12 Mart 2020 13:58
415
CƏMİYYƏT
A- A+

Paytaxt polisi nəqliyyat vasitələrinin sahiblərini diqqətli olmağa çağırır


Nəqliyyat vasitələrindən oğurluq cinayətlərinin açılması ilə bağlı daxil olan müraciətlərə operativ reaksiya verilir.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildiriblər ki, qabaqcıl metodoloji kriminalistik üsullar tətbiq olunmaqla keçirilən əməliyyat-axtarış tədbirləri ilə paytaxtda cari ildə 143 hadisənin üstü açılıb. Hər bir fakt üzrə şübhəli şəxslərin yeri və şəxsiyyəti müəyyən olunub, onlar istintaqa təhvil veriliblər.

Fəaliyyət sahəsi təkcə cinayətlərin qarşısının alınması və açılması ilə yekunlaşmır. Əsas meyar baş verən cinayətlərin üstünün açılması ilə yanaşı, qabaqlayıcı-profilaktik tədbirlərin genişlənməsidir. Bunun üçün analitik təhlil və araşdırmalar aparılmaqla qabaqlayıcı tədbirlər işlənib hazırlanır, icraya yönəldilir. Burada əsas məqsəd paytaxt sakinlərinin maarifləndirilməsidir.

Ümumləşdirmələr göstərir ki, nəqliyyat vasitələri əsasən sahibinin viktim davranışı (zərərçəkmiş şəxsin cinayətin törədilməsi üçün yaratdığı şərait) zəminində talana məruz qalır. Bu, həm də əmlak sahibinin öz mülkiyyətinə olan münasibətindən asılıdır. Nəqliyyat vasitələrinin sahibləri avtomobilləri əsasən mühafizə olunmayan, işıqlandırılmayan, yaxud "Təhlükəsiz Şəhər” kameralarının əhatə dairəsindən kənar, gediş-gəlişin az olduğu küçələrdə saxlamaları müşahidə olunur. Bütün bunları nəzərə alaraq, nəqliyyat vasitələri park olunarkən sürücülər elementar qaydalara əməl etməli, viktimoloji şəraiti nəzərə almalı, avtomobillərin salonunda qiymətli əşyaların saxlanmamasına fikir verməlidir.

Daxili İşlər nazirinin rəhbərliyi altında Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyi paytaxt ərazisində hüquqazidd əməllərin, o cümlədən hazırlanan, törədilən cinayət faktlarının açılması, qarşının alınması və araşdırılmasına nəzarətin həyata keçirilməsini təmin etməklə, bütün zəruri əməliyyat-istintaq xidmətlərinin, həmçinin rayon polis orqanlarının bu istiqamətdə tədbirlərinin görülməsini diqqət mərkəzində saxlayır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video