07 Mart 2020 00:47
978
Səhiyyə
A- A+

Dünya Səhiyyə Təşkilatı və Dünya Bankı koronavirusa qarşı mübarizədə ölkələrə yardım göstərəcəklər


Dünya Səhiyyə Təşkilatının (DST) baş direktoru Tedros Adhanom Gebreyesus koronavirus epidemiyasına qarşı mübarizədə hökumətləri müvafiq nazirliklərlə sıx əməkdaşlıq şəraitində çalışmağa çağırıb.

AZƏRTAC xəbər verir ki, Cenevrədə keçirilən mətbuat konfransında DST rəhbəri Dünya Bankı ilə birlikdə bütün ölkələri bu istiqamətdə hazırlıqlara dəstək göstərəcəklərini vəd edib. O bildirib ki, virusun nə dərəcədə təhlükəli olması və nə qədər insan tələfatı ilə nəticələnməsi ayrı-ayrı ölkələrin infeksiyanı vaxtında aşkarlama, pasiyentləri karantinə alma və digər ehtiyat tədbirlərini həyata keçirmək gücündən asılıdır.

Təşkilat rəhbəri eyni zamanda Çinin və bir sıra digər ölkələrin koronavirusla mübarizədəki səylərini də yüksək qiymətləndirib. Bildirilib ki, bu ölkələrin təcrübəsi xəstəliyin yayılmasının dayandırıla biləcəyini göstərir. Buna görə də Tedros Adhanom Gebreyesus bütün dünyanı əhatə edən pandemiya təhlükəsi olmadığını və bu epidemiyanın qarşısının alınmasının mümkünlüyünü ifadə edib: "İndi təslim olmaq və ya bəhanələr məqamı deyil. İndi bütün qüvvələri səfərbər etmək məqamıdır”.

DST rəhbəri koronavirusla mübarizədə mətbuatın roluna da toxunub və həqiqətləri yayan media qurumlarına təşəkkür edib. O bildirib ki, şayiələr və yalan məlumatlara qarşı mübarizə epidemiyaya qarşı mübarizənin olduqca mühüm tərkib hissəsidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video