13 Mart 2020 00:43
701
İQTİSADİYYAT
A- A+

Hökumətin bütün variantlar üçün tədbirlər planı var


Xəbər verildiyi kimi, neft bazarında qiymətlərin kəskin ucuzlaşması və koronavirusun təsirindən yaranmış qlobal böhranın Azərbaycana olan təsirlərini azaltmaq üçün Prezident İlham Əliyevin tapşırığı əsasında Azərbaycan hökuməti əsas siyasət istiqamətlərini müəyyənləşdirib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bununla bağlı bildirib ki, hökumətin tədbirlərini iki qrupda təsnifləndirmək olar: "Birinci, koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması, ikinci isə, qlobal iqtisadi böhranın Azərbaycana təsirlərinin azaldılması. İlk növbədə, Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycan vətəndaşlarının sağlamlığının qorunması üçün fəaliyyət göstərir. Nazirlər Kabineti bunun üçün tədbirlər planı təsdiq edib, koronavirusun yayılmasının qarşısının alınması və müvafiq profilaktik tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə Dünya Səhiyyə Təşkilatı ilə birgə intensiv iş aparılır. İqtisadi tədbirlərin başında isə valyuta bazarında tələb-təklifin tənzimlənməsi, manatın sabitliyinin qorunması, inflyasiyanın nəzarətdə saxlanılması və bazarlarda spekulyasiyalara yol verilməməsi dayanır”.

Əmanətlərin tam sığortalanması məsələsinin də yaxın günlərdə həll olunacağını deyən V.Qasımlı Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə keçirilən valyuta hərraclarında bu həftə ərzində bazarın tələbini tam ödəyəcək məbləğdə valyuta satıldığını diqqətə çatdırıb. "Manatın sabitliyinin qorunması 2019-cu ildə həyata keçirilən inqilabi sosial islahatların nəticələrinin daha da möhkəmləndirilməsi üçün zəmindir. Azərbaycan hökuməti tərəfindən dövlət büdcəsinin icrasının tam həyata keçirilməsi, xərclərin optimallaşdırılması və səmərəli istifadəsi istiqamətində tapşırıqlar müəyyənləşdirilib”, - deyə o bildirib.

Xüsusilə sosial proqramların icrasının nəzarətə götürüldüyünü qeyd edən icraçı direktor ünvanlı sosial yardım, ictimai işlər, özünüməşğulluq, kirayə mənzil, icbari tibbi sığorta, sosial ipoteka kimi sosial layihələrin tam icra ediləcəyini vurğulayıb. "Bu il dövlət büdcəsinin sosialyönlü xərcləri 10,4 milyard manat proqnozlaşdırılır ki, bu da ötən illə müqayisədə 2,6 milyard manat və ya 33,5 faiz çoxdur. Prezidentin tövsiyəsinə uyğun olaraq, özəl sektor da mövcud iş yerlərinin saxlanılması və yeni iş yerlərinin açılmasında fəal olmalıdır”, - deyən V.Qasımlı bildirib ki, dövlət başçısının tapşırığına əsasən, kiçik və orta sahibkarlığın daha geniş miqyasda dəstəklənməsi və ölkədə sərmayə qoyuluşunun artırılması istiqamətindəki tədbirlər xüsusi olaraq iqtisadi artımın dayanıqlığının təmin edilməsinə hesablanıb. "Bu ilin ilk iki ayında əsas kapitala yönəldilən vəsaitlər 12,7 faiz artıb və hökumət bu tempin saxlanılmasına çalışacaq. Hökumətin tədbirləri sırasına qlobal böhranın təsirindən daha çox ziyan çəkmiş sahələrin dəstəklənməsi də daxildir”, - deyə o vurğulayıb.

Neftdən sonra ölkəyə ən çox gəlir gətirən turizm sektorunun dəstəklənməsinin gündəlikdə olduğunu deyən V.Qasımlı iqtisadiyyat üçün sistem əhəmiyyətli müəssisələrin dayanıqlığının təmin olunacağını qeyd edib. İcraçı direktor daha sonra bildirib: "Neftin qiymətlərinin tədiyə balansına təsirlərinin proqnoz ssenariləri hazırlanıb ki, bu sahədə görülən tədbirlər tədiyə balansının tarazlığının qorunmasını təmin edəcəkdir. Hökumətin antiböhran tədbirlərinin səmərəliyinin artırılması üçün özəl sektor, vətəndaş cəmiyyəti və beynəlxalq qurumlarla əməkdaşlıq da gündəmdədir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video