Alternative content

06:51 08 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İlkin tibbi yardım hər kəs üçündür
İlkin tibbi yardım hər kəs üçündür
ANA SƏHİFƏ / Təhsil
01:10 08.03.2020


Azərbaycan Gənclər Fondunun təşkilatçılığı ilə keçirilən "İlkin tibbi yardım hər kəs üçündür” layihəsi başa çatıb.

Azərbaycan Tibb Universitetinin mətbuat xidmətindən verilən məlumata görə, Gənclər Fondunun 13-cü qrant müsabiqəsinin qalibi olan bu layihədə Tibb Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft Sənayesi Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və digər ali təhsi ocaqlarından 208 tələbə iştirak edib.

Layihənin rəhbəri Cavid Mustafazadə bildirib ki, cəmiyyətin aparıcı təbəqəsi olan tələbələr arasında ilkin tibbi yardıma dair bilik və bacarıqların, onların bu sahədə təşəbbüslərinin artırılmasına nail olmaq, gənclər qrupunun müxtəlif situasiyalarda, təcili hallarda ölümün azaldılmasına dəstək göstərə bilməsinə yardımçı olmaq layihənin əsas məqsədlərındəndir.

İki gün ərzində layihə çərçivəsində gənclərə müxtəlif təcili vəziyyətlərdə ilkin tibbi yardımın göstərilməsi istiqamətində təlim keçirilib və lazımi qaydalar nümayiş etdirilib. Treninqlər beynəlxalq səviyyəli təlimçi Nabil Seyidov tərəfindən aparılıb. Təlimlərin səmərəliliyinin qiymətləndirilməsi üçün tələbələr testdən keçiblər. Test nəticəsində 70 faizdən yüksək nəticə göstərən iştirakçılara sertifikatlar verilib.

Layihəni uğurla başa vurmuş gənclərdən ibarət "İlkin tibbi yardım” komandasının formalaşdırılması və ölkəmizin evsahibliyi etdiyi beynəlxalq tədbirlərdə onların iştirakını təmin etmək nəzərdə tutulur. Ən yüksək nəticə göstərən 10 tələbə iki gün ərzində tam təkmilləşmiş praktiki təlimlər keçmək hüququnu qazanıb və onlar diplom və hədiyyələrlə təltif ediliblər.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM