14 Mart 2020 01:23
585
İQTİSADİYYAT
A- A+

Kəndlərarası yolların yenidən qurulması davam edir


Regionların sosial-iqtisadi inkişafı IV Dövlət Proqramı çərçivəsində Ucar rayonunda kəndlərarası avtomobil yollarının yenidən qurulması işlərinə başlanılıb.

Müsüslü-Təzə Şilyan-Bərgüşad-Bağban-Yuxarı Şilyan-Boyat-Qazyan marşrutu üzrə 3 yaşayış məntəqəsini - Müsüslü, Təzə Şilyan və Boyat kəndlərini birləşdirən yolların uzunluğu ümumilikdə 21,4 kilometrdir.

IV texniki dərəcəyə uyğun yenidən qurulan Müsüslü, Təzə Şilyan və Boyat kəndlərinin avtomobil yolları əsasən qara örtük və çınqıl örtükdən ibarət idi. Uzun müddət əsaslı şəkildə təmir edilmədən istifadə olunan yolların yatağı və örtüyü deformasiyaya uğramış, çalalar və çökmələr əmələ gəlmiş, çiyin hissələrin eni azalmışdır. Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sadalanan problemlərin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Tikinti norma və standartlarına uyğun olaraq, torpaq işləri yekunlaşandan sonra yolun 130 min kvadratmetr sahəsinə 2 laydan ibarət yeni asfalt-beton örtük döşənəcək. Ardınca isə hərəkətin normal təşkili üçün yol nişanı və məlumatverici lövhələrin, siqnal dirəklərinin quraşdırılması, üfiqi nişanlanma xətlərinin çəkilməsi işlərinin aparılması planlaşdırılır.

Müsüslü, Təzə Şilyan və Boyat kəndlərinin avtomobil yolları 3 yaşayış məntəqəsinin 7 mindən artıq əhalisinin, həmçinin bu yoldan istifadə edən vətəndaşların Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat və təhlükəsiz çıxışına şərait yaradacaq, rayon mərkəzinə və ölkənin istənilən istiqamətinə gediş-gəlişi asanlaşdıracaq, kənd təsərrüfatı məhsullarının bazarlara tez və xarab olmadan daşınmasına imkan verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video