Alternative content

06:54 12 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
00:29 12.07.2020 Dünya yenidən qapanır
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qocaman qadın liderin sağlıq sirri
Qocaman qadın liderin sağlıq sirri
ANA SƏHİFƏ / Səhiyyə
00:53 08.03.2020


İllərə meydan oxuyan, sağlamlığına xüsusi diqqət yetirən İngiltərə Kraliçası II Yelizabeta hərəkətləri və duruşu ilə hər zaman bütün dünyanın diqqət mərkəzində olub. Kraliça II Yelizabeta ildə saysız iclaslarda iştirak edir, ciddi hökumət qərarları verir. Bəs 93 yaşlı kraliça bu cür enerjili, sağlam olmağı necə bacarır?

Həkimi II Yelizabetanın bəzi sağlıq sirləri barədə məlumat verib.

O bildirib ki, kraliça səhər buğda və qarğıdalı yarması yeyir. Hərdən yeməyinə makadamiya fıstığı və qaysı qurusu əlavə edir. Səhər yeməyini saat 9-da təkbaşına yeyir. Kraliça kartof kimi nişastalı qidalardan uzaqdır. Nahar yeməyində ispanaqlı balığa üstünlük verir. Axşam yeməklərində də həmçinin nahardakı qidalardan yeyir.

Kraliça Yelizabeta şokoladın vurğunudur. Ancaq şokoladı axşam yeməyindən sonra deyil, günorta yeməyindən sonra 3-cü çay saatında yeyir.

Onun sevdiyi digər şirniyyat mürəbbə və pudinqlərdir, xüsusilə bəyaz şaftalı pudinqi...

II Yelizabetanın həkimi qeyd edib ki, düzgün həyat tərzi yaşayırsınızsa, xəstəliklərin 80 faizində həkimə ehtiyacınız olmaz. Əgər sağlamsınızsa, orqanizminizdə ortaya çıxan problemlərin çoxunu həll edə bilərsiniz. Soyuqdəymə, yüngül iltihablanma, yara və hətta qırıqlarla da mübarizə aparmaq olar. Əsas sağlam bədənə sahib olmaqdır, psixoloji və fiziki dayanıqlıq lazımdır.

Həkim uzun ömür yaşamaq istəyənlər üçün bəzi detalları açıqlayıb:

- İçdiyiniz şirin suları alma, zəncəfil və kərəviz suları ilə dəyişdirin.

- Hər gün 6-8 stəkan su için.

- Səhərlər yüngül, lakin yumurta, badam və süzmə pendir kimi proteinlə zəngin qidalar qəbul edin.

- Günorta yeməyi gün ərzində yeyə biləcəyiniz ən kalorili yemək ola bilər. Hətta çox da şirin olmayan şirniyyat da qəbul edə bilərsiniz.

- Axşam yeməyiniz yüngül olmalıdır. Yaxşı olardı ki, axşam saat 19-dan 20-yə kimi yeməyinizi bitirəsiniz.

- Ədviyyatlı, ağır və şirin qidalardan uzaq durun. Onlar gec həzm edildiyinə görə yuxunuza mane olacaq.

Düzgün duruş sağlamlığın və gözəlliyin təməlidir. Belinizi dik tutmanıza kömək edəcək 1-2 məsləhət:

- Başınızı dik tutun və kiminsə sizi yuxarı dartdığını düşünün;

- Çiyinlərinizi arxaya çəkin;

- Boyun və çiyin əzələlərinizin dartıldığını hiss edənə qədər çənənizi qaldırın.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM