11 Mart 2020 14:34
789
İQTİSADİYYAT
A- A+

Mərkəzi Bankın sədri: Hazırda bütün banklarda əhalinin ala biləcəyi qədər xarici valyuta var

 

Hazırda bütün banklarda əhalinin ala biləcəyi qədər xarici valyuta var.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov jurnalistlərə müsahibəsində deyib.

"Dünyada koronavirusun coğrafiyasının genişlənməsi, qlobal iqtisadi proseslərdə - ticarətdə, iqtisadi artımda baş verənlər və qiymətləndirmələr, proqnozlar və bunların təsiri altında martın əvvəllərində neftin qiymətində azalmalar müşahidə olundu. Biz yenə də ənənəvi olaraq xarici şokdan danışırıq. Baş verən proseslər ölkəmizdə aparılan sosial-iqtisadi proseslərdən qaynaqlanmır. Hətta deyərdim tam əksinədir. Ölkəmizdə iqtisadi inkişaf sürətlənir, maliyyə, makroiqtisadi sabitlik hökm sürür. Neftin qiymətinin düşməsi ölkənin nə ticarət, nə tədiyyə balansında əhəmiyyətli problem yaratmaq iqtidarında deyil. Bu, bazar iştirakçılarının, ilk növbədə, əllərində nağd manat olan əhalinin reaksiyasıdır. Yəni, bu gözlənti reaksiyasıdır. Hökumətin, Mərkəzi Bankın əsas gördüyü iş bu gözləntiləri müsbət gözləntiyə çevirməkdir ki, bunun üçün bütün tədbirlərdən istifadə edirik. Martın 10-da valyuta hərracı keçirildi, bütün tələbat ödənildi. Bu gün növbədənkənar hərrac oldu və bütün tələbat ödənildi, amma tələbat hərracda iki dəfədən çox aşağı düşdü. Nağd valyuta ehtiyatları yaradılıb və bankların bütün tələbləri gün ərzində hərracda tam şəkildə ödənilib. Hazırda banklarda əhalinin ala biləcəyi qədər xarici valyuta var. Ola bilər, müəyyən banklarda resursları olmasın ki, kifayət qədər valyuta almasın, onlar da bir-birinə kömək edirlər. Bankların tərəfindən aparılan əməliyyatların həcmi təxminən 10 dəfədən çox artıb”, - E.Rüstəmov qeyd edib.

O deyib: "Milli valyutanı dollara çevirən əhalini sakitliyə çağırıram. Hökumətin, Mərkəzi Bankın həyata keçirdiyi tədbirlərdən görünür ki, biz buna tam şəkildə hazırıq. Hökumətin və Mərkəzi Bankın "B” planı var. Bu plan məhz neftin 30-35 dollar qiymətinə hazırlanıb. Faktiki olaraq hökumət bu planla fəaliyyət göstərir. Biz bu problemi tez bir zamanda həll etmək əzmindəyik. Əhaliyə çağırışımız ondan ibarətdir ki, onlar öz hərəkətləri ilə bizə kömək edə bilərlər ki, bu problemi tez həll edək”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video