Alternative content

13:47 06 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
00:17 06.08.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Genişmiqyaslı islahatlar dövrünün yeni siyasi konfiqurasiyası
Genişmiqyaslı islahatlar dövrünün yeni siyasi konfiqurasiyası
ANA SƏHİFƏ / SİYASƏT
00:20 12.03.2020


İlham Əliyevin tezisləri, yeni siyasi sistemin konturları və parlamentdə başlanan dəyişikliklər…

Prezident İlham Əliyevin parlamentin yeni çağırışının deputatları qarşısındakı çıxışı dövlət başçısının yalnız qanunverici hakimiyyət mənsublarına təbriki, tövsiyələri, birgə əməkdaşlıq çağırışları kontekstində məhdudlaşmadı. Nəzərə alaq ki, bu nitq iki il öncə növbəti müddətə səlahiyyətinin icrasına başlayarkən Prezidentin elə bu binada elan etdiyi müasir islahatlar dövrü prioritetlərinin artıq tam yeniləşən hədəflərini ehtiva edirdi. Eyni zamanda həm inauqurasiya tezislərinin davamı, həm də daha çox ictimai-siyasi motivli idi.


Prezident Milli Məclisi siyasi sistemin modernləşmə mərkəzi kimi görür

Prezidentin çıxışlarının mövzu dairəsi nə qədər fərqli olsa da, mahiyyətcə dəyişməz üslubu var. Bu nitqlər deklorativlikdən, bəlağətdən, süni ritorikadan uzaqdır, hesabat yönümlüdür, uğurlarla bərabər, hökmən problemlərə toxunulur, onların həlli yolları göstərilir, ümumi fəaliyyətin və inkişaf trendinin yeni istiqamətləri elan edilir.

Və bu üslub Prezidentin çıxışlarına ictimai marağın yüksək səviyyəsini daim təmin edir. Vətəndaşlar ölkə rəhbərinin bəzən həftə ərzində iki dəfə onlara öz fəaliyyətinin və ölkədəki sosial, iqtisadi, siyasi durumun hesabatını verməsindən məmnundur.

Eyni zamanda əhali onu narahat edən məqamlardan Liderin də xəbərdar olduğunu və onların həlli üçün çalışdığını aydın görür, problemlərin "hər şey yaxşıdır, gözəldir və müsbətdir” pərdəsi altında gizlədilməməsini razılıqla qarşılayır.

Nəhayət, Prezidentin çıxışlarında ictimaiyyət "yolumuz haradır”, "hədəfimiz nədir”, "qarşıda bizi nə gözləyir” kimi suallara cavab tapır və ölkənin müqəddəratının müəyyənləşdirilməsində iştirakçılıq hüququnun tanınmasını aydın müşahidə edir.

Elə yeni deputat heyətinin qarşısındakı nitqində də Prezident bu üç mərhələni - hesabatlılıq; uğur və problemlər; yeni hədəflər - əks etdirməklə bahəm, ölkə ictimaiyyəti ilə yanaşı, dünya birliyinə də olduqca önəmli mesajlar verdi.

Ən əsası isə genişmiqyaslı islahatlar dövrünün daha bir təzahürünü elan etdi: Azərbaycanda yeni siyasi konfiqurasiya formalaşır.

Siyasi sistemin ənənəvilikdən uzaqlaşıb tam modernləşməsinin hərəkətverici qüvvəsi kimi isə Prezident məhz yeniləşən Milli Məclisi görür.


Birinin əskikliyi digərinin tamlığını şübhə altına alır

İlham Əliyev hər zaman vurğulayıb ki, iqtisadi tərəqqi və siyasi-demokratik inkişaf uzlaşmalı, bir-birlərini tamamlamalıdırlar. Birinin əskikliyi digərinin tamlığını şübhə altına alır.

Prezidentin bu yanaşması ölkəmizin iqtisadi inkişafla yanaşı, həm də dövlətçilik gücünü artırması və sabitliyin dönməzliyini təsbit etməsi ilə praktik fəaliyyətdə özünü tam doğruldub. Bu baxımdan, İlham Əliyevin "Tarixin ən qüdrətli Azərbaycanı” əsərini də bu postulatların harmoniyasının məntiqi nəticəsi saymaq olar.

İlham Əliyevin 16 ili ötən Prezident fəaliyyətini mərhələlər üzrə təsnifatlaşdırsaq, hər dövrü məhz hansısa islahatlar adı ilə - ilkin, dinamik, davamlı, sürətli, dərin islahatlar - qruplaşdırmaq mümkündür. Yəni bütün prezidentlik müddəti məhz islahat yönümlü, köklü dəyişiklik ovqatlıdır.

İndiki islahatlar isə, elə Prezidentin təbirincə desək, məhz genişmiqyaslıdır. Və sosial-iqtisadi sahədəki kompleks fəaliyyət artıq istənilən nəticəni verdiyindən islahat konsepsiyasının digər sütununu - siyasi sistemi də bu müsbət dəyişikliyə uyğunlaşdırmaq zərurətə çevrilib.

İlham Əliyevin bu prosesdə Milli Məclisin lokomotiv-yönləndirici funksiya daşıdığını elan etməsi parlament seçkilərinin niyə növbədənkənar keçirilməsi barədə suallara bir daha aydınlıq gətirir. Həmçinin parlamentin yeni heyətinin, yeni sədarətin tərkibi siyasi modernləşmənin artıq başladığına dəlalət edir.

Prezidentin irəli sürdüyü tezislərin təhlili və alt qatlarının öyrənilməsi siyasi modernləşmənin əsas məramını da, elə hədəfini də müəyyənləşdirir.


Siyasi dialoq təklifinin müəllifi Prezidentdir

Beləliklə, İlham Əliyevin yeni siyasi konfiqurasiyanın formalaşmasından və bu prosesdə parlamentin iştirakından gözləntiləri nədir?

Əvvəla, yeni parlamentin çoxpartiyalılığı onu ölkədəki siyasi diskussiyaların, debatların, hətta zərərsiz siyasi toqquşmaların təbii platformasına çevirir. Yəni məmləkətdəki bütün siyasi proseslər - istər loyal, istərsə də sərt formada, fərqi yoxdur - məhz parlament zalında və kluarlarında cərəyan etməlidir.

Digər tərəfdən, parlament xalqın birbaşa seçdiyi hakimiyyətdir və siyasi sistemin əsas nüvəsinə çevrilməlidir. Bu sistemdən kənar hansısa siyasi hərəkat və siyasi hərəkət məhdudlaşdırıla bilməsə də, onların xalqın iradəsini əks etdirmədiyi faktdır. Xalq siyasi sistemi parlament hüdudlarında müəyyənləşdirib və burada təmsilçiliyi olmayan hansısa qrup sistemdə iştirakçılığını yalnız konstruktivlik və sağlam yönümlü yanaşma ilə təmin edə bilər.

Həmçinin iqtidar-müxalifət münasibətlərinin sivil ahəngi parlament müstəvisində gerçəkləşməlidir. Son həftələrdə hakimiyyətin təşəbbüsü ilə siyasi partiyalarla keçirilən görüşlər, Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevin 30-dan artıq təşkilatın rəhbərini qəbul etməsi məhz Prezidentin yeni siyasi konfiqurasiya modelinin ilkin təzahürləridir.

Prezident fevral ayından etibarən siyasi opponentlərinə şəxsən dialoq təklif edir və bunu son çıxışında xüsusən vurğuladı. İndidək olan görüşlər barədə müntəzəm məlumat aldığını deyən və onları müsbət xarakterizə edən dövlət başçısı siyasi dialoqun ən təkmil və etibarlı mərkəzi kimi də məhz parlamenti görür.


Parlamentin idarəçilik tərkibi yeni siyasi konfiqurasiyanın ilk təzahürüdür

Prosesi sürətləndirmək üçün parlamentin idarəçilik institutunda köklü dəyişikliklərə gedildi. İlham Əliyev parlamentdə mütləq çoxluğa sahib olan Yeni Azərbaycan Partiyasının lideri kimi bu məsələdə də mühüm missiya daşıyır.

121 deputatın təmsil olunduğu Milli Məclisdə 70 təmsilçiyə malik olan YAP-ın deputat qrupu sədrinin tövsiyəsi ilə parlament idarəçiliyində bitərəflərə və müxalifət partiyalarına böyük güzəşt etdi:

- parlamentin ali rəhbərliyinin (sədr və üç müavin) tən yarısı opponentlərə verildi. Həm də ilk dəfə olaraq müxalifət təmçilçisi vitse-spiker vəzifəsinə seçilərək ümumilikdə ölkənin rəsmi iyerarxiyasında iştirak hüququ qazandı;

- parlamentin komitə sədri postunun üçdəbiri (5 vəzifə) bitərəf və müxalifət namizədlərinə ayrıldı;

- parlamentin komitə sədrinin müavini olan 15 nəfərdən 10-u, yəni üçdəikisi bitərəf və müxalifət təmsilçilərindəndir.

Beləliklə, parlament idarəçiliyini həyata keçirəcək 34 nəfərdən (sədarət, komitə sədri və müavinləri) 17 nəfəri, yəni tam yarısı məhz bitərəf və müxalifət təmsilçilərinə ayrıldı.

Parlament idarəçiliyində bitərəflərin və müxalifətin geniş iştirakı bu qüvvələrin ölkədəki proseslərdə iştirakçılıq imkanını genişləndirir, onlara motivasiya verir və demokratiyanın əsas göstəricisi olan siyasi palitranın rəngarəngliyini təsbit edir.


Müxalifətdən gözləntilər nədir?

Siyasi sistemin iştirakçısı və yeni siyasi konfiqurasiyanın elementləri olan partiyalar, hərəkatlar bu prosesdə məsuliyyətlərini və xalq qarşısında daşıdıqları siyasi öhdəlikləri unutmamalıdırlar. Yeni Azərbaycan Partiyası bu yönümdə ən mükəmməl nümunəsini göstərdi.

Ölkənin alternativsiz siyasi gücü olan hakim partiya opponentlərini siyasi proseslərdə fəal iştiraka təşviq etməklə yanaşı, onlara rəsmi təmsilçilik imkanları da yaradır. Bunun müqabilində isə nə bir şərti, nə də təmənnası var.

Sadəcə olaraq bir niyyəti var:

- opponentlər ölkənin siyasi həyatında təşəbbüskarlığını, iştirakçılığını, proseslərə reaksiyasını yüksəltsin;

- siyasi sistemin möhkəmlənməsinə və modernləşməsinə ardıcıl töhfələr versin;

- Azərbaycanın maraqlarına yönələn təhdidlərə qarşı daha kəskin, ifşaedici və əsasən də səmimi ruhda münasibət bildirsin;

- sağlam polemikalar açsın, iqtidarın fəaliyyətindəki çatışmazlıqları desin, konstruktiv tənqid nümayiş etdirsin;

- tərəfdarlarının siyasi şüur səviyyəsini davamlı təkmilləşdirsin;

- fəaliyyətini məhdud deklorativ səviyyədən - sədr və iki-üç müavinin müsahibəsi, bəyanatı çərçivəsindən çıxararaq yenidən təşkilatlansın, yerlərdə fəal iş aparsın;

- yaradılan şəraitdən maksimum bəhrələnərək, sıralarını artırsın...

Yəni İlham Əliyevin sədri olduğu YAP dövlət mənafeyini əsas götürərək siyasi rəqabəti unudur və müxalifət partiyalarına real fəaliyyətə keçməyi, daha da fəallaşmağı, siyasi güc mərkəzlərinə çevrilməyi, ona alternativ olacaq qüvvəyə sahiblənməyi təklif edir.

İlham Əliyev məmləkəti üçün hansısa şəbəkələrin "beşinci kolon”una, müstəqilliyin qəniminə çevrilən müxalifət istəmir.

İlham Əliyevin istədiyi dövlət mənafeyini qorumağa köklənən, yeri gələndə iqtidarı, lap elə Prezidenti sərt tənqid edən, hakimiyyətin səhvlərini açan, onunla əsl seçki rəqabəti aparan müxalifətdir.

İlham Əliyev yeni təşəbbüsləri, təklifləri, tənqidləri ilə Azərbaycanın intibahına kömək olacaq müxalifət istəyir.

İlham Əliyev elə bir müxalifət istəyir ki, onunla bərabər tarixin ən qüdrətli Azərbaycanını qursun...

İlham Əliyevin sükanı arxasında olduğu dövlət inkişafın düzgün magistralındadır, bu quruculuğa hər gün daha bir kərpic qoyulur, bünövrəsi daha da möhkəmləndirilir.

İlham Əliyev bu dövlətin yalnız müstəqilliyini və təhlükəsizliyini gücləndirmir, sosial gücünü, iqtisadi rifahını yaratmır, həm də onun siyasi sistemini yenidən formalaşdırır. Dünyanın yeni siyasi konfiqurasiyasında söz sahibinə çevrilən Azərbaycanın yeni siyasi konfiqurasiyasında nüfuz sahib olmaq isə siyasi partiyalardan xüsusi fəallıq, təşəbbüskarlıq tələb edir.

Prezident ilk addım atdı. Növbə siyasi opponentlərdədir...


İxtiyar HÜSEYNLİ,
"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM