Alternative content

23:29 29 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İlk peşəkar qadınlar
İlk peşəkar qadınlar
ANA SƏHİFƏ / Elm və texnika
01:00 08.03.2020


Tarix və təcrübə göstərir ki, asan və ya çətin olmasına baxmayaraq, qadın da kişilərin bacardığı işi görür - döyüşçülükdən kosmonavtikayadək. Tarix boyu dünyada mövcud olmuş peşələrdəki "ilk” qadınları təqdim edirik.

İlk qadın astronavt - Valentina Nikolayeva-Tereşkova ilk qadın astronavt kimi adını tarixə yazıb. 1963-cü il iyunun 19-da "Vostok 6 " ilə 71 saat ərzində dünyanın ətrafında 48 dəfə dövr edib.

İlk qadın həkim - Elizabet Blakvell əslən İngiltərədəndir, daha sonra ABŞ-a köçüb. Uşaqlıq dostu xərçəngdən öləndən sonra həkim olmaq qərarı verib. Rəfiqəsinin ölmədən öncə Elizabetə dediyi "bir qadın həkim olsaydı, dərdimi ona daha rahat deyə bilərdim” sözləri onun yaddaşında ömürlük qalmışdı. O, Filadelfiya və Nyu Yorkdakı tibb məktəblərinə müraciət etdi, lakin qız olduğu üçün qəbul olunmadı. Elizabet yenə var gücü ilə mübarizə apardı və sonda məktəbə qəbul olundu. Bitirdikdən sonra məhz qadın olduğuna görə heç bir xəstəxanada işə götürmədilər. O da məcbur olub öz tibb mərkəzini açdı. İlk xəstələri də elə xanımlar oldu.

İlk qadın memar - Peşəsini tam və əsaslı olaraq yerinə yetirən ilk qadın memar Ethel Meri Çarlz sayılır. Böyük layihələrə imza atan Meri 1898-ci ildə imtahandan uğurla keçərək "İngiltərənin Memarlar Otağı”na üzv seçilib.

İlk qadın vəkil - "Qadın müdafiə olunandır, qadın zəifdir və qadın qayğıya ehtiyac duyandır”- Arabella bu sözlərdən bezdiyini deyirdi. O, müdafiə olunan yox, müdafiə edən olmaq istəyirdi. Sadə Amerika vətəndaşı Arabella Mansfayld arzularını və istəklərini reallaşdırdı. Bir vəkilin bürosunda

şagirdlik etdi, təhsilini tamamladı. 1869-cu ilin iyun ayında ilk məhkəməsinə çıxdı və qazandı.

İlk qadın səfir - Aleksandra Qollandas adlı rusdur. Aristokrat ailənin övladı olan bu xanım 1915-ci ildə öz ailəsi və aid olduğu təbəqə ilə olan bağlarını qopardı və bolşeviklərə qatıldı. 1922-ci ilin payızında Sovet İttifaqının Norveçdəki səfiri təyin edildi. O tarixdə SSRİ hələ Norveç tərəfindən rəsmən tanınmamışdı. Ona görə ilk xanım səfir Norveçin SSRİ-ni rəsmi olaraq tanınmasından, yəni 1924-cü ilin 15 fevralından sonra vəzifəsinin icrasına başladı.

İlk qadın hakim - Ester Morris amerikalıdır. Hüquq təhsili alsa da, qadınların bu cür işlərdə işləməsi bir növ qəbul edilmirdi. 1870-ci ildə ABŞ-ın Vyominq əyalətindəki şəhərlərin birində məhkəmə sədri təyin olundu. Məhkəmə sədri olduğu dövrdə 70 iddiaya baxdı. Şəhərdə həmişə onun ədalətli olmasından danışırdılar.

İlk qadın bələdiyyə sədri - Susanna Medora Salter 1887-ci ildə 27 yaşında Kanzas əyalətinin Arqonuya şəhərinin bələdiyyə sədri seçilib. Seçicilərin üçdə ikisinin səsini qazanan Susannanın namizədliyi özünün xəbəri olmadan üzv olduğu bir dərnək tərəfindən irəli sürülmüşdü. O, namizəd olduğunu səs vermək üçün məntəqəyə getdiyi zaman öyrənib.

İlk qadın baş nazir - Bu, Şirimavo Bandaranaykedir. O, 1960-cı ildə öz hökumətini qurdu, Şri-Lanka hökumətinin ilk baş naziri oldu. Ondan sonra qadın baş nazirlərin sıralanması isə bu cürdür: Hindistanda 1966-cı ildə İndira Qandi, İsraildə 1969-cu ildə Elizabet Domiteyn, İngiltərədə 1979-cu ildə Marqaret Tetçer öz ölkələrinin baş naziri seçildilər.

İlk qadın pilot - Elis Roşe olub. 1909-cu ildə təkbaşına uçuş həyata keçirən Elis birillik təhsildən sonra ilk professional qadın pilot kimi adını tarixə yazdırdı.

İlk qadın polis - Alisa Stebbin 1910-cu ildə Los-Ancelesdə fəaliyyətə başlasa da, cəmiyyət onu qəbul etmirdi. Polislərə verilən gediş kartı onu çətin vəziyyətə salırdı. Tez-tez ictimai nəqliyyatda mübahisə etməli olurdu. Alisa nə vaxt sürücüyə kartını göstərsə, onu ərinin kartını istifadə etməkdə suçlayırdılar. Stebbin bunu komandirinə deyəndən kartına "kart qadın polisi üçün verilir” yazdılar.

Xəyalə MURADLI,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM