08 Mart 2020 01:20
1024
Mədəniyyət
A- A+

Xanımlar günü yurdumuzun bayramıdır


Bir əsrə yaxındır ki, mart ayının 8-i Beynəlxalq Qadınlar Günü kimi qeyd edilir. Bu gün bəziləri deyir ki, bu bayramı qeyd etmək nə dərəcədə doğrudur? Fikrimizcə, belə bir müzakirəyə ehtiyac yoxdur. Müzakirə açanlar bayramı müxtəlif tarixi hadisələrlə, daha sonra yəhudi əsilli Klara Setkinin adı ilə bağlayırlar.

Bəli, K.Setkin 1910-cu ilin avqustunda Kopenhagendə işçi qadınların ikinci Beynəlxalq konfransında çıxış edərək işçi qadınların sosial həyatda, dövlətdə siyasi hüquqsuzluqlarına beynəlxalq səviyyədə proletariatın etirazını nümayiş etdirmək üçün qadınlar gününü müəyyənləşdirməyi və onu hər il qeyd etməyi təklif etmişdi.

Təklif 17 ölkədən gəlmiş 100 qadın tərəfindən müdafiə olundu. 1911-ci ildən başlayaraq həmin gün mart ayında, amma müxtəlif tarixlərdə qeyd olunmağa başladı. 1914-cü ildən 8 mart keçirilməyə başladı. 1978-ci ilin 28 noyabrında isə BMT 8 Martı Beynəlxalq Qadınlar Günü kimi qeyd etmək haqda qərar qəbul etdi. Ona görə də 8 Mart Beynəlxalq Qadınlar Gününü qeyd edib-etməməyi müzakirə edənlərə cavab olaraq əvvəl onu demək istərdik ki, ən əsası bu təşəbbüsün kim tərəfindən irəli sürülməsi deyil, onun ideyasıdır. Bu bayram, qadınların hüquq bərabərliyi bayramıdır. Bu, bizim xalqımızın milli dəyərlərinə, adət-ənənələrinə uyğun bayramdır. Bununla biz xanımlara ehtiramımızı bildiririk. Kiminsə şəninə bayram etmirik ki! Eyni zamanda bu günün beynəlxalq səviyyədə qeyd edilməsi haqda BMT-nin qərarı var. Digər tərəfdən, bu bayram baharın gəldiyi ilk günlərdə qeyd edilir. Ona görə də belə bir günü bayram kimi qeyd etməyə etiraz etməyin heç bir yeri yoxdur.

Amma təbii ki, bu bayramı necə qeyd etməmiz müzakirə mövzusu ola bilər. Təəssüf ki, bəzi orta məktəblərdə, müəssisələrdə bu bayramdan sui-istifadə edən, maddiyyata həris adamlar da var. Şagirdlərdən, onların valideynlərindən yığılan məcburi hədiyyələr bu bayrama kölgə salmaqla, onu təşkil edənlərə nifrət hissi yaradır. Biz 8 Mart Gününü mənəvi dəyərlərimizə xidmət edən bir bayram kimi keçirməliyik.

Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqı 8 Mart Beynəlxalq Qadınlar Gününün xalqımızın adət-ənənələrinə uyğun olaraq, mənəvi dəyərlərimizin təbliğinə söykənən bayram kimi keçirilməsi üçün müxtəlif tədbirlər təşkil edir. Hər bir institutda və başqa qurumlarımızda çalışan xanımların təbrik edilməsi üçün imkanlarımıza uyğun işlər görülür.

Ümumiyyətlə, Azərbaycan xalqının öz qadınlarına qayğısı hər zaman diqqət mərkəzində olub. Hələ 1918-ci il mayın 28-də Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsinin IV bəndində bərabərhüquqluluq prinsipinin, seçmək və seçilmək hüququnun təsbit edilməsi qadınların siyasi həyatda fəal rol oynaması üçün mühüm bir hüquqi baza oldu. Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkədir. Sovet hakimiyyəti illərində də xalqımız hər zaman qadınlarımıza xüsusi diqqət və qayğı ilə yanaşıb.

1993-cü ildə, Ümummilli Lider Heydər Əliyev yenidən ölkəyə rəhbərlik etməyə başlayandan sonra ciddi diqqət verdiyi məsələlərdən biri də gender bərabərliyi oldu. Ulu Öndərin fərman və sərəncamları ilə ölkəmiz "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında”, "Qadınların siyasi hüquqları haqqında”, "Nikaha daxil olmağa razılıq, minimal nikah yaşı və nikahların qeydə alınması haqqında” beynəlxalq konvensiyalara qoşuldu. 1995-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyası qadınlarımızın hüquq bərəbərliyi sahəsində ciddi hüquqi baza yaratdı.

1998-ci ilin 14 yanvarında Ulu Öndərin fərmanı ilə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi də yaradıldı. Həmin il ölkəmizdə Azərbaycan Qadınlarının Birinci Qurultayı keçirildi. 2000-ci ildə, martın 6-da dövlət başçısının imzaladığı "Azərbaycanda dövlət-qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman qadınlarımızın mühüm rəhbər vəzifələrdə kişilərimizlə birgə təmsil olunmasına şərait yaratdı.

Prezident İlham Əliyev də qadınlarımıza qayğı məsələsini hər zaman diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyevin 2006-cı il fevralın 6-da imzaladığı fərmanla "Qadın Problemləri üzrə Dövlət Komitəsi” bazasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Həmin il oktyabrın 10-da "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanunun qəbul olunması qadınlarımızın hüquq və vəzifələrinin qorunması sahəsində daha bir ciddi addım olmaqla onların cəmiyyətdəki rolunu artırdı.

Bu gün ölkəmizdə qadınların hüquqları hərtərəfli qorunur. Onların siyasi, əmək və təhsil hüquqları cəmiyyətdə çox geniş şəkildə fəaliyyətlərinə imkan verir. Qadınlarımızın cinayət, cinayət-prosessual və cəza-icra hüquqlarında kişilərlə müqayisədə müəyyən güzəştlərinin olması da xalqımızın zərif cinsə ehtiramının, qayğısının təcəssümüdür.

Respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevanın timsalında Azərbaycan qadının cəmiyyətdə, ictimai-siyasi həyatda güclü mövqeyi daha aydın görünür. Eyni zamanda Heydər Əliyev Fondunun da rəhbəri, UNESKO və ISESCO-nun xoşməramlı səfiri olan, bu adlara layiq işləri ilə beynəlxalq səviyyədə də çox geniş tanınan Mehriban Əliyevanın fəaliyyəti Azərbaycan qadınlarına böyük ruh verir. Mehriban Əliyeva Dağlıq Qarabağ probleminin xalqımızın mənafeyinə uyğun olan həlli məsələsinə, mədəniyyətimizə, sosial problemlərin həllinə, idmanın inkişafına, ölkədə ahəngdar bir mühitin yaranmasına, ən müasir tələblərə cavab verən abadlıq işlərinin aparılmasına böyük diqqət yetirir.

Heydər Əliyev Fondunun vitse-prezidenti və Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın fəaliyyəti də diqqətəlayiqdir. Onun fəaliyyəti bütün gənclərimizi, xüsusi ilə gənc qızlarımızı xalqımızın tərəqqisi yolunda geniş fəaliyyətə ruhlandırır. Leyla xanım ölkəmizin dünyada təbliğində, xaricdəki Azərbaycan gənclərinin təşkilatlanmasında, mədəniyyətlər arasında dialoqun qurulmasında mühüm rol oynayır. Onun apardığı "Xocalıya ədalət!” kampaniyası artıq öz bəhrəsini verməkdədir.

Dövlətimizin xanım elmi işçilərə qayğısı da ilbəil artmaqdadır. Son illər onların əməkhaqları bir neçə dəfə artırılıb. AMEA-nın bir qrup alimi tamamilə ödənişsiz olaraq mənzillə təmin edilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, eyni zamanda AMEA Azad Həmkarlar İttifaqının da xanımlara qayğısı hər il artmaqdadır. Artıq bir çox alimlərimizə Xızıda torpaq sahələri ayrılıb. AMEA işçilərinin müalicəsi, istirahətləri də üçün kompleks tədbirlər görülməkdədir. Bütün bunlar mühüm stimullar olmaqla Azərbaycanın xanım alimlərini xeyli ruhlandırır, onların fəaliyyəti üçün geniş imkanlar yaradır.

Habil QURBANOV,

professor, hüquq üzrə elmlər doktoru, AMEA Azad Həmkarlar İttifaqının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video