13 Mart 2020 18:43
950
Səhiyyə
A- A+

Koronavirusdan qorunmaq üçün gigiyena qaydalarına və qidalanmaya fikir vermək lazımdır


COVID-19 tənəffüs yollarının infeksiyasına səbəb olan virusdur. Xəstə insanın öskürməsi, asqırması zamanı ağzından sıçrayan tüpürcəyin ətrafdakıların ağız, burun və gözlərinə təması onları da bu virusa yoluxdura bilər. Ona görə də bu xəstəlik hava-damcı infeksiyası yolu ilə yayılan xəstəliklərə aid edilir.

İnfeksiya klinik olaraq başağrısı, asqırma, öskürək, təngnəfəslik, temperatur və s. kimi əlamətlərlə başlayır və ağırlaşmalara səbəb olur. Daha ağır hallarda tənəffüs və böyrək çatışmazlığı qeydə alınır. İnfeksiyaya yoluxmaq və simptomların özünü göstərməsi arasındakı inkubasion dövr 2-14 gün çəkir. Bu dövr 24 günə qədər uzana bilər.

Bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Qəbul və təcili tibbi yardım şöbəsinin müdiri Cavanşir Məhərrəmov məlumat verib. Şöbə müdirinin sözlərinə görə, xəstəlik daha çox yaşlılar, xroniki xəstəliyi olanlar, immundefisitli xəstələr arasında qeydə alınır. Ev heyvanları koronavirus yayıcıları deyil.

"Xəstəliyə qarşı vaksin olmasa da, erkən diaqnoz və xəstələrin təcrid olunması infeksiyanın yayılmasının qarşısını alır və həmin virusa qarşı görülən tədbirləri daha effektiv edir. Xəstəliyin xüsusi dərman vasitəsilə müalicəsi yoxdur. Müalicə xəstənin ümumi vəziyyətinə görə dəstək xarakterlidir. Antibiotiklərin istifadəsi virusa təsir etmir”, - deyə C.Məhərrəmov bildirib.

Mütəxəssis əhalini ajiotaj, təşviş yaradan və rəsmi mənbələrdən olmayan məlumatlara inanmamağa və qorxmamağa səsləyib. O bildirib ki, bunların əvəzində xəstəlikdən qorunmaq üçün gigiyena qaydalarına və qidalanmaya fikir vermək lazımdır: "Öskürmə, asqırma zamanı ağız və burun birdəfəlik istifadəyə yararlı salfetlə, dəsmalla tutulmalıdır. Həmin vasitələr yoxdursa, dirsəyin içinə asqırmaq və öskürmək olar. Əl ilə salamlaşmamaq və qucaqlaşmamaq, insanların çox olduğu yerlərdən uzaq durmaq, çirkli əllərlə ağız, burun və gözlərə toxunmamaq məqsədəuyğundur. Əllərin təmizliyinə fikir vermək, onları 20-30 saniyə ərzində sabunla axar suda yumaq məsləhət görülür. Su olmadıqda spirt tərkibli antiseptiklər istifadə edilməlidir. Bununla yanaşı, immuniteti gücləndirən qidaların, meyvə-tərəvəzlərin istifadəsi tövsiyə olunur”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video