06 Mart 2020 17:34
896
DÜNYA
A- A+

Dünyada koronavirusa yoluxanların sayı 98,4 min nəfəri ötdü


Son məlumata görə, dünyada yeni tipli koronavirusa yoluxmuş adamların sayı 98421 nəfərə çatmışdır. Bu barədə "İnterfaks” agentliyi xəbər verir.

3385 ölüm halı qeydə alınmış, 55632 nəfər sağalmışdır. Çində 80409 nəfər koronavirusa yoluxmuşdur. Ölənlərin sayı 3042 nəfərdir.

Cənubi Koreyada 6088 xəstə qeydə alınmış, onların 40-ı vəfat etmişdir. İtaliyada 3858 xəstədən 148-i ölmüşdür. İranda 3513 xəstədən 107-si dünyasını dəyişmişdir.

Artıq 85 ölkədə koronavirusa yoluxma halları aşkar olunmuşdur.

Bu arada Tyantszin Ənənəvi Çin Təbabəti Universitetinin rektoru Cjan Boli bildirmişdir ki, Uhan şəhəri istisna olmaqla, ölkənin bütün şəhərlərində mart ayının ortalarında infeksiyanın yayılmasının qarşısını almaq mümkün olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video