Alternative content

21:49 29 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV X, yoxsa Y: hansı daha uzunömürlüdür?
X, yoxsa Y: hansı daha uzunömürlüdür?
ANA SƏHİFƏ / Səhiyyə
00:54 08.03.2020


Qadınların kişilərlə müqayisədə daha uzun ömür sürməsi onların həyata daha sağlam yanaşması deyil, orqanizmlərində qocalmanı ləngidən əlavə gen surətinin olması ilə əlaqəlidir. Bu barədə "Aging Cell” jurnalında dərc olunan araşdırmanın nəticələrində bildirilir.

Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, hazırda orta insan ömrü 71 yaş təşkil edir. Ən yoxsul Afrika dövlətlərindən tutmuş ən zəngin Avropa şəhərlərinə kimi bütün dünya ölkələrində qadınların orta ömrü kişilərdən daha yüksəkdir.

Maraqlıdır ki, antropoloqlar bu tendensiyanın ibtidai icma quruluşunda qalmış xalqlar arasında da müşahidə olunduğunu müəyyən edib. Ənənəvi olaraq, bu, kişilərin riskə, kökəlməyə, qeyri-sağlam həyat tərzinə, o cümlədən alkoqol, tütün və narkotik vasitələrə meyilli olması ilə əlaqələndirilirdi. Ancaq Kaliforniya Universitetinin alimi Dena Dubal və onun həmkarları kişi və qadın ömrü arasındakı bu fərqin təkcə sosial deyil, eyni zamanda genetik aspektlərinin olduğunu ortaya çıxarıb.

Tədqiqatçılar uzun müddət DNT-ləri modifikasiya olunmuş dörd qeyri-adi siçan qrupu üzərində müşahidələr aparıb. Alimlər beyin və digər orqanların işində, həmçinin cinsi xromosomların funksiyası və strukturu baxımından kişi və qadınlar arasında bir çox fərqlərin olduğundan şübhələnib.

Məsələ ondadır ki, Y - kişi xromosomu, demək olar ki, həyati əhəmiyyətli genlərdən məhrumdur. Bir neçə kritik əhəmiyyətli (məsələn, rüşeymin inkişaf proqramının işə salınması üçün) DNT sahəsini köçürdükdən sonra onları genomdan kənarlaşdırmaq olar.

Qadın - X xromosomu isə həm zərif, həm də güclü cins üçün həyati əhəmiyyətlidir və onların genində yaranan pozuntu adətən fatal sonluqla (ölümlə) nəticələnir. Dubal və onun komandası belə bir nəticəyə gəlib ki, qadınların kişilərlə müqayisədə uzunömürlülüyü məhz X xromosomu ilə əlaqəli ola bilər.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM