11 Mart 2020 13:12
778
Təhsil
A- A+

Teledərslərə başlanılıb

 

"Mədəniyyət” kanalında "Dərs vaxtı” adlı teledərslərə başlanılıb. Teledərslər həftənin 5 günü saat 10-dan 16-dək davam edəcək.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, teledərslər bütün sinifləri əhatə edəcək, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunacaq.

İbtidai siniflərdə Azərbaycan dili, riyaziyyat, həyat bilgisi, təsviri incəsənət, xarici dil, V-XI siniflərdə isə Azərbaycan dili, riyaziyyat, xarici dil, tarix, coğrafiya, kimya, fizika, biologiya fənləri üzrə qısa videodərslər təqdim ediləcək.
Təhsil Nazirliyi şagirdlərə dərs cədvəlinə diqqət etməyi, dərsi "Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.

"Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər bu imkanı Təhsil Nazirliyinin elektron resursları ilə qazana bilərlər.

Tətil zamanı dərs öyrənmək üçün e-dərslik və videodərslərlə zənginləşdirilmiş video.edu.az elektron portallarından da istifadə etmək mümkündür. Təhsil Nazirliyinin www.e-derslik.edu.az portalında 232 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla, ümumilikdə 256 elektron vəsait mövcuddur. Video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı hazırda 28-dir.

Bundan əlavə, Təhsil Nazirliyinin video.edu.az portalına 1280-dən çox videodərslər yerləşdirilib. Elektron portalda hər ay belə dərslərin sayı artırılmaqdadır. Portalda 3D animasiyalı videolar, "Khan Academy” dərsləri və qiymətləndirmə sistemli videodərslər mövcuddur. Dərslər yerli və xarici müəllimlərin iştirakı ilə milli kurikuluma uyğun hazırlanır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video