Alternative content

14:19 04 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vidadi Muradov: Məqsədimiz ölkəmizi təkcə xalça istehsalı deyil, həm də dünyanın xalça ticarəti mərkəzinə çevirməkdir
Vidadi Muradov: Məqsədimiz ölkəmizi təkcə xalça istehsalı deyil, həm də dünyanın xalça ticarəti mərkəzinə çevirməkdir
ANA SƏHİFƏ / Mədəniyyət
13:12 12.03.2020
 

Prezident İlham Əliyevin diqqət və qayğısı ilə son illər ölkəmizdə xalçaçılığın inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir. Dövlət başçısının ötən həftə bölgələrə səfəri zamanı "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin filiallarının fəaliyyəti ilə tanış olması ölkə rəhbərinin bu sahəyə nə qədər böyük önəm verdiyinin parlaq təzahürüdür.

AZƏRTAC son illər xalçaçılığın inkişafı sahəsində görülən işlər, bu sahənin gələcək perspektivləri və digər suallarla "Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradova müraciət edib. İdarə Heyəti sədrinin AZƏRTAC-a verdiyi məxsusi müsahibəni oxuculara təqdim edirik.

-Vidadi müəllim, "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin indiyədək neçə filialı yaradılıb və daha neçə filialın yaradılması nəzərdə tutulub?

- Əvvəla onu qeyd edim ki, qədim sənətimiz olan xalçaçılığın qorunması, inkişafı və kütləvi xalça istehsalının təmin edilməsi Azərbaycan Prezidenti İlham Əliyevin xalqımız qarşısındakı mühüm tarixi xidmətlərindən biridir. Ölkə rəhbəri belə tədbirləri həyata keçirməklə milli dəyərlərimizə sahib çıxdığını bütün dünyaya nümayiş etdirib, milli ənənələrlə müasirliyi birləşdirən mükəmməl bir dövlət modeli yaradıb. Bu sahənin inkişafında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri də ayrıca qeyd olunmalıdır.

Sualınıza cavab olaraq bildirim ki, Azərbaycan Respublikası Prezidentinin 5 may 2016-cı il tarixli Sərəncamı ilə yaradılan "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin respublikamızın 20 rayonunda 21 filialı fəaliyyət göstərir. Prezident İlham Əliyev bölgələrə səfərləri zamanı bu filiallarda da olur, toxucularla görüşür, onların qayğı və problemləri ilə maraqlanır. İndiyədək ölkə rəhbəri "Azərxalça”nın 14 filialının fəaliyyəti ilə tanış olub. Təkcə ötən həftə dövlətimizin başçısı "Azərxalça”nın Goranboy, Qazax, Ağstafa və Tovuz filiallarının fəaliyyəti ilə tanış oldu. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində Xocalı filialı yaradılacaqdır. Ölkə rəhbərinin tapşırıqlarına uyğun olaraq, gələcəkdə "Azərxalça”nın filiallarının sayının 31-ə çatdırılması nəzərdə tutulub. Bütün bunlar onu göstərir ki, xalçaçılığın inkişafı dövlətimizin başçısının diqqət mərkəzindədir.

-Qeyd etdiniz ki, artıq 21 filial fəaliyyət göstərir. Bu filialların xammalla təmin olunması üçün mühüm tədbirlərin həyata keçirildiyindən xəbərdarıq. Yunəyirici-boyaq fabrikinin qurulması istiqamətində görülən işlər hansı mərhələdədir? Səhmdar cəmiyyətin filiallarında nə vaxt yerli xammaldan xalça toxunacaq?

- Sumqayıt Kimya Sənaye Parkında yaradılan Yunəyirici-boyaq fabrikinin tikintisi artıq başa çatdırılıb. Hazırda fabrikdə Türkiyə, Almaniya, Fransa, İtaliya, İsveçrə və Çin istehsalı olan avadanlıqlar quraşdırılır. Bu fabrikdə təmiz yun, təbii və kimyəvi boyalarla boyanmış yun iplik istehsal ediləcək. Fabrik fəaliyyətə başladıqdan sonra respublikanın xalçaçılıq müəssisələrinin yun ipliyə olan tələbatı ödəniləcək, idxaldan asılılıq tamamilə aradan qaldırılacaqdır. Bu müəssisədə birnövbəli iş rejimində ildə 1500 ton yun emal ediləcək. Fabrikin iplik istehsal gücü isə birnövbəli iş rejimində ildə 250 tondur. Fabrikdə istehsal olunacaq iplik nəinki daxili tələbatı ödəyəcək, eyni zamanda, ixrac imkanı da yaradacaqdır. Burada istehsal ediləcək təmiz yun isə xammal kimi satışa çıxarılacaqdır.

