Alternative content

19:04 08 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
16:42 08.04.2020 Uhanın yolları açıldı
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türk xalqlarının ortaq bayram inancları
Türk xalqlarının ortaq bayram inancları
ANA SƏHİFƏ / Mədəniyyət
01:10 15.03.2020


Türk xalqları əsrlərdən bəri yaddaşlarda yaşayan Novruzu müxtəlif, rəngarəng adətlərlə qarşılayırlar. Türkiyənin Cənub Şərqi Anadolu bölgəsində Qaziantep və onun ətrafında 22 mart gününə "Sultan Novruz” adı verilib. Bu bölgədə, eləcə də Qarsda Azərbaycanda olduğu kimi, qapı busma, baca-baca adətləri yaşadılır.

Qırğızıstanda Novruzda tonqal qalamırlar, amma evin, həyətin odla pak edilməsi adəti var. Qırğızlar bunu qədim türk şamanlarından qalma adət hesab edirlər. Onlar "Alas-alas, hər bəladan xilas”, - deməklə öz həyətlərini atəşlə pis ruhlardan təmizləyirlər. Darı yarmasından bayram yeməyi hazırlanır. Qırğız süfrəsində məxsusi olaraq Novruzda quzu ətindən və əriştəyə oxşar un məmulatından hazırlanmış beşbarmaq da olur. Bu şirniyyat əllə yeyildiyi üçün belə adlanır.

Türkmənistanda bayramdan beş-altı gün öncə evlərin təmizlənməsi başlanır. Türkmən çörəyi, plovu və müxtəlif şirniyyatlar hazırlanır. Səməni Novruzun xüsusi yeməyi sayılır. Bir neçə ailə bir araya gəlib böyük qazanda buğda, un və şəkərdən səməni bişirirlər. Bayrama bir gün qalmış bişirilən bu yemək 21 martda süfrələri bəzəyir.

Qazaxıstanda evlərin divarlarına gil qablar atıb sındırırlar. Bu adət köhnə ilin pisliklərindən, xəstəliklərindən yeni ildə uzaq olmaq məqsədi daşıyır. Qazaxlar da tonqal üzərindən atlanırlar. "Novruz köcü”, Novruz şorbası və ya "lapa” adlı yeməklər bişirilib qonşulara paylanır.

Özbəkistanın Səmərqənd, Buxara, Əndican şəhərlərində Novruza həsr edilmiş şənliklər bir həftəyə qədər davam edir. Özbəklərin bişirdikləri xüsusi yeməklərdən ən məşhuru özbək plovu, samsa və sümələkdir. S hərfi ilə başlayan 7 nemət süfrəyə düzülür. Güləş və at yarışları bayrama xüsusi gözəllik qatır. Novruz günü bir-birlərini qucaqlamaq və danışmağa başlamazdan əvvəl üç qaşıq bal yemək ən əski adətlərdəndir. Bölgələrdə təsərrüfatda çalışan yaşlı insanlar əlini yağa batırıb öküzlərin buynuzunu yağlayırlar ki, yeni il bərəkətli olsun.

Tacikistanda süfrəyə qoyulan süd təmizliyi, şirniyyat yaşama sevincini, şəkər sərinlik və istirahəti, şam atəşə sitayişi, daraq qadının gözəlliyini təmsil edir. Uşaqlar qapı döyüb bayram payı istəyir, ancaq gizlənmirlər. Onlar yaz çiçəklərindən dərib yığır, qapıları döyüb, ev sahibinə çiçəklərdən hədiyyə edirlər. Ev sahibi isə onlara konfet, yumurta, ya da pul verir.

Əfqanıstanda insanlar müqəddəs ziyarətgah sayılan Məzari-Şərif şəhərinə toplaşır, xüsusi mərasimlər, şənliklər təşkil olunur. Yeddi meyvə qurusundan - ərik, fıstıq, iydə, badam, qoz, fın-dıq və kişmişdən hazırlanmış "Həft meyvə”, Novruz külçəsi adlı xüsusi qurabiyə, qızardılmış balıq Novruz yeməklərinə aiddir. Smanak adlı buğdadan hazırlanan şirniyyatı isə qadınlar gecə xüsusi nəğmələr oxuyaraq bişirirlər.

Altayda martın 21-də "Cılgayak” bayramı qeyd edilir. Bu bayram da Novruz kimi baharın gəlişi, təbiətin canlanması, yeni bir ilə qədəm qoyulması üçün keçirilir. Süfrəyə bal qatılmış qatıq, dondurulmuş və qurudulmuş ət, qoyun və mal dırnağından yeməklər təqdim edilir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM