Mingəçevir” SES-də aparılan işlər nəticəsində dayanıqlılıq, etibarlılıq və təhlükəsizlik artırılır. Ən əsası isə tezliyin avtomatik tənzimlənməsi istiqamətində böyük layihə reallaşdırılır.

Qeyd edək ki, 2018-ci ilin yayında baş verən qəza və nəticədə enerji sisteminin çökməsinin bir daha təkrarlanmamasına görə əks-qəza avtomatikasının, o cümlədən rele-mühafizəsinin yenilənməsi ilə yanaşı, tənzimatın avtomatik aparılması üçün bir çox ölkələrin müasir texnologiyaya əsaslanan avadanlıqları alınaraq işə qoşulur.

Bu günə qədər 6 hidroaqreqatdan ibarət stansiyanın 4 hidroaqreqatında təmir işləri başa çatdırılıb, tənzimləmə, idarəetmə sistemləri dəyişdirilib, təsirlənmə və yeni generatorun mühafizə qurğuları işə qoşulub.

Hazırda bir hidroaqreqatda disk bağlayıcısının dəyişdirilməsi prosesi gedir və işlər yekunlaşandan sonra axırıncı aqreqatda da təmir prosesinə başlanacaq, bununla da ötən əsrin 50-ci illərindən istismar edilən 6 hidroaqreqatın hamısında təmir işləri başa çatacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video