Alternative content

07:45 05 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İstanbul Texnik Universitetinin rektoru Bakı Ali Neft Məktəbində olub
İstanbul Texnik Universitetinin rektoru Bakı Ali Neft Məktəbində olub
ANA SƏHİFƏ / Təhsil
01:11 11.03.2020


Bakı Ali Neft Məktəbinin mətbuat xidmətinin verdiyi məlumata görə, BANM-ın rektoru Elmar Qasımovun dəvəti ilə İstanbul Texnik Universitetinin (İTU) rektoru, professor Mehmet Karacanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdə olub.

Səfər çərçivəsində Bakı Ali Neft Məktəbinin rəhbərliyi və professor-müəllim heyəti ilə işgüzar görüşlər keçirilib, SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovla gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Bakı Ali Neft Məktəbinin əsas tədris korpusunu ziyarət edən qonaqlar burada yaradılan şəraitlə yaxından tanış olublar. Onlara elmi-tədqiqat laboratoriyalarının, kitabxananın, idman və fitnes zallarının, tələbə evinin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Rektor Elmar Qasımovla görüş zamanı BANM ilə İTU arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda BANM-da yaradılması nəzərdə tutulan kompüter mühəndisliyi ixtisası üzrə İTU-nun təcrübəsinin öyrənilməsi, birgə akademik proqramların həyata keçirilməsi, professor-müəllim heyəti və tələbə mübadiləsi, ikili diplom, birgə innovasiya layihələrinin reallaşdırılması məsələləri müzakirə edilib.

Elmar Qasımov İstanbul Texnik Universitetinin mühəndislik sahəsindəki çoxillik effektiv fəaliyyətinin BANM üçün uğurlu təcrübə olacağını bildirib. O, bu baxımdan ikitərəfli əməkdaşlığın daha geniş müstəvidə davam etdirilməsinin vacibliyini bildirib. E.Qasımov gənc Ali Məktəb olmasına baxmayaraq, BANM-ın mühəndislik sahəsində yüksək ixtisaslı peşəkar mühəndis kadrların yetişdirilməsində lider mövqeyini qoruyub saxladığını vurğulayıb. Rektor ölkənin ən intellektual potensiallı gənclərin də BANM-da təhsil aldığını qonaqların diqqətinə çatdırıb.

İTU rektoru, professor Mehmet Karaca isə öz növbəsində rəhbərlik etdiyi universitet barədə geniş məlumat verərək 150 illik tarixi olan İTU-nun nüfuzlu məzunlarından, xarici əlaqələrindən, beynəlxalq reytinq cədvəllərindəki mövqeyindən danışıb. O, BANM ilə əlaqələrin genişlənməsinə maraqlı olduğunu qeyd edərək bu görüşü gələcək əməkdaşlığın yeni mərhələsi kimi qiymətləndirib.

Daha sonra BANM ilə İTU arasında əməkdaşlığa dair memorandum imzalanıb. Eyni zamanda BANM-ın Erasmus+ və Beynəlxalq Proqramlar Ofisi ilə İTU arasında "Mevlana” Mübadilə Proqramı çərçivəsində əməkdaşlığa dair də müqavilə imzalanıb.

Qeyd edək ki, sözügedən proqramın məqsədi Türkiyə Cümhuriyyətinin ali təhsil müəssisələri ilə digər ölkələrin ali təhsil müəssisələri arasında tələbə və akademik heyətin mübadiləsini həyata keçirməkdən ibarətdir.

Sonda Elmar Qasımov İTU rektoru Mehmet Karacaya BANM-ın "Fəxri qonaq” plaketini təqdim edib.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM