Alternative content

08:35 05 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın ali məktəblərində tədris ilinin müddəti 15 gün uzadılıb
Azərbaycanın ali məktəblərində tədris ilinin müddəti 15 gün uzadılıb
ANA SƏHİFƏ / Təhsil
13:26 12.03.2020

 

Azərbaycanın ali məktəblərində tədris ilinin müddəti 15 gün uzadılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Təhsil nazirinin müavini Firudin Qurbanovun imzası ilə ali məktəb rəhbərlərinə məktub göndərilib.

Məktubda bildirilir ki, dərslər mayın 30-da deyil, iyunun 15-də bitəcək. İmtahanlar isə iyunun 15-də başlayacaq və iyulun 13-də başa çatacaq.

Buraxılış kursları istisna olmaqla digər tələbələrin dərsləri martın 27-də başlayacaq və mövcud akademik təqvimlə müəyyən edildiyi kimi mayın 30-dək deyil, iyunun 15-dək davam edəcək (15 gün - 2 həftə artırılır). Müvafiq olaraq imtahan sessiyasına mövcud akademik təqvimdə ayrılan həftələrin sayı 5 deyil, 4 həftə müəyyən edilib.

Ali təhsil müəssisələrinin sonuncu kurs tələbələrinin nəzəri təlim müddətinin başa çatdığını, onların hazırda təcrübədə olduğunu nəzərə alaraq müvafiq ixtisaslar üzrə sonuncu kursda təhsil alan tələbələrin ("Təhsil” ixtisasları qrupuna daxil olan ixtisaslar (pedaqoji ixtisaslar) üzrə təhsil alanlar istisna olmaqla) tədris qrafiki dəyişdirilmir. Yəni, dövlət attestasiyasının keçirilməsi qrafikə uyğun iyun ayının sonuna qədər aparılacaq.

"Təhsil” ixtisasları qrupuna daxil olan ixtisaslar (pedaqoji ixtisaslar) üzrə tələbələrin təcrübəsi (təcrübə orta ümumtəhsil məktəblərində aparıldığına və burada dərslər iyunun 14-nə qədər davam etdiyinə görə) iyun ayının 15-nə qədər davam etdiriləcək və bu zaman dövlət attestasiyası iyunun 15-dən iyulun 13-nə qədər aparılacaq.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM