15 Mart 2020 01:25
631
İQTİSADİYYAT
A- A+

Almaniya ilə birgə investisiya layihələri müzakirə olunub


"Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə və Almaniyanın "Achenbach Buschhütten” şirkətinin beynəlxalq satış üzrə icraçı direktoru Rolf Vilbersin başçılıq etdiyi nümayəndə heyəti arasında işgüzar görüş keçirilib.

ASC-dən AZƏRTAC-a bildirilib ki, "Azəralüminium” MMC-də müəssisənin istehsal gücünün artırılması və bu istiqamətdə zəruri avadanlıqların, nou-hau (know-how) alman texnologiyasının tətbiqi, eləcə də mühəndislik xidmətlərindən istifadə olunması kimi təkliflər irəli sürülüb.

"Achenbach Buschhütten”in nümayəndəsi qeyd edib ki, şirkətin mütəxəssisləri "Azəralüminium” MMC-nin ərazisinə baxış keçirib, müəssisədəki mövcud vəziyyətlə tanış olub və istehsal gücünün artırılması istiqamətində zəruri tədbirlər müəyyən edilib. Bundan əlavə, layihənin səmərəliliyinin müəyyənləşdirilməsi məqsədilə texniki iqtisadi əsaslandırılmanın hazırlanması istiqamətində də müzakirələr aparılıb. Yeni metalyayma zavodunun inşası, investisiya yatırımının perspektivləri də görüşün müzakirə mövzusu olub.

Görüşdə Azərbaycan Sənaye Korporasiyasının "Strateji inkişaf və kommersiya” departamentinin əməkdaşları və "Azəralüminium” MMC-nin rəhbər heyəti iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video