Alternative content

19:56 31 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Zəriflərin mübarizəsi
Zəriflərin mübarizəsi
ANA SƏHİFƏ / Elm və texnika
01:01 08.03.2020


8 Mart - Beynəlxalq Qadınlar Günü... Hər il bu gün dünyanın bir çox ölkəsində zərif cinsin nümayəndələrinin bayramı kimi qeyd edilir. İlk baxışdan elə təsir bağışlayır ki, sanki bu bayram xanımlara çiçək və hədiyyə almaq üçün təsis edilib. Ancaq tarixə nəzər salanda bu günün romantik hadisələr nəticəsində yaranmadığını görürük. Əslində, 8 Martın kökündə qadının cəmiyyətdəki rolu və hüquqları uğrunda apardığı mübarizə dayanır.


"Çörək və gül”


1857-ci il martın 8-də Nyu York şəhərində tikiş və ayaqqabı fabrikinin qadın işçiləri nümayişə çıxırlar. Onlar 10 saatlıq iş günü, işıqlı və rahat iş yeri, kişilərlə eyni maaş tələb edirlər. O zaman qadınlar sutka ərzində 16 saat işləyir, bunun müqabilində isə qəpik-quruş alırdılar. Ancaq polis nümayişi dağıtmaq üçün işçilərə hücum edir və fabrikin qapılarını bağlayır. Fabrikdə yanğın başlayır. İşçilər fabrikin qarşısında qurulan barrikadalardan keçib qaça bilmirlər. Nəticədə çoxu qadın olmaqla 129 işçi yanaraq həyatını itirir. Beləliklə, qadınların haqqı uğrunda apardığı mübarizəyə qanla yekun vurulur. İşçilərin cənazə mərasiminə 100 mindən çox insan qatılır.

Bu hadisədən 51 il sonra, 1908-ci il martın 8-də Nyu York Sosial-Demokrat Qadın Təşkilatının çağırışı ilə 15 min qadın daha az iş saatı, kişilərlə bərabər əmək haqqı və səsvermə hüququ üçün nümayiş keçirir. Nümayişdə ilk dəfə olaraq analıq məzuniyyəti icazəsi də tələb olunur. Həmin qadınların şüarı "Çörək və gül” idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha firavan həyat tərzini ifadə edirdi...

Bir il sonra, 1909-cu ilin 28 fevralında Nyu Yorkda ilk qadınlar günü mərasimi baş tutur. Bu, Amerika Sosialist Partiyası tərəfindən qadın işçilərin 1908-ci ildəki tətilinin xatırlanması münasibətilə təşkil olunmuşdu.

1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən 2-ci Beynəlxalq Sosializm Konfransında Almaniya Sosial Demokrat Partiyası liderlərindən olan Klara Setkin tikiş fabriki yanğınında ölən qadın işçilərin xatirəsinə ehtiram olaraq 8 martın "Dünya Qadınlar Günü” kimi qeyd olunmasını təklif edir və təklif qəbul olunur.

Amma Qadınlar günü ilk dəfə Avstriya, Danimarka, Almaniya və İsveçrədə 1911-ci il martın 19-da qeyd edilir. O zaman milyondan artıq kişi və qadın nümayişlərə qoşulur.


"Təsəvvür etmirdik ki, bu Qadınlar günü inqilabın inaqurasiyası ola bilər”


1914-cü il martın 8-də Rusiyada Beynəlxalq Qadınlar Günü baş tutur. Həmin günün mərasimi qadınların 1918-ci ilə kimi qazana bilmədikləri seçki hüququna həsr olunur. Eyni tarixdə Londonda da qadınların seçki hüququna dəstək məqsədilə Trafalqar meydanına doğru yürüş baş tutur.

1917-ci il martın 8-də Sankt-Peterburqda Qadınlar Gününün qeyd olunması ilə bağlı nümayişlər Fevral İnqilabının əsasını qoyur. Həmin gün qadınlar "Çörək və sülh” şüarı ilə küçələrə çıxıb, I Dünya müharibəsinin, Rusiyadakı ərzaq qıtlığının və çarizmin bitməsini tələb edirlər. Lev Trotski yazırdı: "Beynəlxalq Qadınlar Günü idi və üfüqdə yeni mitinqlər, aksiyalar görünürdü. Amma biz təsəvvür etmirdik ki, bu Qadınlar günü inqilabın inaqurasiyası ola bilər. İnqilabi aksiyalar öncədən görünürdü, amma tarixsiz şəkildə. Lakin səhər, əks göstərişlərə baxmayaraq, tekstil işçiləri bir neçə fabrikdə işi tərk etdilər və tətilə dəstək verilməsini xahiş etmək üçün öz nümayəndələrini göndərdilər... Bu, kütləvi tətilə apardı... hamı küçəyə axışdı”.

Bundan 4 gün sonra çar II Nikolay devrilir. Müvəqqəti hökumət qadınlara səsvermə hüququ verir.

Oktyabr inqilabından sonra bolşevik Aleksandra Kollontay və Vladimir Lenin 8 martı SSRİ-də rəsmi bayram elan edirlər. 8 may 1965-ci il fərmanıyla SSRİ Ali Sovetinin Rəyasət Heyəti tərəfindən Beynəlxalq Qadınlar Günü qeyri-iş günü kimi təqvimə düşür.

1975-ci il dünya qadınları üçün xüsusi əhəmiyyət daşıyır. Həmin ilin "Beynəlxalq qadın ili” elan edilməsindən sonra Birləşmiş Millətlər Təşkilatında 8 mart ilk dəfə olaraq Beynəlxalq Qadınlar Günü kimi keçirilir. İki il sonra 1977-ci ildə isə BMT-nin ümumi qurultayında 8 Mart qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edilir.


Qadınlar günü Azərbaycanda


8 Mart Sovet İttifaqından qalma bayram olsa da, müstəqillik qazanmış keçmiş SSRİ respublikalarının təqvimindən bugünə qədər silinməyib.

Xatırladaq ki, Azərbaycan müsəlman dünyasında kişilərlə bərabər qadınlara seçkilərdə iştirak etmək - seçmək və seçilmək hüququ verən ilk ölkə olub. Azərbaycan Xalq Cümhuriyyəti elan olunandan sonra 1918-ci il dekabrın 8-də işə başlayan Azərbaycan parlamentinə seçkilərdə qadınlar iştirak edib. Bununla da nəinki Şərqdə, hətta demokratiyanın beşiyi sayılan bir sıra Avropa ölkələrindən və ABŞ-dan əvvəl qadına cəmiyyət həyatında siyasi proseslərə qoşulmaq hüququ ilk dəfə Azərbaycanda verilmiş olur.

1998-ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.

8 Mart - Beynəlxalq Qadınlar Günü hər il Azərbaycanda dövlət səviyyəsində qeyd olunur. Ölkə Prezidenti bu gün münasibətilə Azərbaycan qadınlarını təbrik edir, öz peşələrində uğur qazanan xanımları fəxri ad və mükafatlarla dəyərləndirir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM