11 Mart 2020 13:19
1237
İDMAN
A- A+

“Tokio-2020” Yay Olimpiya Oyunlarının təşkilat komitəsi Harayuki Takahaşinin dediklərini təkzib edib

 

"Tokio-2020” Yay Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsi bu qurumun üzvü Harayuki Takahaşinin "The Wall Street Journal” nəşrinə yeni koronavirusla əlaqədar yarışların 1-2 il müddətinə təxirə salına biləcəyi barədə dediklərini təkzib edib.

AZƏRTAC xəbər verir ki, bu barədə martın 11-də təşkilat komitəsinin yaydığı bəyanatda deyilir.

Qeyd edək ki, martın 10-da "The Wall Street Journal” nəşri təşkilat komitəsinin üzvü H.Takahaşiyə istinadla "Tokio-2020” Yay Olimpiya və Paralimpiya Oyunlarının yeni koronovirus təhlükəsi ilə əlaqədar 1-2 il müddətinə təxirə salına biləcəyi barədə məlumat yayıb.

Nəşr H.Takahaşinin sözlərini sitat gətirərək yazıb: "Düşünmürəm ki, Oyunlar ləğv edilə bilər, bu, yarışların ləğv olunması deyil, tarixin dəyişdirilməsi olacaq. Əgər onları ləğv etsələr, Beynəlxalq Olimpiya Komitəsi çətinliyə düşəcək”.

H.Takahaşi əlavə edib ki, tədbirin bir il sonraya salınması çətin olacaq, belə ki, bu halda Oyunlar digər mühüm idman hadisələri ilə eyni vaxtda düşəcək. H.Takahaşi hesab edir ki, Olimpiya Oyunlarını iki il sonra keçirmək daha asan olacaq. Belə ki, növbəti ilin idman tədbirlərinin cədvəli, demək olar, tamamilə razılaşdırılıb.

Bununla bağlı "Tokio-2020” Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsinin yaydığı bəyanatda bildirilir ki, qurum H.Takahaşinin dedikləri ilə bağlı heç bir məlumata malik deyil və yarışlar planda nəzərdə tutulduğu kimi, iyulun 24-də start götürəcək.

Təşkilat komitəsinin yaydığı bəyanatda deyilir: "Biz həmin müsahibənin detalları və tam məzmunu barədə heç bir məlumata malik deyilik. Yarışların təxirə salınması məsələsi hazırda müzakirə mövzusu deyil. Yarışlara hazırlıq planda nəzərdə tutulduğu kimi davam etdirilir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video