Alternative content

00:04 03 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bütün qadınlara örnək - BİR İNCİ XANIM
Bütün qadınlara örnək - BİR İNCİ XANIM
ANA SƏHİFƏ / SİYASƏT
01:22 08.03.2020


Qadın Tanrının gözəllik təcəssümü, zəriflik simvolu kimi bu həyata bəxşişidir. O, yer üzündəki ən ali titullara sahib, yüksək ana şərafətinə qiymətli bir incidir.

Qadın xeyrin təmsilçisi, sülhün keşikçisidir...

İki ali məxluqdan biri, Yaradanın yerdəki davamçısı, həyatı əbədiləşdirəndir...

Tarix işi, əməli, mərhəməti ilə ad-san qazanan çox qadınlara şahidlik edib...

Azərbaycan qadını deyəndə ilk növbədə ölkəmizin birinci xanımı, Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva yada düşür...

Xalqı uğrunda fədakarlıq etmək yolunu seçib Mehriban xanım. Gördüyü işlərin böyüklüyünü, dünya miqyasındakı əhəmiyyətini düşündükdə bir anlıq sual etməyə bilmirsən ki, görəsən zərif, incə bir xanım bütün bunların öhdəsindən necə gəlir? Cavab isə çox sadədir - elə Mehriban xanımın özünün səsləndirdiyi kimidir: "Mənim üçün ən vacibi budur ki, inam duyuram. Bax, bu, həqiqətən də mənə real inam, güc verən amildir”.

Təhsil, gələcəyimizin savadlı yetişməsi Mehriban xanımın həyat fəlsəfəsinin ana xəttini təşkil edir. Rəhbərlik etdiyi Heydər Əliyev Fondu "Yeniləşən Azərbaycana yeni məktəb”, "İnternat məktəblərinin inkişaf proqramı”, "Təhsilə dəstək” kimi təhsil sahəsindəki layihələri uğurla davam etdirir. Bu sahədə ölkədə dövlət xətti ilə 3 min 200-dən çox məktəb tikilib, təmir edilib, geniş bazaya malik təhsil infrastrukturu yaradılıb, maddi-texniki baza möhkəmləndirilib. Ötən il Heydər Əliyev Fondunun xətti ilə Bakıda bir neçə yeni müəssisə açılıb. Mehriban xanım Əliyeva Xətai rayonunda Daxili İşlər Nazirliyinin 6 saylı uşaq bağçasının, Yasamal rayonunda 11 saylı, Sabunçu rayonunda 260 saylı, Binəqədi rayonunda 141 saylı körpələr evi-uşaq bağçalarının açılışını edərək uşaqlara böyük sevinc bəxş edib. Hər yeni tədris ilində Heydər Əliyev Fondu aztəminatlı ailələrin birinci sinif şagirdlərinə çanta və məktəb ləvazimatları hədiyyə edir.

Talassemiya, autizm, daun, əqli və fiziki qüsurlu, xərçəng, şəkər və digər amansız xəstəliklərdən əziyyət çəkən uşaqların sağalmaları istiqamətində bütün mümkün addımları atır. Birinci vitse-prezidentin təşəbbüsü və dəstəyi ilə Azərbaycanda Avropa səviyyəli Talassemiya, Daun, Psixonevroloji Uşaq mərkəzləri və bu qəbildən olan digər əhəmiyyətli obyektlər istifadəyə verilib. 2019-cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda yeni "Ümid yeri” uşaq sığınacağı və Uşaq Psixonevroloji Mərkəzinin yeni korpusu açılıb. Bu müəssisələr ən müasir tibbi avadanlıqlarla təchiz olunub.

Mehriban xanım uşaqların böyük dostu, "mənəvi anası”dır. Təsadüfi deyil ki, hətta ad gününü belə kimsəsiz, fiziki qüsurlu, daun, autizmli uşaqlarla birgə qeyd etmiş, onlarla bir süfrə arxasında əyləşmiş, çıxışlarını alqışlamış, əl-ələ verərək yallı getmişdi. Bu uşaqların sevincini öz xoşbəxtliyi sanmış, ürəyi fərəhlənmişdi...

Birinci xanım heç bir uşağı valideynsiz görmək istəmir. Bunun üçün də əlindən gələn hər şeyi edir ki, onlar kimsəsizliklərini hiss etməsinlər. Düzgün təlim-tərbiyə, təhsil almalarına diqqət yetirir, gələcək həyatlarında uğur qazanmaları üçün hər cür imkan yaradır. Uşaq evlərini, internatları bitirən gənclərin işlə, evlə təmin olunmalarına xüsusi diqqət yetirir. Ailə quran gənclərə toy edir, qiymətli hədiyyələr ərməğan edir, gələcək xoşbəxt ailələrin təməlini qoyur...

Gözəlliyi, zərafəti ilə seçilən Mehriban xanım əzmi, qətiyyəti, tutduğu humanistlik yolu ilə bu gün bütün qadınlarımıza bir örnəkdir. Məhz birinci xanımın dəstəyi ilə cəmiyyətdə mövqeyi yüksələn Azərbaycan qadını həm ictimai-siyasi həyatda, həm də dövlət idarəçiliyində və bir çox digər sahələrdə uğurla təmsil olunur.

Bütün bu sadalanan və sadalanmayan yüzlərlə xoşməramlı fəaliyyətin fövqündə təəccüblü deyil ki, ilk dəfə Azərbaycan qadını dövlət həyatında yüksək səviyyədə təmsil olundu.

Artıq 3 ildir ki, Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi uğurla fəaliyyət göstərir. Onun rəhbərliyi altında çoxsaylı layihələr reallaşıb, ümumiyyətlə, ölkə həyatının elə bir sahəsi olmayıb ki, diqqətindən kənarda qalsın...

Birinci xanım təkcə ölkə daxilində yox, dünya miqyasında məşğul olduğu sahələr üzrə yüksək standart müəyyənləşdirib. O, atdığı humanist addımlarla, gördüyü nəcib işlərlə, sülhün bərqərar olması üçün göstərdiyi şücaətlə bütün insanlar üçün təkrarlanması vacib örnəyə çevrilib.

Azərbaycanın dünyada təbliği, dövlətlərarası dostluq münasibətlərinin daha da möhkəmlənməsinə uğurlu töhfələr verən Mehriban xanım Əliyevanın bu fəaliyyəti hər zaman yüksək dəyərləndirilir. Ötən il Rusiya Prezidenti Vladimir Putin tərəfindən iki ölkə arasındakı münasibətlərin inkişafındakı xidmətlərinə görə Mehriban xanım Əliyevanın "Dostluq” ordeni ilə təltif edilməsi, bu il fevralın 22-də İtaliyada Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə - IX Piy Ordeninin Böyük Xaçına (Dama di Gran Croce dell'ordine Piano) layiq görülməsi deyilənlərin təsdiqidir.

Mehriban xanım təmənnasız olaraq bütün qüvvəsini, zamanını, vəsaitini insanların sağlam, xoşbəxt yaşaması uğrunda sərf edir, hər dəfə də vurğulayır ki, "Uğur xatirinə uğur, hakimiyyət xatirinə hakimiyyət və ambisiya mənim üçün heç vaxt aparıcı motiv olmayıb. Əsas məsələ odur ki, ehtiyacı olan insanlara kömək edəsən. Fərqi yoxdur, ictimai xadimsən, yaxud dövlət xidmətində işləyirsən - insanlığı qorumaq lazımdır. Mənə elə gəlir ki, bu, heç vaxt səhv ola bilməz, əksinə, bu, həmişə doğru yoldur”.

Mehriban xanımın ailə dəyərlərinə də münasibəti özünəməxsusdur. Hər zaman çıxışlarında deyir ki, ailə ilə iş arasında düzgün tənasüb tapmaq lazımdır. İşdə nə qədər prinsipialdırsa, ailəsində də o qədər qayğıkeş ana, nənə, həyat yoldaşıdır. Ən yaxşı dincəldiyi yer isə nəvələri üçün ləzzətli xörəklər bişirdiyi mətbəxidir: "Mən öz vəzifələrimi vaxtında yerinə yetirmək üçün düzgün iş forması, düzgün tarazlıq tapmağa çalışıram. Əlbəttə, mən ilk növbədə həyat yoldaşımın xanımıyam, uşaqlarımın anasıyam, beş nəvəm var və həyatımın bu hissəsinə ayırdığım diqqətin ikinci plana keçməsini əsla istəmirəm. İndiyə qədər bunu bacarmışam. Ümidvaram ki, gələcəkdə də bunu bacaracağam. Mən bişirib-düşürməyi çox xoşlayıram. Bu işlə məşğul olanda yaxşıca dincələ bilirəm. Axı dadlı yeməklər hazırlamaq da müəyyən mənada yaradıcı işdir. Mən bu işi sevirəm, bu işi görürəm və bacarıram”.

Bəli, tutduğu bu müqəddəs yoldur birinci xanımımızı milyonların sevimlisinə çevirən. 10 milyonuncu vətəndaşın da adını Mehriban kimi simvolizə etmək istəyinə səbəb olan.

Təsadüfi deyil ki, hər gün yüzlərlə məktubun ünvanı da məhz Heydər Əliyev Fondu, Mehriban Əliyevadır. Bunların arasında minnətdarlıqlar da var, hansısa xahiş, problemin həlli, sağlıqla bağlı məsələlər üçün müraciət də... Və gecikdirilmədən bütün bu məktublar cavablandırılır, heç kəsin ümidi üzülmür, səsi eşidilməz qalmır.

Harada dara düşən, köməyə ehtiyac duyan, sağalmaz xəstəliyə düçar olan varsa, güman yeri Mehriban xanımdır. İşlərinin çoxluğuna, ağırlığına baxmayaraq, həmişə qayğıya ehtiyacı olan insanların, kimsəsiz körpələrin, uşaqların yanındadır. Gənclərin dəstəkçisidir, təhsillərinə təşviq edəndir. Qaçqın və məcburi köçkünlərin hayanıdır. Mədəniyyət xadimlərinin dostu, ağsaqqallarımızın əziz qonağıdır.

Hər zaman Mehriban xanım xalqımızın, xalqımız da Mehriban xanımın yanındadır...

Ən böyük mükafatı isə xeyirli iş görməsindən doğan məmnunluqdur: "İnsan gördüyü işin haqlı, xeyirli və lazımlı olduğuna daxilən inandıqda həvəslə işləyir, fiziki yorğunluq isə mənəvi məmnunluqla ödənilir”.

Günel HƏMİDLİ,

hüquq üzrə fəlsəfə doktoru




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM