Alternative content

19:10 08 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
16:42 08.04.2020 Uhanın yolları açıldı
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Doxsan doqquz yaşlı İstiqlal Marşı
Doxsan doqquz yaşlı İstiqlal Marşı
ANA SƏHİFƏ / Mədəniyyət
13:24 12.03.2020
 

Türkiyənin İstiqlal Marşının qəbul edilməsindən 99 il ötür. Marşın sözləri tanınmış türk şairi Mehmet Akif Ərsoy tərəfindən yazılıb.

AZƏRTAC xəbər verir ki, 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinin açılması ilə bu ölkənin "Hakimiyet-i Milliye” qəzetinin 1920-ci il 25 oktyabr buraxılışında dövlət himninin yazılması ilə bağlı müsabiqə elan edilir. O zamanın tanınmış şairi Mehmet Akif Ərsoy yarışmada iştirak etmir. Belə ki, o, milli marşın müsabiqə yolu ilə seçilməsini düzgün hesab etmir. Yarışma 1920-ci il dekabrın 23-dək davam edir. Bura, ümumilikdə, 724 əsər göndərilsə də, onların heç biri qəbul edilmir. Bundan sonra o zamanlar Türkiyənin Maarif naziri olan Hamdullah Suphi bəy Mehmet Akifə məktub göndərərək ondan himnin sözlərinin yazılması üçün kömək istəyir. Hər kəsin səbirsizliklə gözlədiyi Milli Marşın sözləri on günə hazır olur və 1921-ci il fevralın 17-də "Sebilürreşad” jurnalında "Qəhrəman Ordumuza” başlığı ilə dərc olunur.

1921-ci il martın 12-də Hamdullah Suphi bəyin Böyük Millət Məclisinin kürsüsündən oxuduğu Mehmet Akif tərəfindən yazılan şeir Mustafa Kamal Atatürkün "Bu marş bizim inqilabımızın ruhunu anladır” sözləri ilə qəbul edilib. Sonra marşın sözləri ingilis, alman, fransız, macar və fars dillərinə tərcümə olunaraq ölkə daxilində və xaricində dərc edilir.

İstiqlal Marşının yazılması üçün Mehmet Akifə verilən 500 lirə mükafat isə şair tərəfindən yoxsul qadın və uşaqlara iş öyrədən "Darülmesai” qurumuna bağışlanır.

Bir zaman müxtəlif musiqilərlə ifa edilən marşa Türkiyənin tanınmış bəstəkarı Osman Zeki Üngör tərəfindən çağdaş himnə yaraşan musiqi bəstələnir.

99 il əvvəl qəbul edilən Türkiyənin Dövlət Himni ölkənin müstəqillik və suverenliyinin ən vacib rəmzlərindən biridir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM