10 Mart 2020 12:30
781
Mədəniyyət
A- A+

İran saytında Bakı haqqında məqalə dərc olunub

 

Azərbaycan paytaxtı Bakıda turistlərin diqqətini cəlb edən vacib tarixi məkanlardan biri də Şirvanşahlar sarayıdır.

AZƏRTAC xəbər verir ki, bu fikir İranın İSNA xəbər agentliyinin saytında Bakı haqqında dərc edilən məqalədə yer alıb. Qeyd olunub ki, Şirvanşahlar sarayı Bakının XV əsrə aid ən möhtəşəm tarixi abidələrindəndir. Azərbaycanda mədəni irsin qorunmasına məsul olan dövlət qurumları bu tarixi abidənin qorunub saxlanması üçün böyük işlər görür.

Bu gün Bakıda Heydər Əliyev Mərkəzi, "Alov qüllələri”, Xalça Muzeyi kimi çoxsaylı müasir tikililərə rast gəlmək mümkündür. Bununla yanaşı, şəhər öz qədimiliyini də qoruyub saxlayır. Bu da onu daha möhtəşəm, özünəməxsus, turistlərin maraq göstərdiyi istiqamətlərdən birinə çevirir.

Təxminən 500 illik tarixi olan Şirvanşahlar sarayı 1538-ci ilə aiddir. O, dövrünün mühüm abidələrindəndir. Əslində, bu saray Şamaxı bölgəsində baş vermiş zəlzələdən sonra buradakı dövlətin paytaxtının Bakıya köçürülməsilə, hökumət binası kimi tikilib. Üstəlik, əvvəlcə o, elə də böyük olmayıb. Zaman keçdikcə, Şirvanşahlar sülaləsinin burada tam yerləşməsilə saray genişləndirilib və böyüyüb.

Bu gün Şirvanşahlar sarayı Bakının İçərişəhər adlanan ərazisində yerləşir. O, ziyarətçilərin üzünə açıqdır. Yeri gəlmişkən, Bakıya səyahət edən hər kəs İçərişəhərə baş çəkməyi turun ayrılmaz hissəsi sayır. Bu məkan hər bir turistdə unudulmaz, dərin təəssürat yaradır. Məsələ ondadır ki, saysız-hesabsız müasir tikilisi olan Bakıda İçərişəhər insanlar üçün tam fərqli mənzərə açır.
 

Materialda bildirilib ki, saraya təxminən 50 otaq, 2 məscid və 1 hamam daxildir. Padşah ailəsinin məzarları da buradadır. İki mərtəbəli saray kifayət qədər böyükdür. Onun ikinci mərtəbəsi tamamilə padşahın ailəsinin məxsus olub. Alt mərtəbədə qulluqçular yaşayıb.

Tarix boyu baş vermiş müharibələr Şirvanşahlar sarayına da zərərsiz ötüşməyib. Saray xəzinəsinin çox hissəsi Bakının Rusiya ilə, osmanlılarla apardığı müharibələr zamanı talan edilib. İndi burada çox az sayda əşya var. Sarayın bəzi hissələri isə sonradan bərpa edilib. Məsələn, padşahın şəxsi otağında restavrasiya işləri aparılıb. Lakin Şirvanşahlar padşahının məhz burada yaşadığı bu gün də hiss olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video