Alternative content

06:24 08 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mehmet KARACA: “İnanıram ki, Bakı Ali Neft Məktəbi çox tezliklə regionda söz sahibi olacaq”
Mehmet KARACA: “İnanıram ki, Bakı Ali Neft Məktəbi çox tezliklə regionda söz sahibi olacaq”
ANA SƏHİFƏ / Təhsil
00:29 13.03.2020


Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun dəvəti ilə İstanbul Texnik Universitetinin rektoru, professor Mehmet Karacanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdə olub. Səfər çərçivəsində Bakı Ali Neft Məktəbinin rəhbərliyi və professor-müəllim heyəti ilə işgüzar görüşlər keçirilib və nəticədə BANM ilə İTU arasında əməkdaşlığa dair memorandum imzalanıb. İstanbul Texnik Universitetinin rektoru, professor Mehmet Karaca ilə müsahibəni oxuculara təqdim edirik:

- İlk olaraq Bakı haqqında təəssüratlarınızı bilmək istərdik.

- Bu, mənim Bakıya dördüncü səfərimdir. Hər dəfə gələndə Bakını çox fərqli rakurslardan kəşf edirəm. Bakı min illər əvvəl əsası qoyulmuş qədim şəhər ab-havası ilə müasirliyin harmoniyasını özündə sintez edir. Məhz bu cəhəti ilə Bakı məni təsirləndirir. Həmçinin şəhər geniş küçələri, mədəni və gülərüz insanları ilə göz oxşayır. Düşünürəm ki, Bakıya növbəti gəlişimdə yenə də fərqliliklərin şahidi olacağam.

- İstanbul Texnik Universitetini uğurlu edən nədir?

- İstanbul Texnik Universiteti təxminən 247 illik tarixə malik olan və Türkiyənin ən qədim və mühəndislik sahəsində ən prestijli universitetlərindəndir. Burada ciddi bir universitet ənənəsi formalaşıb. İstanbul Texnik Universiteti yeni nəsil universitetlər üçün nümunə sayılacaq ali təhsil müəssisəsidir. Belə ki, bizim universitet dünya trendlərinə ən tez uyğunlaşan və yeniliklərə ən çox açıq universitetlər siyahısında ən qabaqcıl ali təhsil müəssisələrindəndir. İstanbul Texnik Universiteti həm də Türkiyədə ciddi nüfuza sahib məzunların yetişdirilməsi ilə diqqət çəkir. Bizim məzunlar içərisində tanınmış şirkət rəhbərləri, Türkiyənin ictimai-siyasi həyatında mühüm rol oynamış və Türkiyə xalqının vizyonunu formalaşdırmış liderlərdən Süleyman Dəmirəl, Turqut Özal, Nəcməddin Ərbakan kimi nüfuzlu məzunları var. Bundan əlavə, Türkiydə tikinti podratçılarının yetişdirilməsində bu universitet mühüm rol oynayır: 10 podratçıdan 8-i bizim məzunların payına düşür.

- Bakı Ali Neft Məktəbində təhsil üçün yaradılan şəraiti necə dəyərləndirirsiniz?

- Öncə onu deyim ki, Ali Məktəbinizdə olmaqdan qürur və şərəf duyuram. Başda rektor Elmar Qasımov olmaqla, bizi qarşılayan Ali Məktəbin bütün əməkdaşlarının qonaqpərvərliyindən çox məmnun qaldım. Buna görə bütün heyətə təşəkkür edirəm.

Onu da xüsusi qeyd etmək istəyirəm ki, Bakı Ali Neft Məktəbi 8 ildə inanılmaz dərəcədə inkişaf edib, bir ali təhsil müəssisəsinin qazana biləcəyi uğurları çox qısa zamanda əldə edə bilib. Ən əsası Ali Məktəb komandası ilə məni çox təsirləndirdi. Komandada olan insanlar qlobal düşüncəyə, vizyona sahibdirlər. Başda rektor olmaqla bütün heyətin gözündə gələcəyə dair işıq gördüm, onların yeniliklər və inkişaf üçün açıq və həvəsli olduqlarını hiss etdim. Ali Məktəbin qoyduğu hədəflər və gözləntilər də böyükdür. Düşünürəm ki, komandadakı insanlar bu enerji ilə qoyulmuş hədəflərə də çatacaqlar. Azərbaycanın dünya standartlarına cavab verən, gələcəyin mühəndislərinin yetişdirilməsində BANM ölkə təhsilində ciddi rol oynayır. İnanıram ki, Bakı Ali Neft Məktəbi çox tezliklə regionda da söz sahibi olacaq.

- İstanbul Texnik Universiteti Bakı Ali Neft Məktəbi ilə hansı istiqamətdə əməkdaşlıq edəcək?

- Təbii ki, əməkdaşlığımızın əsas ana xətti mühəndislik sahəsində olacaq. Bundan əlavə, bilgi texnologiyaları, süni zəka ilə bağlı işlər də planlaşdırılır. Hələlik üç istiqamət müəyyən etmişik: ilk istiqamət olaraq Bakı Ali Neft Məktəbində Kompüter mühəndisliyi ixtisasını formalaşdırmaq və onun icrası ilə bağlı bütün detallar üzərində işləməyi düşünürük. İkinci istiqamət kimi ortaq layihələr, birgə fəaliyyət imkanları, tələbə mübadiləsi proqramlarının genişləndirilməsi nəzərdə tutulur. Üçüncü istiqamət isə odur ki, BANM-də Texnoparkla bağlı Startap Mərkəzi qurmağı hədəfləyirik.

B.MİRZƏYEV,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM