Alternative content

18:07 08 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
16:42 08.04.2020 Uhanın yolları açıldı
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Təbiətin yaz coşqusu
Təbiətin yaz coşqusu
ANA SƏHİFƏ / Mədəniyyət
01:10 15.03.2020


"Münəccim tez-tez ayağa qalxaraq astronomik cihaz və Günəş saatı vasitəsilə Günəşin hündürlüyünü təyin edib gündüz və gecənin bərabərləşdiyi anda elan etdi: "Təzə il gəldi”. Elə bu anda yaylım atəşləri eşidildi, şəhərin qüllələrindən və divarlarından musiqi sədaları ucaldı. Beləliklə, Bahar bayramı başlandı”.

Bunu məşhur alman riyaziyyatçısı, diplomat Adam Oleari 1637-ci ildə Şamaxıda Novruz bayramı şənliyinin iştirakçısı olarkən yazmışdı. Bundan iki əsr sonra N.Dubrovin də belə yazırdı: "Azərbaycanda baharın gəlməsini şəhərlərdə və kəndlərdə toplardan açılan yaylım atəşi ilə bildirirdilər”.

Bəli, Novruz bayramı hələ əsrlər öncə Azərbaycanda təntənə ilə qeyd olunurdu. Amma bu bayramın tarixi kökləri əslində çox-çox qədimlərə gedib çıxır.


5 min yaşı olan Novruz


Novruz - şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə ilə gündüzün bərabərliyi qovuşuğunda (martın 20, 21-də) keçirilən ən qədim xalq bayramıdır. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayır, bu münasibətlə şənliklər keçirir, onu yeni ilin başlanğıcı kimi bayram edirlər. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır.

Novruzun yaranma tarixi ibtidai icma quruluşunun inkişaf edən mərhələsilə bağlıdır. Ən qədim yazılı abidələrdə göstərilir ki, Novruz bayramı bizim eradan əvvəl 505-ci ildə yaranıb. Bəzi mənbələrdə Novruzun Babilistanda eradan əvvəl 3-cü minillikdə keçirildiyi bildirilir. Deyilənə görə, Babilistanda bu bayram 12 gün davam edirdi. Bu 12 günün hərəsinin öz ritualları və əyləncələri vardı.

Elmi araşdırmalar isə Novruz bayramının tarixini çox qədim çağlarla - Zərdüşt peyğəmbərin yaşadığı dövrlə bağlayır, onun yaşını ən azı 3700, ən çoxu 5000 ilə bərabər edirlər. Novruzla bağlı ilkin inanclar və mərasimlər qədim İran mənbələrində "saka”, yunan mənbələrində "iskit”, "Avesta”da "tur” və ya "turanlı”, müasir rus elmi ədəbiyyatında isə "skif” adlandırılan etnoslar arasında yayılıb.

Çin mənbələrinə görə, baharın qədəm qoyması ilə əlaqədar mərasimlər "Yengi Kun” adı ilə Hunlar və Göytürklər dövründən bayram edilirdi. Miladdan öncə II əsrdə yaşamış Çin tarixçisi Simaçen "Tarixi xatirələr” adlı əsərində Hun hökmdarlarının yeni ildə - Novruzda bayram keçirdiklərini qeyd edib.

Bir çox tədqiqatçılar Novruzun yaranma tarixini, onun zərdüştlük və ya müsəlman mədəniyyəti ilə əlaqələrini araşdırarkən bir-birini təkzib və ya təsdiqləyən müxtəlif faktlar aşkar ediblər. Məsələn, islam xadimləri bu bayrama dini rəng verməyə çalışıblar. Hətta belə bir fərziyyə uydurublar ki, Novruz bayramı guya IV xəlifə Əlinin hakimiyyətə gəldiyi günlə əlaqədardır. Halbuki Əli ibn əbu-Talib iyul ayında hakimiyyətə gəlib, Novruz isə yazda bayram edilir. Xalqın bayramla əlaqədar keçirdiyi mərasimlər də islam dininə aid heç bir ehkamla bağlı deyil, əksinə, islamda qadağan olunan bir sıra ayinlər - odu müqəddəs saymağı, səməni qoymaqla bolluq olacağına etiqad etməyi, qulaq falı, su falı kimi adətlər icra olunur. Üstəlik, Novruzun islamdan da əvvəl yaranmasını görkəmli maarifçilərdən Firdovsi, Rudaki, Avisenna, Nizami , Sədi, Hafiz və başqaları da təsdiq edirlər.


Novruz qədim ədəbiyyatda


Novruz bayramının mənşəyi, onunla bağlı əsatirlər, miflər qədimdir. Tədqiqatçılar bu bayramın məhz Yaxın Şərqin əkinçiliklə məşğul olan xalqları arasında meydana gəldiyini söyləyiblər. Onu ayrı-ayrı tarixi və əfsanəvi şəxsiyyətlərin adı ilə bağlamağa çalışıblar. Əbu Reyhan əl-Biruni yaradıcılığında Novruz bayramı haqqında müxtəlif rəvayətlərə, onun yaranması səbəblərinə, xalq arasında yayılmış adət-ənənələrə toxunub. O, Novruz bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram olduğunu yazıb. Nizamül Mülk "Siyasətnamə” əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs edib. Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış "Bahariyyə” adlı lirik şeirlərdə də təsvir və tərənnüm olunur. Ömər Xəyyam "Novruznamə” əsərində bu bayramın tarixindən danışarkən qeyd edib: "Novruzun yaranmasının birinci səbəbi odur ki, həmin gündə Günəş dövrə vurub 365 gün 6 saatdan sonra öz yerinə qayıdır. Cəmşid bu günü müəyyənləşdirdiyinə görə onu yeni gün - Novruz adlandırıb və bayram edib”.

Bu rəvayətlərdən bəziləri əfsanəvi İran hökmdarlarından Cəmşidin Azərbaycana gəlməsi ilə əlaqələndirilir. Əl-Biruni "Asar əl-Baqiyyə” əsərində bu haqda yazır: "Deyirlər, Cəmşid bir sıra şəhərlər gəzərək, nəhayət, Azərbaycana gələndə taxta çıxıb və camaat onu çiyinlərində aparıb. Günəş o taxta düşüb, hər yan nura qərq olub. Camaat bu günü uğurun başlanğıcı hesab edərək onu Novruz - Yeni gün adlandırıb”.

Başqa bir rəvayətdə isə Novruz atəşinin Cəmşid tərəfindən kəşf edildiyi bildirilir. İbn əl-Bəlxi "Farsnamə” əsərində Yaz bayramı haqqında bildirir ki, Cəmşid yeni tikdirdiyi sarayda taxta çıxır, əyalətlərdən bütün hakimləri saraya dəvət edir və onlara müraciət edir: "Bu gün Günəş ilinin başlanması günü imiş. Allahın bizə verdiyi bütün nemətlərə şükür edək və rəiyyətlə ədalətlə davranaq”. Hamı dua etdi, şadlıq oldu və bu günü bayram edərək Novruz adlandırdılar.

Novruz bayramının əsaslarının zərdüştilik və atəşpərəstliklə bağlı olduğunu indiyədək qalmış ayinlərlə, xüsusən də odun müqəddəs sayıldığı ehkamlarla əlaqələndirirlər. Lakin Novruz rituallarının təhlilindən gəlinən qənaət budur ki, bu bayramın yaranışı nə zərdüştlüklə, nə də islam dini ilə əlaqəlidir. Novruz heç bir din və şəriətdən asılı olmayan, təzə ili, baharın ilk gününü qarşıladığımız təbiət bayramıdır.

Xəyalə MURADLI,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM