08 Mart 2020 01:01
11202
Elm və texnika
A- A+

Ana xaqanlığı


Matriarxat - qadının cəmiyyətdə mühüm rol oynadığı dövr 40 min il bundan əvvəl başlayıb, e.ə. IV minilliyin sonlarınadək (təqribən 37 min il) mövcud olub.

Arxeoloji araşdırmalar nəticəsində əldə olunan məlumata görə, Alt Paleolit dövründə insanların ilk məşğuliyyətləri ovçuluq və yığıcılıq idi. Mağarada yığıcılıqla məşğul olan qadınlar vaxtaşırı ova da gedirdilər. Sonrakı dövrdə oturaq həyat insanları köçərilikdən ayırıb bir ərazidə məskunlaşmağa sövq etdi. Həyat tərzində ovçuluğun yerini əkinçilik aldı və bu, daha çox qadınların öhdəsinə düşən iş idi. Dənli bitkilərlə tanışlıq, əkin, buğdanın yığılaraq üyüdülməsi və bu ənənənin yeni nəslə öyrədilməsi qadınların sosial həyatda yükünü artırmaqla yanaşı, vəzifəsini də üst səviyyəyə qaldırırdı. Artıq kişi ilə müqayisədə qadın üstünlük qazanmışdı.

Üst Paleolit dövründə ulu icma nəsli-qəbilə icması ilə əvəz olundu. Nəsli-qəbilə icmasının əsasını qan qohumluğu ilə bağlı olan insanların birliyi təşkil edirdi. İnsanlar ana xətti ilə qohumluq əsasında birləşmişdilər. Bu dövrdə kişi nəsli davam etdirməkdə üzərinə düşən rolundan xəbərsiz idi. Baxmayaraq ki, ata uşaqların ona oxşarlığını görür, amma bunun səbəbini dərk edə bilmirdi, onların yalnız ananın övladı olduğunu anlayırdı. Digər tərəfdən uşaqlar da özlərini ananın övladları hesab edirdilər. Beləcə soy kişi tərəfindən deyil, qadın tərəfindən tanınar, kişilərə isə sonsuz bir varlıq kimi baxılardı. Kişi evləndikdən sonra qadının tayfası arasında ömür sürərdi. Qadın kişinin yalnız qol gücündən bəhrələnərdi. Qəbilənin həyatında qadın mühüm rol oynayardı. Uşaqların qayğısına qalmaq, giləmeyvə və yabanı bitkilər toplamaq, odu qoruyub saxlamaq, yemək hazırlamaq və s. qadınların işi idi. Qəbilə icmasında insanlar ana xətti ilə birləşdiyinə görə də bu dövr ana xaqanlığı (matriarxat) dövrü adlanır.

Amma əkinçiliyin inkişafı nəticəsində xışa keçid və heyvandarlıq tədricən qadının sosial gücünü kişiyə ötürməsinə səbəb oldu. Tamamilə oturaq həyata keçid isə qadınların sosial güclərinin itirilməsinə gətirib çıxardı.

Çox keçmir ki, kişi də uşaqların dünyaya gəlməsindəki rolunu anlayaraq özünü onların əsas sahibi kimi tanıyır. Bu vaxtdan etibarən qadını tamamilə özünə tabe edir, ailənin başçılığını öz ixtiyarına alır. Beləcə, ağır zəhmət və fiziki güc tələb edən xış əkinçiliyinin yaranması, köçəri (yaylaq-qışlaq) maldarlığın meydana gəlməsi, həmçinin tayfalar-arası toqquşmaların başlanması ictimai həyatda kişilərin nüfuzunun artmasına təsir edir. Nəticədə icma həyatında kişilərin mühüm rol oynadığı ata xaqanlığı (patriarxat) dövrü başlayır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video