11 Mart 2020 15:39
741
SİYASƏT
A- A+

Leyla Abdullayeva: Azərbaycan həmişə təhlükəsizlik anlayışının bölünməzliyi mövqeyindən çıxış edib


Ermənistan tərəfinin diqqətinə bir daha çatdırırıq ki, güc tətbiqi və etnik təmizləmə nəticəsində yaranmış hazırkı status-kvo vəziyyəti təhlükəsizlik anlayışı ilə heç cür uyğun gəlmir. Azərbaycanın ərazilərinin işğalı və bu ərazilərdə Ermənistan silahlı qüvvələrinin mövcudluğu ölkəmizin təhlükəsizliyinə əsas təhlükə mənbəyidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva işğalçı ölkənin XİN-nin martın 10-da bəyanatla çıxış edərək, Azərbaycanı Ermənistan ilə dövlət sərhədində vəziyyəti gərginləşdirməkdə, regional sülh və təhlükəsizliyə hədə törətməkdə ittiham etməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, bu açıqlama Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarını hərbi işğal edib bu ərazilərdəki azərbaycanlıları qanlı etnik təmizləməyə məruz qoyan işğalçı ölkənin XİN-nin dilindən səslənir. Bu bəyanatlar son həftələr ərzində Azərbaycan-Ermənistan sərhədində ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədlərini qoruyan sərhədçi əsgərlərimizi məqsədyönlü şəkildə qətlə yetirən Ermənistana aiddir.

Leyla Abdullayeva qeyd edib ki, Azərbaycan hər zaman təhlükəsizlik anlayışının bölünməzliyi və universallığı mövqeyindən çıxış edib. Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması, eləcə də bölgənin erməni və azərbaycanlı əhalisinin birgə sülh şəraitində, qanunun aliliyi prinsipinə uyğun yaşaması, birgə təhlükəsizliyin təminatı, bölgənin rifahı naminə etimadın və yaxınlaşmanın yaranmasını müəyyən edən şərtlərdir.

XİN rəsmisi əlavə edib ki, Ermənistan tərəfi mövcud reallığı düzgün dərk etməli və beynəlxalq ictimaiyyətin, o cümlədən BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qətnamələrinin Azərbaycanın işğal olunmuş ərazilərini tam, dərhal və qeyd-şərtsiz boşaldılması, yerli azərbaycanlıların öz evlərinə geri qayıtmasının təmin olunması tələblərini yerinə yetirməlidir. Azərbaycanın ədaləti və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində öz ərazi bütövlüyünü bərpa edəcəyinə heç kəsin şübhəsi olmasın.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video