09 Mart 2020 13:30
1889
Elm və texnika
A- A+

Azərbaycanlı alim Sankt-Peterburqda İkinçi Dünya Müharibəsində Faşizm üzərində qələbənin 75-ci ildönümünə həsr edilmiş sərginin açılışında iştirak edib

Sankt-Peterburq şəhərində Artilleriya Hərbi-Tarix, Mühəndis və Rabitə Qoşunları Muzeyində İkinci Dünya Müharibəsində Faşizm üzərində qələbənin 75-ci ildönümünə həsr edilmiş "Böyük Qələbənin Silahları” adlı sərgisinə rəsmi dəvət əsasında Beynəlxalq Muzeylər Şurasının (İCOM) tərkibində İCOMAM (Hərbi tədqiqatlar yönümlü) Beynəlxalq Komitəsinin İdarə Heyətinin üzvü, "QƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İB-nin İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru, bayraqşünaslıq və heraldika üzrə mütəxəssis Pərvin Gözəlov iştirak edib. Sərgidə göstərilən eksponatların əhəmiyyətli hissəsi Qırmızı Ordunun silahlarına və Hitler əleyhinə koalisiyada olan Böyük Britaniya, ABŞ, Fransa və s. ölkələrə aid odlu silahlar təqdim olunurdu. Muzey kolleksiyasından sərgilənən müxtəlif növ tapançalar, pulemyotlar və avtomatlar əyani olaraq təsdiq edir ki, II Dünya Müharibəsi həqiqətən də silah istehsalçılarının müharibəsi olmuşdur. II Dünya Müharibəsi dövrü görkəmli Sovet silah ustaları Degtyarev, Sudaev, Şpagin, Tokarev, Simonovun istedadlarını yüksək şəkildə göstərdi. Ötən il yüz illik yubileyi geniş qeyd olunan Mixail Timofeyeviç Kalaşnikov artıq 1942-ci ildə silah ustası olduğunu sübut etmişdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təstiq edilmiş "Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konseptiyasının; 10-cu maddəsinin "Mədəni irsin qorunması və səmərəli idarə edilməsi” bəndində "..dünya muzeylərində saxlanılan Azərbaycan mənşəli eksponatların tədqiqi və Azərbaycana məxsusluğunun sübutu üçün materialların toplanması da diqqət mərkəzində olacaq.” qeyd edilmişdir. Cənab Prezident İ.Əliyevin Fərmanının icrası istiqamətində, RF Sankt-Peterburq şəhərində Artilleriya Hərbi-Tarix, Mühəndis və Rabitə Qoşunları muzeyi-nin fondlarından P.Gözəlov tərəfindən 2015-ci ildə Azərbaycanın dövlətçilik tarixini əyani olaraq sübut edən Naxçıvan xanlığının Dövlət, döyüş və müttəfiq bayraqları aşkar edilib. Rusiya Federasiyası muzeyləri ilə qeyd edilən məhsuldar əməkdaşlıq, ölkələrimiz arasında dövlət əhəmiyyətli elmi-tədqiqat, mədəni layihə kimi qiymətləndirilə bilər.

Qeyd edilən tarixə kimi Rusiya Federasiyasında Azərbaycan dövlətçilik tarixinə aid heç bir elmi tədqiqat işi aparılmayıb. Belə ki, axırıncı dəfə Azərbaycan dövlətçilik atributlarına aid beləbir hadisə 1925-ci ildə Azərbaycan Dövlət tarix muzeyinin direktoru Davud Şərifov tərəfindən həyata keçirilib. Məhəmməd Əmin Rəsulzadənin Azərbaycanın tarixi atributlarının öyrənilməsi ilə bağlı qaldırdığı məsələ. Cümhuriyyət süquqta uğrayandan sonra, bu ideya yarımçıq qalmışdı. Sonrakı dövrdə, Azərbaycan Respublikası SSR-nin tərkibinə daxil edildikdən sonra, Davud Şərifov bu işi davam etdirmiş, Gürcüstandan Azərbaycana 13 xanlığın bayrağını, xana aid tuğ və qala açarlarını gətirmişdi. Sonrakı dövrlərdə qeyd olunan məsələ ilə bağlı heç bir iş görülməmişdi.

Qeyd etmək lazımdır ki, sözü gedən elmi tədqiqat işi Azərbaycan-Rusiya elmi-mədəni münasibətlərində, Azərbaycanın dövlətçilik tarixinin araşdırılmasının davamı olaraq, çox böyük elmi və mədəni layihələr həyata keçirilməli və Azərbaycanın dövlətçilik tarixi ilə bağlı müəyyən boşluqlar doldurulmalıdır. Bu sahədəki araşdırmalar və elmi tədqiqatlar genişləndirilməli, bu sahəyə daha çox diqqət ayrılmalıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video