12 Mart 2020 18:15
475
İQTİSADİYYAT
A- A+

Dərman vasitələri, tibbi spirt və maskaların satışına nəzarət tədbirləri davam etdirilir


Dərman vasitələrinin, habelə tibbi spirt və maskaların qiymətində baş verə biləcək süni artımın və əsassız olaraq dövriyyədən çıxarılmaqla mal qıtlığı yaradılmasının vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən intensiv monitorinq və yoxlamalar davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aparılmış yoxlamalar zamanı "Buta Farm” MMC-nin Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 30A və Nəsimi rayonu, S.Vurğun küçəsi, 112 ünvanlarında yerləşən apteklərində, "Zeytun Pharmaceuticals” MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət küçəsi, 69, Yasamal rayonu, H.Zərdabi prospekti, 89 və N.Hikmət küçəsi, 26/27 ünvanlarında yerləşən apteklərində, "Vita Aptekləri” MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, 18A ünvanındakı aptekində, "İntermed Plyus” MMC-yə məxsus Sumqayıt şəhəri, məhəllə 40 ünvanındakı aptekdə, "Dokta” MMC-nin Gəncə şəhəri, M.A.Abbaszadə küçəsi, 78B ünvanında, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 62 və Şəki şəhəri, M.Rəsulzadə küçəsində yerləşən apteklərində dərman vasitələrinin satışında qiymət intizamına əməl olunmadığı aşkarlanıb, müvafiq protokollar tərtib edilərək toplanmış sənədlər məhkəmə orqanlarına göndərilib.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti dərman vasitələrinin, habelə tibbi spirt və maskaların satışı zamanı qanunvericiliyin tələblərinə əməl olunması ilə bağlı yoxlamaları davam etdirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video