Alternative content

14:07 03 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tanınmış hüquqşünas alim
Tanınmış hüquqşünas alim
ANA SƏHİFƏ / Mədəniyyət
01:21 14.03.2020


Min illərdir ki, bütün müdrik insanlar, müqəddəs kitablar, müqəddəs simalar insanlara deyir ki, o cəmiyyətdə ki, mənəvi dəyərlər öndə oldu, o cəmiyyət özü-özünü ahəngdar şəkildə tənzimləyir. Əksinə olduqda isə xeyli problemlər yaranır, hər tərəfdə arzu olunmaz hallar gündən-günə artır. Mənəvi dəyərlərin öndə olmasında isə mənəviyyatlı insanlar mühüm rol oynayır. Ona görə də öz davranışı, fəaliyyəti, əməlləri ilə mənəvi dəyərlərimizin daşıyıcısı olan insanlar xalqımızın sərvəti hesab edilir. Belə insanlarımızdan biri də hüquq elmləri doktoru, professor, AMEA-nın Azad Həmkarlar İttifaqının sədri Habil Qurbanovdur.

Habil müəllim 1955-ci il mart ayının 14-də Ağdam şəhərində anadan olub. Orta məktəbi də Ağdamda bitirib. 1975-ci ildə Azərbaycan Pedoqoji İnstitutunu fərqlənmə diplomu ilə başa vurub. Azərbaycan Elmlər Akademiyasında fəaliyyətə başlayıb. 1975-76-cı illərdə orduda xidmət edib. Ordudan tərxis olunduqdan sonra, o zaman üçün ciddi həyat məktəbi olan komsomol sıralarında rəhbər vəzifələrdə çalışıb. Bu sahədəki uğurlu fəaliyyətinə görə 1980-ci ildə keçmiş SSRİ Daxili İşlər Nazirliyinin Bakı Xüsusi Orta Milis Məktəbinə işə dəvət olunub və 1990-cı ilə qədər sıravi milis işçisindən rəis müavini vəzifəsinədək yüksəlib. Eyni zamanda hüquq sahəsində təhsilini davam etdirərək 1988-ci ildə Moskvada, SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasında dissertasiya müdafiə edib hüquq elmləri namizədi alimlik dərəcəsi alıb.

Belə bir ziyalının yetişməsində təbii ki, onun boya-başa çatdığı ailənin, el-obanın, qəlbən, ruhən bağlı olduğu mədəniyyətimizin, vətənə məhəbbətinin böyük rolu vardır. "Ot kökü üstə bitər” atalar sözü həm də Habil müəllimə aiddir. Atası Surxay Qurbanov öz davranışları, fəaliyyəti, şücaəti ilə hər zaman el-obada böyük hörməti, nüfuzu olan bir insan idi. Böyük Vətən müharibəsinin cəsur döyüşçülərindən biri olmuşdur. Sovet İttifaqı Qəhrəmanı adına layiq bilinsə də, xain əllərin hesabına bir neçə başqa belə soydaşlarımız kimi ona da maneçilik yaradıblar. "Qırmızı ulduz”, "Birinci dərəcəli Vətən müharibəsi” ordenləri, "İgidliyə görə” medalı ilə təltif olunub. Müharibədən sonrakı dövrlərdə - 1977-ci ildə vəfat edənə qədər yüksək rəhbər vəzifələrdə və təhsil sahəsindəki fəaliyyətinə görə Qarabağ bölgəsində böyük hörmət qazanıb. "Qabaqcıl maarif xadimi”, "Əməkdar müəllim” olub.

Habil Qurbanov 1990-cı illərdən başlayaraq fəaliyyətini prokurorluq orqanlarında müxtəlif rəhbər vəzifələrdə davam etdirib. 1997-ci ildə isə yenə də Moskva şəhərində, Rusiya Federasiyası Baş Prokurorluğu "Qanunçuluğun və Hüquq qaydalarının qorunmasının problemləri” Elmi-tədqiqat İnstitutunda dissertasiya müdafiə edərək hüquq elmləri doktoru adını alıb.

Sonrakı əsas fəaliyyəti təhsil sahəsində olub. 2010-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın qərarı ilə professor elmi adına yiyələnib. Həmin ilin oktyabr ayından başlayaraq fəaliyyətini AMEA-da davam etdirib. Əvvəllər AMEA-nın Fəlsəfə İnstitutunda "Dövlət və hüquq nəzəriyyəsi, mülki hüquq və mülki proses” şöbəsinin müdiri vəzifəsində çalışıb. Daha sonra Hüquq və İnsan Haqları İnstitutunda fəaliyyət göstərib.

O, ölkənin savadlı, təcrübəli hüquqşünaslarından, alimlərindən biridir. Professor tituluna layiq səviyyədə seçilən mütəxəssis və olduqca təmkinli insandır. Kimsə onun hansı məsələdəsə səsini qaldırdığını, kimi isə incitdiyini xatırlaya bilməz. Habil müəllim, eyni zamanda, kifayət qədər tələbkar insandır və öz tələblərini olduqca mədəni şəkildə irəli sürür və istədiyinə nail olur. Təşkilatçı bir insandır. İstənilən bir çətin problemin həllində kifayət qədər sanballı, yaradıcı təklifləri olur. Məsuliyyətli adamdır, irəli sürdüyü təkliflərin əksəriyyətinin həyata keçməsində özü də böyük fəaliyyət göstərir.

Habil Qurbanov respublikamızda ilk dəfə olaraq 1996-cı ildə Müstəqil Azərbaycanın yeni cinayət qanunvericiliyinin (ümumi hissə) layihəsini hazırlayıb ictimaiyyətin müzakirəsinə çıxarıb. Həmin layihədə irəli sürülən təkliflərin bir çoxu 1999-cu ildə qəbul edilən Cinayət Məcəlləsində öz əksini tapıb.

O, 230-a qədər elmi məqalənin, 12 monoqrafiya, 5 dərslik və dərs vəsaitinin müəllifidir. 3 monoqrafiya və 55 elmi məqaləsi xarici ölkələrdə dərc olunub.

Habil müəllim həm də geniş ictimai fəaliyyət göstərir. 2009-cu ilin aprel ayında Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının, 2009-cu ilin dekabr ayında Avropa Təbiət Elmlər Akademiyasının həqiqi üzvü seçilib. BMT-nin Beynəlxalq Narkotizmlə Mübarizə Təşkilatının üzvüdür. Rusiya Federasiyasının Ədliyyə Nazirliyi nəzdindəki Hüquqi İnformasiyalar Elmi Mərkəzinin "Pravovaə informatika”, "Monitorinq provoprimeneniə”, həmçinin "Qosudarstvennaə slujba i kadrı”, "Zakon i pravo”, "Obrazovanie. Nauka. Nauçnıe kadrı” jurnallarında redaksiya heyətlərinin üzvü kimi çalışır. Moskva şəhərində akademik İ.N.Bloxin adına Beynəlxalq Elmi-Təcrübə Birliyinin nəzdində yaradılmış Dissertasiya Şurasının, Rusiya Professorlar Cəmiyyətinin üzvüdür.

Onun respublikamızda idmanın inkişafında da mühüm xidməti olub. 1993-2008-ci illərdə AFFA-nın Futzal (mini futbol) və Hüquq Komitələrinin sədri olub. 1998-ci ildə Azərbaycan Futzal Federasiyasını yaradıb. "Qarabağ futbol veteranları” Klubunun təsisçisi və prezidentidir.

AMEA-da fəaliyyət göstərdiyi dövrdə, hər zaman öz uğurlu fəaliyyəti ilə fərqlənən Habil Qurbanov 2017-ci ildən, eyni zamanda, AMEA-nın Azad Həmkarlar İttifaqında əvvəlcə sədr müavini, daha sonra isə sədr vəzifəsinə seçilib. Onun təşkilatçılığı ilə mütəmadi olaraq AMEA-nın əməkdaşlarının pulsuz tibbi müayinələrdən keçirilməsi və ilk təşkilatlara ilkin tibbi yardım üçün lazım olan dərman preparatlarının alınıb paylanması, idman tədbirləri, ərzaq və kənd təsərrüfatı mallarının yarmarkası, aztəminatlı işçilərə maddi yardımların verilməsi, elmi işçilərin yubileylərinin qeyd olunması, ehtiyacı olanların sanatoriya və istirahət evlərinə, yay aylarında əməkdaşların azyaşlı uşaqlarının istirahət düşərgələrinə göndərilməsi, bütün bayramların ilk təşkilatlarda yüksək səviyyədə qeyd olunması və digər tədbirlər həyata keçirilir.

Savadlı, təcrübəli hüquqşünas, yüksək intellektli alim kimi onun fəaliyyəti AMEA əməkdaşları tərəfindən hər zaman təqdir edilir.

Əhməd QƏŞƏMOĞLU




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM