12 Mart 2020 00:08
997
Təhsil
A- A+

UNEC-də bütün dərslər distant keçiriləcək


Martın 12-dən UNEC-də bütün dərslər distant tədris olunacaq.

Koronavirusla bağlı zəruri tədbirlərin görülməsilə əlaqədar dərslərin müvəqqəti dayandırıldığını nəzərə alaraq, təhsilin davamlılığının təmin edilməsi məqsədilə UNEC-də bütün dərslər distant formada təşkil ediləcək.

Tətbiq ediləcək distant təhsil əyani təhsilin alternativi kimi düşünülüb. Distant təhsilə istənilən məkandan mobil telefon və internetlə qoşulmaq mümkündür. UNEC Eksterndə distant formada təşkil edilən dərslər müvafiq proqramla nəzərdə tutulan dərsləri əvəz edəcək. Sistemə qoşulan tələbə avtomatik olaraq elektron jurnalda "iştirak edir” kimi qeydiyyata alınacaq. Hər bir tələbə müəllimə distant dərs zamanı sual vermək imkanına malikdır.

Müəllimin distant formada keçdiyi mühazirə avtomatik olaraq videoarxivləşdiriləcək və hər bir tələbə həmin mühazirəni dərsdən sonra da dinləyə və görə biləcək. Dərs cədvəli və bununla bağlı ətraflı məlumat tələbələrin şəxsi kabinetlərinə göndəriləcək.

Distant təhsil müddətində Qaynar xətt (1846) və Call center (1846-1- 1501; 1846-1-1502) gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Yarana biləcək suallar UNEC Distant Facebook (facebook.com/unecdistant) səhifəsi üzərindən və [email protected] e-ünvanından operativ cavablandırılacaq.

Distant tədris müddəti Nazirlər Kabinetinin müəyyən etdiyi dövrü (2020-ci il mart ayının 10-dan 20-dək) əhatə edəcək.

Xatırladaq ki, Nazirlər Kabinetinin sərəncamına əsasən, yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınıb.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video