15 Mart 2020 01:08
1062
Səhiyyə
A- A+

Cavanlıq və sağlamlıq bəxş edən meyvə


Tərkibi vitaminlərlə zəngin olan innabı "cavanlıq və sağlamlıq bəxş edən meyvə” adlandırırlar. Çin təbibləri sübut ediblər ki, müalicəvi xüsusiyyətlərinə görə innab yalnız jenşendən geri qalır.

Bitkinin bütün hissələri (meyvəsi, yarpaqları, ağacın qabığı, kökü) müalicə məqsədilə istifadə olunur. Diş və ya baş ağrısı zamanı innabın yarpağını çeynəmək ağrıları tez azaldır. Qabığının dəmləməsi ishaldan xilas edir.

İnnabın tərkibi C, PP, A, E, B qrupu vitaminlərlə, mis, dəmir, kalium, maqnezium, fosfor, kalsium və digər orqanizm üçün vacib minerallarla, flavonoidlər, pektinlər, katexinlər, kumarinlərlə zəngindir.

Belə zəngin kimyəvi tərkib meyvəni insan sağlamlığı üçün faydalı edir:

- B qrupu vitaminləri sayəsində sinir sisteminə müsbət təsir edir, sakitləşdirir, stresi və əsəbiliyi azaldır;

- Multivitamin meyvə olduğu üçün hipovitaminozlar zamanı çox yaxşı kömək edir;

- Güclü antioksidant təsiri ilə orqanizmi toksinlər və şlaklardan təmizləyir, cavanlaşdırır, daha gümrah edir;

- Qaraciyərin və öd kisəsinin sağlamlığını qoruyur;

- Tərkibindəki C vitamini, kalium və maqnezium sayəsində ürək və damarlar üçün çox faydalıdır - damarları möhkəmlədir, daha elastik edir, ürək əzələsini qoruyur, təzyiqi normallaşdırır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video