Alternative content

20:22 31 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gənc alim və mütəxəssislərin II beynəlxalq elmi konfransı başa çatıb
Gənc alim və mütəxəssislərin II beynəlxalq elmi konfransı başa çatıb
ANA SƏHİFƏ / Elm və texnika
18:18 06.03.2020
 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı, SOCAR-ın Elm Fondunun maliyyə dəstəyi ilə "Fundamental və tətbiqi elmlərin müasir problemlərinin həllində multidissiplinar yanaşmalar” mövzusunda Bakıda keçirilən "II beynəlxalq elmi konfrans başa çatıb.

Gənc Alim və Mütəxəssislər Şurasından AZƏRTAC-a bildirilib ki, martın 6-da keçirilən bağlanış mərasimində çıxış edən şuranın sədri, dosent Famin Salmanov konfransın qarşısına qoyduğu məqsədlərə çatdığını söyləyib. O deyib: "İstər plenar və seksiya iclaslarında, istərsə də poster müzakirələrində gənc alimlərin bir-birindən maraqlı təqdimatları oldu. Demək olar ki, gənc alimlərimizin elmi nəticələrində həm kəmiyyət, həm də keyfiyyət göstəriciləri əsaslı şəkildə yüksəlib”.

Bildirilib ki, bu konfrans elmə yenicə atılan gənclərimiz üçün mühüm bir platforma oldu. Onlar öz xarici həmkarları ilə fəal müzakirələrə qoşulmaqla, gələcəkdə oxşar aktual mövzularda birgə tədqiqatlar aparmaq imkanları əldə etdilər. Yaxın gələcəkdə bunun praktik nəticələrinin şahidi olacağıq.
Sonra konfransın panel iclaslarının moderatorları, dosentlər Orxan Abbasov, Əfsun Sucayev, Ulduzə Qurbanova, Səbinə Kazımova, Eşqanə Babayeva çıxış edərək müvafiq mövzular üzrə rəy və fikirlərini bildiriblər.

Mərasimdə yerli və xarici gənc alimlər də çıxış edərək təəssüratlarını bölüşüblər.

Tədbirin yekununda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.

Qeyd edək ki, "Fundamental və tətbiqi elmlərin müasir problemlərinin həllində multidissiplinar yanaşmalar” mövzusunda II beynəlxalq elmi konfrans AMEA-nın 75 illiyinə həsr olunub.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM