Alternative content

00:30 08 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Mehriban Əliyevanın sayəsində bayramı yeni evimizdə qarşılayırıq”
“Mehriban Əliyevanın sayəsində bayramı yeni evimizdə qarşılayırıq”
ANA SƏHİFƏ / SİYASƏT
00:16 12.03.2020


Şamaxıda yenidən tikilən və bərpa edilən mənzillərdə Novruz böyük coşqu ilə qarşılanır


Şamaxının Muğanlı kəndində yaşayan Səfərovlar ailəsinin bu günlərdə sevincinin həddi-hüdudu yoxdur. Çünki keçən il baş vermiş zəlzələdən sonra qohum-qardaş evinə sığınan ailə üzvləri indi Novruzu özlərinin yeni evlərində ürək dolusu ilə qarşılayırlar. Ailənin başçısı Maarif Səfərov deyir ki, Heydər Əliyev Fondu tərəfindən tamamilə yenidən tikilən ev ruzilidir. Burada qarşıladıqları ilk Novruzun qədəmləri isə daha bərəkətli olacaq.


"Heydər Əliyev Fondu bizə yeni həyat bəxş etdi”


Ötən il fevralın əvvəlində baş vermiş zəlzələ nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında fərdi evlər qəzalı vəziyyətə düşmüş, sosial və infrastruktur obyektlərinə ziyan dəymişdi. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, təbii fəlakətdən dərhal sonra görülən təxirəsalınmaz tədbirlər nəticəsində adıçəkilən rayonlarda mühəndis-kommunikasiya təminatı sistemləri tam bərpa edilmiş, zərər çəkmiş əhaliyə ilkin yardım göstərilmişdi. Fevralın 7-də İlham Əliyev özü zəlzələ zonasına gələrək sakinlərlə görüşmüş, təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılacağını bildirmişdi. Prezident İlham Əliyev elə buradaca əhalinin müraciətlərinə diqqətlə baxılması, evlərə, həmçinin sosial və infrastruktur obyektlərinə dəyən ziyanın aradan qaldırılması üçün müvafiq icra strukturlarına tapşırıq və göstərişlərini vermişdi.

Şamaxı şəhərində sakinlərlə söhbət zamanı Prezident İlham Əliyev dövlətin zəlzələnin nəticələrinin aradan qaldırılmasını öz üzərinə götürdüyünü və bütün qəzalı evlərin qısa müddət ərzində ya bərpa ediləcəyini, ya da yenidən tikiləcəyini bildirmişdi.

Eyni zamanda zəlzələdən sonra Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri də dərhal təbii fəlakətdən zərərçəkən ərazilərdə olunmuş yeraltı təkanların vurduğu fəsadları araşdıraraq sakinlərin müraciətlərini qeydə almışdılar. Elə Maarif Səfərova məxsus evin yenidən inşasını da Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu həyata keçirmişdir.

Bu barədə danışan Maarif Səfərovun oğlu Zamiqin sözlərinə görə, keçən il fevralın 5-də baş verən dağıdıcı zəlzələdən sonra evləri qəzalı vəziyyətə düşmüşdü: "Müraciətimizdən sonra dərhal Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri gəlib evə baxdılar və burda yaşamağın qeyri-mümkünlüyü ilə bağlı rəy verdilər. Ağır vəziyyətə düşmüşdük. Sonra Heydər Əliyev Fondundan gəldilər. Onlar da vəziyyətlə tanış oldular. Dedilər ki, Mehriban xanımın tapşırığı ilə bizim üçün yeni ev tikəcəklər. Necə demişdilərsə, elə də oldu. Cəmi iki aya evi söküb yerində tikdilər və iyul ayında bizə təhvil verdilər. Yeni evimiz 3 otaqlıdır, sahəsi əvvəlkindən də böyükdür. Heydər Əliyev Fondu tərəfindən yeni mebellə də təmin olunduq. Mehriban Əliyevanın sayəsində bu gün bayramı yeni evimizdə qarşılayırıq”.

Sentyabr ayında isə ailənin həyatında başqa bir əlamətdar hadisə baş verdi. Şamaxıda səfərdə olan Mehriban Əliyeva qızı Leyla Əliyeva ilə Muğanlı kəndinə gələrək onların qonağı oldular, xeyir-dualarını verdilər.


"İlham Əliyevi görməyi arzulayırdım”


Qeyd edək ki, dağıdıcı zəlzələ vaxtı ən çox zərər Şamaxı şəhərinə dəyib, burada daha çox fərdi evlər və təsərrüfatlar dağıntıya məruz qalıb. Ona görə zəlzələdən sonra aparılan yenidənqurma, bərpa və təmir işləri əsasən Şamaxının rayon mərkəzini əhatə edib. İndiyə qədər isə işlərin böyük əksəriyyəti yerinə yetirilib. Təməli Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 7-də Şamaxıya etdikləri səfər zamanı qoyulan 44 mənzilli bina ötən ilin payızında sakinlərin ixtiyarına verilib.

Şamaxı səfərimiz zamanı həmin binanın sakinləri ilə də görüşərək, onların yeni evdə keçirdikləri ilk Novruz sevinclərinə şərik olduq. Xatırladaq ki, ötən ilin dekabrın 5-də Prezident İlham Əliyev Şamaxı rayonuna gəlişi zamanı bu binada yaradılmış şəraitlə tanış olub. Elə ilk qarşılaşdığımız Fərda Həsənov binanın yeni sakinlərindəndir. Zəlzələdən sonra şəhərin Gənclər küçəsindəki evləri tamamilə dağılıb. Olduqca çətin günlər keçirən ailə yeni binada üçotaqlı, təmirli, mebelli mənzillə təmin edilib. Keçən il dekabrın 5-də Şamaxıya gələn İlham Əliyev onların qonağı olub.

Fərda Həsənovun 75 yaşlı anası Xuraman Həsənova olub keçənləri belə xatırlayır: "Gecənin bir aləmi oyandıq ki, yer-göy titrəyir. Hamımız qaçdıq küçəyə, gördük qonşular da evləri tərk edib bayıra çıxıblar. Biz uşaq olanda atam bizə Şamaxıda baş verən zəlzələlərdən danışmışdı. Şamaxının tarixində güclü zəlzələlər çox olub. Şükürlər olsun ki, bu zəlzələdən ölüm-itim olmadı. Amma çox çətin günlər yaşadıq. Uçmuş evimizin zirzəmisi salamat idi. Qışın soyuğunda bir müddət orada yaşadıq. Sağ olsun Prezidentimiz, Allah ona uzun ömür versin. İlk gündən şamaxılıların problemini diqqətdə saxladı, neçə dəfə Şamaxıya gəldi. Elə arzulayırdım ki, İlham Əliyev Şamaxıya gələndə onu görüm. Tez-tez yuxumda görürdüm. Dekabrın 5-də birdən dedilər ki, Prezident sizin evə gəlir. Rəbbim arzumu çin etdi. Sevincimin həddi-hüdudu yox idi. İlham Əliyev qonağımız oldu, evimizə baxdı, yaşayışımızla maraqlandı. Bizi yeni evlə təmin etdiyinə görə çay süfrəsi ətrafında ailəlikcə təşəkkürümüzü bildirdik”.

Zəlzələ baş verən gündən iyun ayına qədər təkcə Şamaxı Rayon İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə ümumilikdə 6251 müraciət daxil olub. Qəzalı evlərin bir qismi yenidən tikilib. Sakinlərin bir hissəsi isə çoxmənzilli binalarda evlə təmin olunublar. Heydər Əliyev Fondu tərəfindən isə Şamaxı rayonunda zəlzələdən sonra qəzalı vəziyyətə düşmüş 35 fərdi ev sökülərək tamamilə yenidən tikilib. 12 evdə təmir bərpa işləri aparılıb.

Bu gün Şamaxıda neçə-neçə ailə yeni evində ilk Novruzun sevincini yaşayır. Onların hər biri problemlərinə dərhal reaksiya verdiklərinə, haraylarına çatdıqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirirlər. Çünki məhz onların diqqəti və qayğısı ilə bu ailələr yenidən isti yuvalarına qovuşublar.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM