Alternative content

06:00 08 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
00:57 08.07.2020 Qlobal miqyaslı lider
00:24 08.07.2020 BİLDİRİŞ
00:24 08.07.2020 AZƏR-TÜRK GROUP
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ana möcüzəsi
Ana möcüzəsi
ANA SƏHİFƏ / Səhiyyə
00:55 08.03.2020


Ana südü uşaq üçün ideal qidadır və nadir tərkibinə görə "təbiət fenomeni” kimi iymətləndirilir.

Pediatr-neonatoloq, uzman həkim Altay Abdullaoğlu bildirir ki, heç bir əvəzedici ana südünün yerini tuta bilməz. Ona görə körpələrin ilk 6 ayda su da daxil olmaqla ana südündən başqa heç bir qida maddəsinə ehtiyacı yoxdur. İlk 3-5 gün ərzində ifraz olunan ağız südünün (kolostrum) isə körpələrin gələcək inkişafında xüsusi rolu var. Çox vaxt analar bu südü lazımsız bilib, körpəni ondan məhrum edir. Amma bu qətiyyən düzgün deyil! Bu süd ən çox proteinlər və immunqlobulinlə zəngin olub, körpəni zərərli mikroorqanizimlərdən müdafiə edir. Ana südünü uşağın ilk peyvəndi adlandırırlar.

Bu südün ana üçün də çoxlu faydası var. Ən başlıcası süd vəzi, yumurtalıq, uşaqlıq xərçəngi riski, osteoparoz, diabet kimi xəstəliklərə tutulma ehtimalı azalır.


Bu süd uşağın beyin inkişafına əvəzsiz fayda verir


Hazırda alimlər ana südünün tərkibində 400 komponent aşkar ediblər. Yeni doğulmuş körpənin mədə-bağırsaq sistemi qidanı hələ ki, mükəmməl şəkildə həzm edə bilmədiyi üçün ana südünün tərkibindəki fermentlər uşaq orqanizminə yağları, karbohidratları həzm etməyə kömək edir.

Südün əsas tərkib hissəsini su (80 faizdən artıq) təşkil edir. Lakin bu, adi deyil, bioloji aktiv sudur. Uşağın orqanizmi tərəfindən tam mənimsənilir və onun suya olan ehtiyacını tam ödəyir. Hətta isti yay günlərində tez-tez əmizdirilən körpə susuzluqdan əziyyət çəkmir.

Ana südünün növbəti vacib komponenti karbohidratlardır. Ana südündəki karbohidratların əsas hissəsini uşağın inkişafında böyük rol oynayan laktoza təşkil edir. Məhz laktoza kalsiumun və dəmirin mənimsənilməsinə kömək edir. Laktoza uşağın mərkəzi sinir sisteminin inkişafı üçün də çox vacibdir. Uşağın bağırsaqlarında lakto və bifidobakteriyaların əmələ gəlməsini stimullaşdırır ki, bu da bağırsaqlara düşən zərərli mikrobların inkişafına mane olur.

Ana südünün tərkibində əvəzsiz yağ turşuları, zülallar var ki, onlar uşağın inkişafı üçün (xüsusilə beyinin və bağırsaqların) olduqca vacibdir.

Qidalı maddələrdən əlavə, ana südündə uşaq orqanizmi üçün vacib olan bütün vitamin və mikroelementlər var.

Bu möcüzəvi qida həm də qoruyucu funksiya daşıyır. O, uşağın orqanizmini zərərli mikrob və infeksiyalardan qoruyur, immun sisteminin inkişafına kömək edir. Ana südü müxtəlif immun faktorlarla zəngindir: lizosim - təbii "antibiotik”; makrofaqlar - mikrobları məhv edən xüsusi hüceyrələr; ananın həyatı boyu keçirdiyi xəstəliklərə qarşı anticisimlər.


Övladınız allergiya, ateroskleroz, şəkərli diabet, bədxassəli şişlərdən uzaq olacaq


Müasir araşdırmalar sübut edir ki, ana südü ilə təbii qidalandırılma nəinki körpənin normal inkişafını təmin edir, hətta müxtəlf xəstəliklərin ən yaxşı profilaktik üsuludur. Belə ki, məhz ana südü ilə qidalandırılma piylənmə, allergiyalar, ateroskleroz, müxtəlif mədə-bağırsaq sistemi xəstəlikləri, şəkərli diabet, bədxassəli şişlər, stomatoloji problemlər və s. xəstəliklərin uzun illər inkişaf etməsinin qarşısını alır. Həmçinin hipertoniya və ürəyin işemik xəstəliyi riskini azaldır.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM