Alternative content

14:29 03 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Zənginləşən xəzinəmiz”dən yeni virtual soraqlar
“Zənginləşən xəzinəmiz”dən yeni virtual soraqlar
ANA SƏHİFƏ / Mədəniyyət
01:15 15.03.2020


Azərbaycan Milli Xalça Muzeyində "Zənginləşən xəzinəmiz” adlı sərginin virtual açılışı olub. Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova bildirib ki, sərgini onlayn şəkildə açmaq qərarına gəliblər: "Çünki texnoloji tərəqqi əsrində Milli Xalça Muzeyi dünya şəbəkəsinin saysız-hesabsız yeniliklərini mənimsəməlidir. Ziyarətçilərimiz internet vasitəsilə real zaman rejimində muzeyin sosial şəbəkə səhifəsindən bizi izləyə bilərlər”.

Sərgidə 2017-ci ildən bu günədək kolleksiyaların zənginləşdirilməsi məqsədilə əldə edilən xovlu və xovsuz xalçalar, onların məmulatları, zərgərlik nümunələri və geyimlər təqdim olunur. Son üç ildə muzeyin kolleksiyalarına 68 əşya daxil edilib, onlardan bəzilərinin təqdimat mərasimi də keçirilib. Növbəti təqdim olunan nümunələrdən 21 eksponat isə ilk dəfə sərgilənir.

Sərgidə diqqəti cəlb edən qiymətli eksponatlardan biri muzeyin tarixində ilk dəfə məşhur "Sothebys” hərrac evindən əldə edilən zərgərlik nümunəsi - qadın asma bəzəkləridir. Qacarlar dövrünə xas üslubda, yüksək bədii zövqlə hazırlanan bu bəzəklər XIX əsrə aiddir. Onlar öz üslub xüsusiyyətlərinə görə muzeyin zərgərlik kolleksiyasında yer alan eksponatlar arasında unikal nümunələrdir.

ABŞ vətəndaşları Hilari-Dumas Jones və Jay Jones tərəfindən muzeyə hədiyyə edilən Quba xalçaçılıq məktəbinin ən məşhur kompozisiyalarından olan "Qonaqkənd” xalçası da sərgidə nümayiş olunur.

Kolleksiyaçılar tərəfindən bədii, elmi əhəmiyyət kəsb edən əşyaların təmənnasız olaraq muzeyə bağışlanması onların bu mədəniyyət ocağına böyük etibar etdiklərinin göstəricisidir. Muzey dövlət və özəl sektorda fəaliyyət göstərən təşkilat və fiziki şəxslərlə, o cümlədən Heydər Əliyev Fondu, Dövlət Gömrük Komitəsi, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və s. qurumlarla sıx əməkdaşlıq edir. Bu təşkilatlar tərəfindən hədiyyə edilən əşyalar öz kompozisiyası, texnikası, rəng harmoniyası və ornamentlərinin zərifliyi ilə muzeyin ekspozisiyasında layiqli yer tutur.

Tədbirdə həmçinin muzey tərəfindən hazırlanan "Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından zərgərlik inciləri” adlı kitabın təqdimatı da keçirilib. Kitabda kolleksiyanın yaranma tarixi, burada qorunan müxtəlif çeşidli qadın və kişi zərgərlik nümunələri, bu sənətdə istifadə edilən ənənəvi texnikalar və Azərbaycanın tanınmış zərgərləri haqqında müfəssəl məlumat yer alıb. Kitabın geniş oxucu kütləsinə çatdırılması məqsədilə mətnlər Azərbaycan, ingilis və rus dillərində verilib.

"Zənginləşən xəzinəmiz” sərgisi martın 26-dək ziyarətçilər üçün açıq olacaq.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM