Alternative content

05:23 08 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ADA Universiteti və BP arasında müqavilə imzalanıb
ADA Universiteti və BP arasında müqavilə imzalanıb
ANA SƏHİFƏ / Təhsil
13:21 12.03.2020
 

ADA Universiteti və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında kompüter elmləri üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramının BP şirkəti tərəfindən qismən maliyyələşdirilməsi üzrə sazişin imzalanma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Təhsil naziri Ceyhun Bayramov, ADA Universitetinin rektoru Hafiz Paşayev, ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberqer, BP-nin Azərbaycan-Türkiyə-Gürcüstan üzrə regional prezidenti Qəri Cons və digər qonaqlar çıxış ediblər.

Bildirilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ikili diplom proqramının maliyyələşdirilməsi və həyata keçirilməsi planlaşdırılır. İkili diplom proqramı kompüter elmləri və verilənlərin təhlili üzrə mütəxəssislər hazırlanmasını nəzərdə tutur.

Corc Vaşinqton Universitetinin tədris planı əsasında bu ali təhsil müəssisəsinin professorları tərəfindən həyata keçiriləcək proqramın məzunları kompüter elmləri və verilənlərin təhlili sahəsində bilik və bacarıqlara yiyələnəcəklər. Proqram çərçivəsində 2020-2021-ci tədris ilindən etibarən ADA Universitetində magistratura səviyyəsinə qəbul aparılacaq. Magistratura səviyyəsində təhsilin 5 semestrinin 3-ü Bakıda, 2 semestri isə Vaşinqtonda təşkil ediləcək. Proqram üçün tələbələrin seçimi Corc Vaşinqton Universiteti tərəfindən həyata keçiriləcək. Sonda məzunlara həm ADA Universitetinin, həm də Corc Vaşinqton Universitetinin diplomları veriləcək.

Sözügedən beynəlxalq ikili diplom proqramı "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ümumilikdə dövlət tərəfindən, qismən isə BP tərəfindən maliyyələşdiriləcək.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM