08 Mart 2020 01:11
763
SİYASƏT
A- A+

Sevinirik ki, dövlətimiz bizə etimad göstərir


Bu gün ölkəmizdə gənclərə böyük diqqət, qayğı göstərilir, ümid bəslənilir. Belə münasibət bizi ruhlandırır və gəncliyin cəmiyyətin aparıcı qüvvəsi olduğuna inandırir. Gənclik daim axtarışda olan, yeniliyi sevən bir qüvvədir. Daim irəliyə baxır, qurub-yaratmaq arzusu ilə yaşayır. Gənclik gələcək deməkdir. Ancaq biz bilirik ki, sağlam, nurlu gələcəyimizi qurmaq üçün tariximizi də, bugünkü dövlət siyasətimizi də, dünyada baş verən prosesləri də yaxşı bilməliyik.

Biz bugünün gəncləri olaraq üzərimizə düşən missiyanı yaxşı anlayırıq. Bilirik ki, son illər Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri gənclər siyasətidir. Ulu Öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edir.

Gənclərin potensialından ölkənin mənafeyi naminə istifadə olunması, dövlət idarəçiliyi sistemində iştirakı məqsədilə Prezident İlham Əliyev hələ 2005-ci il avqustun 30-da "Azərbaycan Gəncliyi Dövlət Proqramı”nı (2005-2009-cu illər) təsdiq edib. Bu sərəncamda gənclərə dövlət qayğısının artırılması öz əksini tapıb.

Gənclərin təhsil səviyyəsinin yüksəldilməsi respublikamızda ən aktual məsələlərdən biridir. "2007-2015-ci illərdə Azərbaycan Gənclərinin təhsili üzrə Dövlət Proqramı” çərçivəsində bu istiqamətdə məqsədyönlü işlər həyata keçirilib. Nəticədə gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra uğurlu işlər görülüb.

Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı da dünyada gedən prosesləri nəzərə alaraq, Azərbaycan gənclərinin vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin gücləndirilməsi və dəyərləndirilməsini, onların yüksək texnologiyalar və informasiya mühitində sərbəst davranışının təşviqini zəruri edib.

Ötən il dekabrın 5-də Şamaxıda "ASAN Həyat” kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev gənclərə inamını bir daha vurğuladı. Dövlət başçısı dedi: "Bilikli, savadlı, vətənə bağlı müasir gənclik Azərbaycanın dayanıqlı uğurunun təminatçısıdır. Gənclər biliklərlə yanaşı, vətənə bağlı olmalıdırlar, vətəni və dövlət maraqlarını hər şeydən üstün tutmalıdırlar”.

Gənc olaraq çox sevinirik ki, ölkəmiz, dövlətimiz bizə etimad göstərir. Bu gün gənclərimizin respublikamızda müxtəlif sahələrdə həyata keçirilən tədbirlərdə, görülən böyük işlərdə fəallıq göstərmələri, həmçinin Avropa miqyasında, beynəlxalq qurumlarda təmsil olunmaları onlara yüksək münasibətin, diqqət və qayğının öz səmərəsini verdiyini söyləməyə əsas verir. Ən böyük uğurlarımız isə irəlidədir.

Elmir NƏBİYEV,

Azərbaycan Texniki Universitetinin magistri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video