Alternative content

14:17 03 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sumqayıt Dövlət Dram Teatrının repertuarı genişlənir
Sumqayıt Dövlət Dram Teatrının repertuarı genişlənir
ANA SƏHİFƏ / Mədəniyyət
01:21 15.03.2020


Böyük ədib, görkəmli dramaturq, "Molla Nəsrəddin” jurnalının qurucusu, Azərbaycanı bütün varlığı ilə sevən və xalqın maariflənməsi üçün daim mübarizə aparan Cəlil Məmmədquluzadənin yaradıcılığı hər zaman aktual olub.

Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyəti bu mövsümdə də Mirzə Cəlilə müraciət edib. Kollektiv Cəlil Məmmədquluzadənin 150 illiyinə töhfə olaraq ədibin "Danabaş kəndinin əhvalatları” povesti əsasında eyniadlı tamaşanı dövlət sifarişi ilə hazırlayıb.

Tamaşa XIX əsrin sonlarındakı Azərbaycan kəndinin feodal-patriarxal mühitini, zülm və özbaşınalığı, xurafatı bütün dolğunluğu ilə əks etdirir. Əsər yolunu azmış Xudayar bəyin əməllərini, pul üçün islam qanunlarını ayaqlar altına salan qaziləri, kərbəlayiləri, həmçinin bütövlükdə zülmət və qaranlığa bələnmiş mühitin cəhalət məngənəsində sıxıb əzdiyi kəndliləri səciyyələndirir.

Əsərin quruluşçu rejissoru Əməkdar artist Namis Şirməmmədovdur. Tamaşanın quruluşçu rəssamları - Elşən Sərxanoğlu və Şahin Hüseynli rejissor ideyasına və əsərin ali məqsədinə uyğun bədii dekorasiyanın öhdəsindən uğurla gəliblər. Rollarda əməkdar artistlər İlahə Səfərova, Sədaqət Nuriyeva, Cəlal Məmmədov, Mövsüm Hüseynov, aktyorlar - Habil Xanlarov, Dağlar Rüstəmov, Kamran Muradlı, Akif Mirzəyev, Yalçın Səlimov, Mətanət Əmirullayeva, Mətləb Səfərli və Fizuli Qərənizadə çıxış edirlər. Tamaşa izləyicilərə "Haqqın, ədalətin yanında ol” mesajını ötürür.

Səhnə əsərinin ictimai baxışında bədii şura üzvləri, teatrın yaradıcı heyəti iştirak edib. Teatrın direktoru Əməkdar artist Mübariz Həmidov öncə tamaşanı ərsəyə gətirən kollektivi təbrik edib, Mirzə Cəlil yaradıcılığının böyüklüyündən danışıb və klassik əsərlərin gənclərin tərbiyəsində oynadığı önəmli rolu vurğulayıb. Bədii şura üzvləri, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov, teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov və başqaları yeni tamaşanın bədii-estetik məziyyətlərindən, aktyor improvizələrinin dəqiqliyindən, tamaşanın bədii tərtibat həllinin uğurundan danışıblar. Çıxışlarda göstərilib ki, əsərin ideyası bugünkü qloballaşan cəmiyyətdə hüquq azadlığı, sosial ədalət prinsipləri ilə səsləşir.

Akif ƏLİYEV,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM