09 Mart 2020 17:54
963
Mədəniyyət
A- A+

“Radio Courtoisie” radiosunda Azərbaycan-Vatikan əlaqələrinə həsr olunan veriliş yayımlanıb


Fransanın "Radio Courtoisie” radiosunda dünyəvi müsəlman ölkəsi olan Azərbaycanın Vatikanla münasibətlərinə dair veriliş yayımlanıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Fransada və eyni zamanda Vatikandakı səfiri Rəhman Mustafayev verilişdə Heydər Əliyev Fondunun xristian irsinin bərpasına verdiyi töhfələrdən danışıb. Müqəddəs Taxt-Tac ilə əməkdaşlığın genişləndirilməsindən, Heydər Əliyev Fondu tərəfindən bərpa edilmiş xristian irsi abidələrindən - Müqəddəs Marçellinio və Pietro katakombalarından, Müqəddəs Sebastian sərdabələrindən söz açıb.

Verilişdə, xüsusilə kardinal Pietro Parolin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya Papa Cəngavər Ordeninin ən ali dərəcəsi olan IX Piy Ordeninin Böyük Xaçının (Dama di Gran Croce dell’ordine Piano) təqdim etməsinə toxunulub. Birinci vitse-prezident Mehriban Əliyeva bu ordenə mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə layiq görüldüyü vurğulanıb. Birinci vitse-prezident Mehriban Əliyevanın IX Piy Ordeninin Böyük Xaçını alan ilk müsəlman olduğu bildirilib.

Azərbaycan-Vatikan münasibətlərinin tarixinə toxunaraq, bu münasibətlərin dünyəvi müsəlman ölkəsi ilə dünya katolik kilsəsi arasındakı münasibətləri, katolik dünyası ilə müsəlman dünyası arasında dialoqu, məhsuldar, səmərəli tərəfdaşlığı əks etdirdiyi diqqətə çatdırılıb.

Ölkəmizlə Müqəddəs Taxt -Tac arasındakı rəsmi əlaqələrin hüquqi çərçivəsindən danışılıb.

Roma Papasının ölkəmizə səfərlərindən, Bakıda katolik kilsəsinin tikilməsindən, ikitərəfli sazişdən, Vatikanın ölkəmizdəki multikulturalizmi yüksək qiymətləndirməsindən danışılaraq, Azərbaycanda böyük dinlərin nümayəndələrinin – xristianların, müsəlmanların və yəhudilərin bərabər, birgə mehriban yaşadığı diqqətə çatdırılıb.

Vatikanla qarşıdan gələn illərdə həyata keçiriləcək birgə layihələr və əməkdaşlıq diqqət mərkəzində olub.

Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən, torpaqlarımızın erməni silahlı qüvvələri tərəfindən işğal olunmasından, azərbaycanlılara qarşı aparılan etnik təmizləmədən, Vatikanın bu istiqamətdə mövqeyindən də söz açılıb. Qeyd edilib ki, bir sıra müddəalarla bağlı Vatikanla oxşar baxışlar var.

Azərbaycanlı tədqiqatçılarının Vatikanın konfidensial arxivində Azərbaycanla bağlı tədqiqat işləri apardığı, ölkəmizlə bağlı bu arxivdəki sənədlərin surətinin Azərbaycana aparılmasından danışılıb.

Səfir fransız dilində işıq üzü görmüş "Azərbaycan böyük dövlətlər arasında” kitabı haqqında da məlumat verib və veriliş zamanı dinləyicilərin suallarını cavablandırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video