Alternative content

22:52 29 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Novruzda mədəmiz də “bayram” edir?
Novruzda mədəmiz də “bayram” edir?
ANA SƏHİFƏ / Səhiyyə
01:08 15.03.2020


Ta qədimdən insanlar təbiətin şaxtaya, sazağa qalib gəlib canlanmasını bayram edib, Novruzu şadlıqla qarşılayıblar. Süfrələrə min bir naz-nemət düzülüb, şəkərbura, paxlava, şorqoğalı bayramın simvoluna, aş şah xörəyinə çevrilib...

Amma mütəxəssislər sadalanan yüksək kalorili şirniyyat və xörəklərin eyni anda yeyilməsinin insan orqanizminə fəsadları olduğu barədə xəbərdarlıq edir. Müasir dövrdə əksər insanların daha çox oturaq işlə məşğul olduğunu nəzərə alsaq, bunun əsası olduğunu görərik.

Bəs bayram günlərində necə qidalanmalıyıq ki, sonradan orqanizmimizdə narahatlıqlar yaranmasın? Bayram süfrələrində hansı qidaların olması məsləhətdir və yemək ardıcıllığına necə riayət etmək lazımdır?

Dietoloq Fuad Məcidovun sözlərinə görə, Novruz süfrəsində şirniyyatlar çoxluq təşkil etdiyindən, xüsusən şəkər xəstələri diqqətli olmalıdır. Bayramın bir neçə gün davam etməsi isə məsələni daha da ciddiləşdirir: "Plov, dolma, salat bir oturuma yeyilməməlidir. Hər üç xörək ağır olduğu üçün mədəni çox yükləyir. Üstəgəl, şirniyatlar yeyildikdə fəsadlar daha da artır. Normadan artıq şəkər qəbulu xüsusən mədəaltı vəzə ziyandır. Bu qidalar qan təzyiqinə də mənfi təsir edir və bağırsaqlarda sorulma çətin gedir. Yaxşı olar ki, şəkərbura, paxlava, qoğal desert kimi isti yeməkdən bir müddət sonra yeyilsin. Amma çayla bərabər yox. Ümumiyyətlə, bayram günlərində çoxlu yemək mədə-bağırsağın mikroflorasını pozur. Bu, xroniki qastritin kəskinləşməsinə səbəb olar, qanaxmaya qədər gətirib çixara bilər. Bayramdan sonra baş ağrısı, əzginlik, yorğunluqla müşahidə olunar”.

Dietoloq bayramdan sonra artıq çəki ilə mübarizə aparmamaq üçün bəzi məsləhətlər də verir: "Bayramda səhəri 1 stəkan su ilə açmaq yaxşı olar. Gündə 4 saatdan bir, ancaq az yeməyə çalışın. Yaxşı olar ki, çay və qəhvəni bitki çayları ilə əvəz edəsiniz. Eyni zamanda bayram günlərində fiziki aktivliyi də unutmayın”.


İdeal qidalanma


Qastroenteroloq Mətanət Cəfərova da vurğulayır ki, qida qəbulundan yarım saat qabaq su içilməsi həm mübadilə sisteminə, həm də həzmə kömək edir. Yeməklərin üzərindən su və ya çay içmək isə məsləhət deyil. Belə olduqda həzm gecikir, öd və mədə piqmentlərinin bağırsağa axmasının qabağı alınır. Eyni zamanda qidaların tərkibində olan mikroelementlərin mənimsənilməsi azalır.

Bayram süfrəsində mal yox, daha çox balıq, toyuq, hinduşka ətindən istifadə edilməsi məsləhətdir. Yeməyə yüngül qidalarla başlamaq lazımdır, həmçinin az porslarla və arada fasilə olmaqla. İdeal qidalanma isə belədir: "Yeməyə az miqdarda şorba ilə başlayıb, 15 dəqiqə fasilə ilə digər təamlardan da dadmaq olar. Diqqət etmək lazımdır ki, meyvə və çərəzlər 1, çay və şirniyyatlar isə 2 saat sonra qəbul olunsun”.


Belə məhsullardan uzaq durun


Qastroenteroloq bayram günlərində rast gəlinən zəhərlənmə hallarına qarşı da diqqətli olmağı məsləhət görərək söyləyir ki, belə hallar daha çox konservləşdirilmiş turşulardan, kompotlardan istifadə zamanı yarana bilir. Ona görə də mənşəyi bəlli olmayan konservləşdirilmiş məhsullardan uzaq durmaq lazımdır: "Bəzən onlarla qidalanmaq qıcıqlanmış bağırsaq sindromuna səbəb olur. Yəni, qusma və ishal müşahidə olunur. Bu, sadəcə reaktiv prosesdir - qidaların tərkibində olan hər hansı bir maddənin bağırsağı qıcıqlanmış vəziyyətə gətirməsidir və bol maye qəbulu narahatlığı aradan qaldırır. Amma zəhərlənmə halında insanda temperatur yüksəlməsi, ishal və qusma ilə yanaşı, qıcolmalar, allergik reaksiyalar, qulaqlarda küy, ürəkgetmə (bəzən) müşahidə olunarsa, təcili olaraq həkimə müraciət etmək lazımdır”.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM