22:42 15 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
14:25 15.04.2021 Onlar bizə əmanət!
 

Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Həyat eleksiri
ANA SƏHİFƏ / SƏHIYYƏ
01:06 15.03.2020


Cücərmiş buğda hələ qədim dövrdən təbiblərin maraq göstərdiyi qida olub. Cücərmiş buğdanı qida kimi qəbul etmək üzərində aparılmış 20 illik tədqiqatların nəticəsində məlum olub ki, bu, həyat və sağlamlıq eliksiridir.

Müntəzəm qəbul etdikdə maddələr mübadiləsi, həzm yaxşılaşır, sinir sistemi qaydaya düşür. İnsanın dişləri, dırnaqları möhkəmlənir, saçları çoxalır, dərisi yaxşılaşır, cavanlaşır, görməsi itiləşir.

İnsanın immun sistemi möhkəmlənir, həyati vacib orqanlar aktivləşir. Ateroskleroz və sklerozun qarşısı alınır, ürək-damar sistemi cavanlaşır.

Hazırlanması:

50 qram buğda bir neçə dəfə yuyulub suyu süzülür, sonra tənzifin arasına yayılıb üzəri tənziflə bağlanıb cücərməyə qoyulur. 1-2 sutka ərzində bir az cücərən kimi istifadəyə hazır olur.

Əgər buğda cücərərkən pis qoxu gəlirsə, onu istifadə etməyin, deməli yaxşı toxum deyil. Cücərmiş buğdanı qurudub un halına salıb kökə bişirərək, südə, qatığa, salatlara əlavə etmək olar.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM