12 Mart 2020 18:51
478
SİYASƏT
A- A+

AŞPA-nın prezidenti Milli Məclisin Sədrini təbrik edib


Deputat Sahibə Qafarovanın VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin Sədri seçilməsi münasibətilə parlamentin ünvanına təbriklər daxil olmaqdadır.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatda bildirilir ki, bu münasibətlə Avropa Şurası Parlament Assambleyasının prezidenti Rik Daems martın 11-də Sədrə təbrik məktubu göndərib.

AŞPA-nın prezidenti məktubunda S.Qafarovanın Milli Məclisin Sədri seçilməsinin onu qəlbən sevindirdiyini və bu münasibətlə Avropa Şurası Parlament Assambleyası adından ürəkdən təbrik etdiyini yazıb.

Məktubda deyilir: "Fəxr edirəm ki, Parlament Assambleyamızın üzvü belə mühüm vəzifəyə seçilib. Əminəm ki, Sizin bilik, təcrübə və peşəkarlığınız yeni və məsuliyyətli fəaliyyətinizdə faydalı olacaqdır. Siz bizim Assambleyanın həmişə ən fəal üzvlərindən biri olmusunuz. Xüsusilə, miqrasiya və gender bərabərliyi ilə əlaqəli məsələlərdə fəal iştirakınız hamı tərəfindən yüksək qiymətləndirilib. Əminəm ki, Sizin Sədr seçilməyiniz Milli Məclislə Parlament Assambleyası arasında əlaqələrin daha da möhkəmlənməsinə öz layiqli töhfəsini verəcək”.

Özünün də bir müddət əvvəl AŞPA-nın prezidenti seçildiyini xatırladan Rik Daems qeyd edir ki, səlahiyyəti müddətində Parlament Assambleyası ilə milli parlamentlər arasında münasibətləri yeni səviyyəyə qaldırmaq, quruma üzv ölkələrlə daha fəal əməkdaşlıq etmək üçün yorulmadan çalışacaq. Məktubda deyilir: "Bu missiyanı həyata keçirmək üçün quruma üzv 47 dövlətin və onların milli parlamentlərinin dəstəyinə ehtiyacım olacaq. Məhz bu səbəbdən Avropa Şurasına üzv olan hər bir dövlətə səfər etməyi nəzərdə tuturam. Sizinlə səmimi əməkdaşlığımıza inanıram. Ümid edirəm ki, tezliklə Bakıda görüşmək imkanımız olacaq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video