Yunəyirici-boyaq fabrikinin 2020-ci ilin mart ayında istifadəyə verilməsi nəzərdə tutulmuşdu. Ancaq Çin Xalq Respublikasında yayılan koronavirus bizim fabrikin qurulub başa çatdırılması prosesinə də təsirsiz ötüşmədi. Fabrikin yunun yuyulması sexinin avadanlıqları Yeni Zelandiya mənşəli Çin istehsalıdır. Ona görə də bu avadanlıqların Çin mütəxəssisləri tərəfindən quraşdırılması nəzərdə tutulmuşdu. Alternativ variantların axtarışı bu prosesi bir az ləngitdi. Hesab edirik ki, may ayının sonuna qədər fabrikin quraşdırılması prosesi başa çatdırılacaq və bu ilin ikinci yarısından xalça emalatxanalarında yerli xammaldan məhsul istehsalına başlanılacaqdır.

Yunəyrici-boyaq fabrikinin xammalla təmin olunması məqsədilə Naxçıvan şəhərində, Qobustan, Şabran, Bərdə və Sabirabad rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılıb. Qobustandakı regional məntəqənin açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Bu məntəqələrin hər birində 300 ton olmaqla, ildə 1500 ton yun qəbul ediləcək. Tədarük məntəqələrinin yerləşdiyi yer seçilərkən nəzərə alınıb ki, onlar ölkəmizin bütün bölgələrini əhatə etsin. Bu ilin may ayında fəaliyyətə başlayan regional məntəqələrdə yun tədarükünü davam etdiririk. Ötən il 300 ton yun tədarük olunub. Bu ildən regional məntəqələrdə boyaq bitkilərinin də qəbulu həyata keçiriləcəkdir.

-Vidadi müəllim, "Azərxalça”nın filiallarında indiyədək nə qədər xalça toxunub və istehsal olunan məhsulun satışının genişləndirilməsi istiqamətində hansı işlər görülür?

-Xalça istehsalı emalatxanalarında indiyədək 16 min 662 kvadratmetr xalça toxunub. Həmin xalçaların 4 min 559 kvadratmetri satışa hazırlanıb ki, onun da 1919 kvadratmetri, təqribən 50 faizi satılıb. "Azərxalça”nın istehsalı olan məhsulların satışının intensivləşməsi Hazır Xalçaların Emalı Mərkəzinin yaradılmasından asılıdır. Hazır xalçanın emalı ilə bağlı insanlarda o qədər də təsəvvür yoxdur. Ancaq dünya bazarı bunu tələb edir. Xalça hanadan kəsildikdən sonra mütləq emal olunmalıdır. Yəni, xalça yuyulmalı, dartılmalı, ütülənməli, beləliklə, satışa hazır vəziyyətə gətirilməlidir. Xalça ticarəti ilə məşğul olan şirkətlərin əsas tələbi xalçanın emal edilməsidir. Bu mərkəz fəaliyyətə başladıqdan sonra istehsal etdiyimiz xalçaların satışa çıxarılması prosesi intensivləşəcək, bizim məhsullarımızın hamısı daxili və xarici bazarda satılacaqdır.

"Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nda xalçalarımızın ölkə brendi olaraq dünya bazarına ixrac olunması qarşıya qoyulan əsas vəzifələrdən biridir.

"Azerbaijan carpet" ("Azərbaycan xalçası") brendinin yaradılması, inkişaf etdirilməsi və xarici bazarlarda təşviqinin icrası İqtisadiyyat Nazirliyinə və "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinə tapşırılmışdı. İqtisadiyyat Nazirliyinin dəstəyi ilə bu istiqamətdə mühüm işlər həyata keçirmişik. Artıq "Azərbaycan xalçası" brendi yaradılıb. İndi dünya bazarına ixrac olunan milli naxışlı xalçalarımız "Azərbaycan xalçası" brendi adı ilə satılır.

Ölkə başçısının tapşırıqlarına uyğun olaraq, "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti "Azərbaycan xalçası" brendinin dünya bazarında öz yerini tuta bilməsi və möhkəmlənməsi üçün müvafiq tədbirlər həyata keçirir.

Ötən dövr ərzində xarici xalça bazarları araşdırılıb, əllə toxunmuş xalça idxal edən ölkələrin bazar payı öyrənilib. Müəyyənləşdirilib ki, ABŞ, Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Kanada, İtaliya, İsveçrə dünyanın xalça idxal edən ölkələri sırasında ilk yerləri tuturlar. Bundan başqa, Rusiyanın xalça bazarı haqqında marketinq araşdırması aparılıb. Aparılmış araşdırmalar nəticəsində məlum olub ki, dünya bazarında ən çox əl əməyindən istifadə olunaraq toxunan xalçaların ənənəvi növlərinin satışına üstünlük verilir. Bu istiqamətdə işlər davam etdirilir.

"Azerbaijan carpet” brendinin xarici bazarlarda təşviqi üçün ardıcıl tədbirlər görülür. Azərbaycan xalçalarının təbliği, yeni toxunan xalçaların reklamı məqsədilə dünyanın bu sahə üzrə ixtisaslaşmış nüfuzlu "Halı" və "Carpet XL" jurnalları ilə əməkdaşlıq edirik.

Azərbaycan xalçalarının ixracı üçün ABŞ, Rusiya, Yaponiya, İsveç kimi ölkələrin şirkətləri ilə əlaqələr qurulub. 2019-cu ildə İsveçdə fəaliyyət göstərən "NGK-AZE" şirkəti Azərbaycan xalçalarının bu ölkəyə idxalı üçün "Azərxalça"ya müraciət etmişdi. Təklif dəyərləndirildi, həmin şirkətin "Azərxalça"nın İsveçdəki distribüteri olmasına razılıq verildi. Stokholmun "Vikjö" ticarət mərkəzində açılan mağazada Azərbaycan xalçalarının Bakı, Qarabağ, Quba, Şirvan və Gəncə qrupları üzrə müxtəlifölçülü xalçalar satışa çıxarıldı.

Ötən il "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti ilə Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət Palatası arasında imzalanan niyyət protokoluna uyğun olaraq, ABŞ-da Azərbaycan xalçalarına həsr edilmiş tədbirlərin keçirilməsinə başlanılıb. Məqsəd ABŞ-da Azərbaycan xalçalarının təbliğ edilməsi, "Azərxalça"nın məhsullarının satış imkanlarının genişləndirilməsidir. Ötən ilin dekabr ayında Palatanın Vaşinqtonda yerləşən inzibati binasında Azərbaycan xalçalarından ibarət sərgi açılıb.

-Xalçaçılığın inkişafı ölkəmizə nə vəd edir?

-Əvvəla onu deyim ki, bu sahənin inkişaf etdirilməsinin regionlarda məşğulluğun artırılmasında, xalqımızın milli dəyərlərinin, maddi və mənəvi irsinin qorunub saxlanılmasında, itirilmiş ənənələrin bərpa olunmasında əhəmiyyəti nəzərə alınaraq, ölkəmizdə xalçaçılığın geniş şəbəkəsi yaradılır. Səhmdar cəmiyyətin istehsalı olan məhsulların "Azərbaycan xalçası” brendi kimi ixrac edilməsinə başlanılması milli xalçalarımızın tarixən bütün dünyada yayılmış şöhrətini özünə qaytarır. Bu, həm də dövlətimizin xalçaçılığa güclü ideoloji faktor kimi münasibətinin nəticəsidir. Xalçaçılığın inkişafı, xalça istehsalı emalatxanalarının yaradılması minlərlə iş yerinin açılmasına, ölkəmizin ixrac imkanlarının genişləndirilməsinə səbəb olur. "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin 31 xalça istehsalı emalatxanası yaradıldıqdan sonra 4650 toxucunun işlə təmin edilməsi nəzərdə tutulub. İnzibati-təsərrüfat işçiləri ilə birlikdə xalça istehsalı emalatxanalarında 5053 nəfər çalışacaqdır. Yunəyirici-boyaq fabrikində, tədarük məntəqələrində, gələcəkdə yaradılması nəzərdə tutulan Emal Mərkəzində fəaliyyət göstərəcək işçilərə birlikdə bu sahədə 6 minə yaxın iş yerinin yaradılması planlaşdırılır. Bu, ölkəmizdə məşğulluq probleminin həllinə mühüm dəstəkdir.

İlkin mərhələdə 31 emalatxanada il ərzində 39 min 60 kvadratmetr xalça toxunması nəzərdə tutulub. İstehsal olunan məhsulun 70 faizinin xarici bazarda, 30 faizinin daxili bazarda satılması planlaşdırılır.

Təbii boyadan istifadə edilməklə istehsal olunacaq iplikdən ildə 5 min kvadratmetr xalça toxunacaqdır. Belə xalçalar dünya bazarında daha baha qiymətə satılır. Gələcəkdə hədəf belə xalçaların istehsalını 10 min kvadratmetrə çatdırmaqdır.

Bu il istifadəyə verilməsi nəzərdə tutulan Yunəyirici-boyaq fabrikində iki adda məhsul – yuyulmuş yun və boyanmış yun iplik istehsal olunacaqdır. Burada ikinövbəli iş rejimində ildə 3000 ton çirkli yun emal edilməsi mümkündür. Xarici bazarlara ildə 50 ton xalça ipliyi, 100 ton tekstil ipliyi, 600 tondan çox yuyulmuş yun ixracı planlaşdırılır.

"Azərxalça”nın qurulması prosesi başa çatdırıldıqdan sonra ilkin mərhələdə bu göstəricilərə nail olunacaqdır. Gələcəkdə səhmdar cəmiyyətin istehsalı və buna paralel olaraq gəlirləri daha da artacaqdır. Beləliklə, "Azərxalça” rentabelli işləyən müəssisəyə, xalçaçılıq isə ölkəmizə valyuta gətirən sənaye sahəsinə çevriləcəkdir.

Onu da qeyd edim ki, bizim məqsədimiz ölkəmizi təkcə xalça istehsalı mərkəzinə deyil, həm də dünyanın xalça ticarəti mərkəzinə çevirməkdir. Azərbaycanın xalça istehsal edən ölkələrlə xalça idxal edən ölkələr arasında ticarət körpüsü rolunu oynamaq üçün geniş potensialı vardır. Ölkəmizin Şərqlə Qərbin qovuşuğunda yerləşməsi, minillik xalçaçılıq ənənələrinin mövcudluğu, geniş xalçaçılıq şəbəkəsinin yaradılması Azərbaycanın dünyanın xalça ticarəti mərkəzinə çevrilməsinə imkan verir. Bütün bunların reallaşdırılması xalçaçılığın qeyri-neft sektorunun aparıcı sahələrindən biri kimi, ölkəmizin inkişafına mühüm töhfələr verməsinə gətirib çıxaracaqdır.

-Vidadi müəllim bilirik ki, "Azərxalça” əsasən ənənəvi çeşnilərlə xalça toxunmasına üstünlük verir. Müasir bazarın tələbi isə daha çox modern xalçalardır. Bu, istehsal olunan xalçaların satışına problem yaratmır?

-Xüsusilə qeyd etmək istəyirəm ki, "Azərxalça”nın fəaliyyətinin əsas istiqaməti birinci növbədə ənənəvi xalçaçılığımızı qorumaq və yaşatmaqdır. Çünki xalça bizim milli dəyərimizdir və biz bu dəyəri göz bəbəyi kimi qoruyub gələcək nəsillərə ötürməliyik. Ümumilikdə, Azərbaycanın xovsuz və xovlu xalçaları bədii-texnoloji xüsusiyyətlərinə görə 9 qrup üzrə təsnif və tədqiq olunur: Bakı (Abşeron), Qarabağ, İrəvan, Naxçıvan, Gəncə, Şirvan, Qazax-Borçalı, Quba, Təbriz (Cənubi Azərbaycan). Bu təsnifat "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nda da öz əksini tapıb. "Azərxalça”nın filiallarında bu xalça qruplarının çeşniləri əsasında xalçalar toxunur. Sizin müasir bazarın tələbinin tamamilə modern xalçalar olması fikrinizlə razılaşmıram. Ənənəvi çeşnilər əsasında toxunan Azərbaycan xalçalarına keçmiş dövrlərdə olduğu kimi, bu gün də böyük tələbat vardır. Ancaq biz modern xalçalar istəyən müştəri kontingentini də Azərbaycan xalçaları almağa cəlb etmək üçün ənənəvi çeşnilərimiz əsasında modern çeşnilər hazırlayırıq. Yəni, "Azərxalça”nın filiallarında həm klassik, həm də modern xalçalar istehsal ediləcəkdir. Bu da imkan verəcək ki, toxunan xalçaların satış problemi olmasın.

-Hər hansısa bir sahənin dayanıqlı inkişafını təmin etmək üçün peşəkar kadr potensialı formalaşdırılmalıdır. Əgər bu sahə milli dəyərləri özündə ehtiva edirsə, o zaman varisliyin təmin olunması mütləqdir. Bu istiqamətdə görülən işlər, eləcə də gənclərin xalçaçılığa marağı barədə məlumat verərdiniz?

-Azərbaycan xalqı tarixən xalçaçılıqla məşğul olub. Xalça bizim məişətimizdə mühüm yer tutub. Ona görə də ilk baxışdan belə təəssürat yaranır ki, bizim xalçaçılıqla bağlı peşəkar kadr problemimiz olmamalıdır. Ancaq bu, bir həqiqətdir ki, ötən əsrin 90-cı illərinin əvvəllərində xalçaçılığın da diqqət və qayğıdan kənarda qalması insanların bu sənət sahəsinə marağını azaltmışdı. Peşəkar toxucular xalçaçılıqdan uzaqlaşmış, başqa sahələrlə məşğul olmağa başlamışdı. Gənclər isə demək olar ki, bu sənəti öyrənməyə həvəsli deyildi. İlk filialı yaradarkən düşünürdük ki, kadr potensialını formalaşdırmaq bir az çətin olacaq. Ancaq dövlətimizin xalçaçılığa göstərdiyi qayğı Azərbaycan xalqının daxilindəki xalça ruhu ilə birləşərək bu sənət sahəsinə ikinci həyat verdi. Uzun illər ərzində xalçaçılıq peşəsindən ayrılan qadınları yenidən bu sənət sahəsinə qaytara bildik. Xalçaçılıqla məşğul olmaq istəyən gənclərin sayı hər gün artmağa başladı. İndi bizim filiallarımızda çalışan toxucuların əksəriyyəti gənclərdir. Onların bu sənətin sirlərinə yiyələnməsi üçün tədris-hazırlıq kursları təşkil olunur. Gənclərin bu sənətə yönləndirilməsi olduqca vacib və önəmli məsələdir. Çünki xalçaçılıq sənətinin yaşadılması gənclərin bu sənəti davam etdirməsindən asılıdır. Hamımıza məlumdur ki, XXI əsr yüksək texnologiyalar, innovasiyalar və elm tutumlu istehsalatlar əsridir. Müasir dövrün gəncləri elmi-texniki yeniliklərə daha çox meyil edir. Bu isə ənənəvi sahələrin, milli dəyərlərin unudulmasına gətirib çıxarır. Millətlərin və dövlətlərin öz milli dəyərlərini, ənənəvi sahələrini qoruyub saxlaya bilmələri üçün gənclər bu sahələrə istiqamətləndirilməli, onları yaşatmalı və davam etdirməlidirlər. Bu mənada gənclərin "Azərxalça"nın filiallarında işlə təmin olunması, onların toxuculuq peşəsinə yiyələnməsi strateji məqsədlərə xidmət edir. Xalça istehsalı emalatxanalarında işləyən gənclər ömrünü bu sənətə həsr edən, uzun illərdir xalçaçılıqla məşğul olan toxucularla bir yerdə çalışır, onlardan sənətin sirlərini daha dərindən öyrənirlər. Beləliklə, xalçaçılıqda varislik təmin olunur, qədim el sənətimiz yaşadılaraq gələcək nəsillərə ötürülür.

Bu sahədə görülən işlər təkcə peşəkar toxucu kadrların yetişdirilməsi ilə məhdudlaşmır. "Azərxalça”nın kadr potensialının formalaşdırılması istiqamətində görülən işlər kompleks xarakter daşıyır. Yaxın gələcəkdə peşəkar toxucularla yanaşı, peşəkar yun mütəxəssisləri, boyaqçılar, xalça bərpaçıları, xalça tacirləri də yetişəcək və bu sahənin uzunmüddətli perspektivdə sürətli inkişafı təmin ediləcəkdir.

-Maraqlı müsahibə üçün sağ olun!



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM