08 Mart 2020 00:45
1015
Mədəniyyət
A- A+

Qarayaz


Yaz fəslinin əvvəlinin xalq arasında deyilən adlarından biri də qarayazdır. Bu müddət aprel ayının ortalarınadək davam edir.

Həmin vaxt havalar tez-tez dəyişir, bəzən boran olur, günəşsiz günlərin sayı çoxalır, tutqun keçir, isti gündüzdən sonra soyuq gecə gəlir. Çox yerlərdə isti-quru qara yel əsir. "Martın hamısı aprelin yarısı” deyimi də görünür bununla əlaqədar yaranıbdır.

Bu vaxt elə bir dövrə təsadüf edir ki, keçən ildən tədarük olunan ərzaq və yem ehtiyatı tükənir, maldarlar qarayazın əvvəllərində çox ehtiyatlı olurlar. El arasında deyilir ki, "taxçada saxla, boxçada saxla, qarayaza bir pəncə ot saxla”. Çünki ilin bu vaxtında havalar tez-tez dəyişdiyindən kənd təsərrüfatı işlərinə başlamaq da çətinləşir, yəqin ki, həmin dövrün qarayaz adlanmasının bir səbəbi də budur.

Qarayaz keçmişdə kəndlilərin, xüsusilə elat camaatının həyatında ağır, çətin dövr sayılırdı. Ehtimal ki, "Novruz günü yaz olar, 40 kötük də az olar” el sözü də bununla əlaqədar meydana gəlib. Bayramdan sonra 40 kötük yanar - deyiblər. Çünki yazın başlanmasına baxmayaraq, hələ soyuqlar, qış müvəqqəti də olsa, geri qayıda bilər. Buna görə də qarayaz ayı çıxmamış sobaları yığışdırmazlar. Bu müddətdə çobanın ot ehtiyatı tükənməsin gərək. Bunu nəzərə alan elat oğlaqları çölə çıxarmazdı, ot-saman, un-çuval, ərzaq ehtiyatını qoruyub saxlayardı. Burada "Qarayaz hirslənsə, 40 şələ odun və 40 çuval saman lazımdır” deyimi yada düşür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video